08 Sentyabr 2025 11:00
1204
Mədəniyyət
A- A+
Bu gün görkəmli tarzən Sadıqcanın doğum günüdür

Bu gün görkəmli tarzən Sadıqcanın doğum günüdür

Sadıqcan (əsl adı Mirzə Sadıq Əsəd oğlu Sadıqcan) görkəmli Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar kimi tarixə düşüb. Bu qüdrətli şəxsiyyət virtuoz tarzən kimi Qafqazda və İranda geniş şöhrət qazanıb. Tədqiqatçıların yazdığına görə, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə (əvvəllər tarı diz üstündə çalardılar) çalmağa başlayıb. Tədqiqatçılar yazır ki, məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq Azərbaycanın musiqi simvoluna çevrilib.

AZƏRTAC xəbər verir ki, bu il görkəmli tarzənin anadan olmasının 179-cu ildönümü tamam olur.

Mirzə Sadıq Əsəd oğlu Sadıqcan 1846-cı ildə Şuşa şəhərində anadan olub. Məlumatlara görə, bütün şuşalılar kimi, Sadıq da kiçik yaşlarından öz gücünü xalq mahnılarının və muğamlarımızın ifası sahəsində sınayıb. Sənətkar toylarda, konsertlərdə, qəbullarda, ziyafətlərdə, həmçinin Bakı və Şuşada Azərbaycan və İran qastrolçularının qoyduqları tamaşaların fasilələri zamanı tarda ifa edir, özü də Qafqaza, Orta Asiya və İrana tez-tez qastrol səfərlərinə gedir, burada musiqi məclislərində iştirak edirdi. Qafqazın birinci tarzəni kimi xarakterizə edilən sənətkar haqqında “Kafkazskoye obozreniye” qəzeti yazırdı: “Onun çalğısı səlis, artistik baxımdan dəqiqdir. Sənətkarın cazibə qüvvəsi isə güclüdür. Əgər Tiflisdəki bəstəkarlar onun burada olmasından istifadə edib Sadıqdan Şərq motivlərini mənimsəyə bilsəydilər, onların yeni bəstələri üçün yaxşı materiala çevrilə bilərdi”.

Mirzə Sadıq artıq özünün tarzənlik bacarığının ən yüksək zirvəsində olduğunu anlayaraq cidd-cəhdlə bu qədim aləti təkmilləşdirmək və onda çalğı manerasını dəyişdirmək üçün yollar axtarmağa başlayır. Onu nahaq yerə Mirzə Sadıq, yəni alim Sadıq adlandırmamışlar. Sənətkarın analitik ağlı bir neçə ildə həmin işin də öhdəsindən gəlməsi üçün ona imkan verib. Sadıqcana qədər tarı diz üstündə çalırdılar. O özünün virtuoz bacarığından istifadə edərək ilk dəfə tarı sinəsinə qaldırıb.

Mirzə Sadıq, eyni zamanda, istedadlı bir bəstəkar idi. O, “Orta Segah” və “Bayatı Şiraz” muğamlarına bir neçə rəng bəstələmişdi. Bu və digər muğamların tərkibinə daxil olmuş musiqi pyesləri onların dolğunlaşmasında mühüm rol oynayıb. Onun Azərbaycan musiqisinin inkişaf tarixindəki rolu əvəzedilməzdir. Sadıqcan Azərbaycan milli musiqisində misilsiz rol oynayan dahi sənətkar kimi tarixdə iz qoyub. Tarı dizdən sinə üstünə qaldıran Sadıqcan böyük bir azərbaycanlı kimi milli ideologiyamıza, mənəvi dəyərlərimizə misilsiz xidmət göstərib. Tarixdə adı qalan sənətkar Sadıqcan neçə əsr sonra da xatırlanacaq. Çünki onun ömrü tarda davam edəcək.

Sadıqcan 1901-ci ildə Şuşada təşkil olunmuş Birinci Şərq konsertində iştirak edib. Orada ilk dəfə tarda "Mahur" muğamını tək, solo ifa edib. Üstündən bir il keçəndən sonra isə doğma şəhəri Şuşada dünyasını dəyişib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hörmüz boğazının bağlanmasının Körfəz ölkələrinə zərəri 50 milyard dollar qiymətləndirilir

17:53
31 Mart

Rusiyalı politoloq: Azərbaycanın beynəlxalq mövqeləri əhəmiyyətli dərəcədə güclənib VİDEO  

17:35
31 Mart

Prezident Kitabxanasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb 

17:24
31 Mart

Avrozonada inflyasiya əhəmiyyətli dərəcədə yüksəlib

17:19
31 Mart

Macarıstan “Caspian Agro-2026”da iştirak etməyə dəvət olunub

17:12
31 Mart

Budapeştdə Azərbaycanın qütblərarası dialoqun təşviqindəki rolundan danışılıb

17:03
31 Mart

Ağdərədəki təlim mərkəzində istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

16:59
31 Mart

Yaz fəslində sağlamlığı qorumaq üçün nə etmək lazımdır?

16:21
31 Mart

TÜRKPA 31 mart soyqırımı ilə bağlı bəyanat yayıb

15:51
31 Mart

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqin nəticələri açıqlanıb

15:45
31 Mart

“Eurovision” mahnı müsabiqəsini ilk dəfə Asiyada təşkil edəcək

15:44
31 Mart

Türkiyə Müdafiə Nazirliyi: Qardaşlarımıza qarşı törədilən soyqırımını unutmamışıq, unutmayacağıq və unutdurmayacağıq!  

15:34
31 Mart

Yaxın Şərq münaqişəsi daha çox insanın aclıqdan əziyyət çəkməsinə səbəb olacaq  

15:33
31 Mart

“Yüksəliş” müsabiqəsinə qoşulan iştirakçıların sayı 10 mini ötüb 

15:08
31 Mart

Qeyri-iş günlərində şəhər və rayonlararası marşrutlar üzrə 200 mindən çox sərnişin daşınıb

15:06
31 Mart

Xocavənd şəhərində daha 64 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

14:48
31 Mart

Fransada yanacaq qıtlığı yaşanır  

14:29
31 Mart

Hesabat: Cəmi 13 ölkə təhlükəsiz hava keyfiyyəti standartlarına uyğundur

14:23
31 Mart

ABŞ təbii qaz mayelərinin ixracını artırıb

14:17
31 Mart

Qarabağın “Qırmızı Kitab”ı hazırlanır

14:01
31 Mart

Baş Prokurorluq: Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir

13:53
31 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!