29 Dekabr 2024 11:06
136
CƏMİYYƏT
A- A+
Bu il qeyri-neft-qaz ixracı 2 faizədək artıb

Bu il qeyri-neft-qaz ixracı 2 faizədək artıb


Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3,1 milyard dollar təşkil edib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla bildirir ki, hesabat ayları ərzində yeyinti məhsullarının ixracı 12,3 faiz artaraq 923 milyon dollara bərabər olub. 11 ayda ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 65,4 faiz artaraq 37,5 milyon dollar, pambıq lifi 52,6 faiz artaraq 170 milyon dollar, bitki mənşəli yağlar və piylər 32 faiz artaraq 25,5 milyon dollar, qiymətli metallar 29 faiz artaraq 189,8 milyon dollar, kimya sənayesi məhsulları 19,6 faiz artaraq 265,6 milyon dollar, spirtli və spirtsiz içkilər 13,5 faiz artaraq 64,4 milyon dollar, çay 1,6 faiz artaraq 6 milyon dollar, qara metallar 1,9 faiz artaraq 48,2 milyon dollar, alüminium və ondan hazırlanan məmulatlar 1,5 faiz artaraq 182,7 milyon dollar təşkil edib.

Bu ilin yanvar-noyabr ayları ərzində aqrar məhsulların ixracı 4,4 faiz artaraq 701,7 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı 58,3 faiz artaraq 287,3 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9 faiz artaraq 988,9 milyon dollar təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq  

00:15
01 Yanvar

Prezident: Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb

00:14
01 Yanvar

Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə xəbərdarlıq edib

00:13
01 Yanvar

Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb  

00:11
01 Yanvar

Azərbaycan Prezidenti: Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib  

00:10
01 Yanvar

Prezident: Azərbaycan əmin-amanlıq, şəraitində yaşayır və əminəm ki, bundan sonra əmin-amanlıq əbədi olacaqdır  

00:07
01 Yanvar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

00:01
01 Yanvar

Prezident İlham Əliyev: İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapıb  

23:57
31 Dekabr

Londonda evdən 10 milyon funt sterlinq dəyərində zinət əşyası oğurlanıb  

19:39
31 Dekabr

Türkiyənin hüquq-mühafizə orqanlarının 310 minə yaxın əməkdaşı Yeni il tədbirləri ilə bağlı təhlükəsizliyi təmin edir  

19:23
31 Dekabr

Səudiyyə Ərəbistanının “Əl-Cəzirə” qəzetində Azərbaycanın üzləşdiyi mina probleminə dair məqalə dərc olunub  

19:12
31 Dekabr

DİN bayram günlərində şəhər və rayonlarımıza səfər edən bütün hərəkət iştirakçılarına müraciət edib  

18:41
31 Dekabr

DİN: Kiberdələduzluq hallarına qarşı diqqətli olaq! 

18:19
31 Dekabr

Səlahiyyətli nümayəndə “Snowfest – Qış festivalı”nda görülən işlərlə tanış olub

18:07
31 Dekabr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib  

17:58
31 Dekabr

Azərbaycan və İran arasında sərhəd-keçid məntəqələrinin buraxılış imkanları müzakirə olunub  

17:48
31 Dekabr

Litvanın xarici işlər naziri təyyarə qəzası ilə bağlı azərbaycanlı həmkarına başsağlığı verib  

17:05
31 Dekabr

Yeni il ərəfəsində Xankəndiyə turist axını var 

16:18
31 Dekabr

ABŞ-ın “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib  

16:04
31 Dekabr

AHİK uşaqlar üçün bayram şənlikləri keçirir, sovqatlar paylayır

16:02
31 Dekabr

Azərbaycan beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe nümayiş etdirir

15:27
31 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!