26 Sentyabr 2026 14:34
112
İDMAN
A- A+
Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub

Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Dunkan Norman Bakıda keçirilən 10-cu Formula 1 Azərbaycan Qran-Prisinin qonağı olub.

Bakı Şəhər Halqasından (BŞH) AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində səfir BŞH-nin yenilənmiş paddoku ilə tanış olub, həmçinin Media Mərkəzini ziyarət edib. Burada ona media nümayəndələrinin fəaliyyəti üçün yaradılan şərait barədə məlumat verilib. Səfir akkreditasiya mərkəzi, jurnalist və fotoqrafların iş otaqları, eləcə də mətbuat konfransı zalı ilə tanış olub.

Qeyd olunub ki, Qran-Pri günlərində Media Mərkəzində 300-ə yaxın yerli və xarici media nümayəndəsi fəaliyyət göstərir.

Dunkan Norman, həmçinin yerli media nümayəndələri ilə görüşərək Azərbaycan Qran-Prisi ilə bağlı təəssüratlarını bölüşüb. Səfirin sözlərinə görə, Bakıdakı yarışın əsas xüsusiyyətlərindən biri azarkeşlərə Formula 1 mübarizəsini izləməklə yanaşı, şəhərlə və onun görməli yerləri ilə yaxından tanış olmaq imkanı yaratmasıdır.

“Bu mövsüm Formula 1-də beş britaniyalı pilot yarışır və onlardan ikisi dünya çempionudur. Onların hər birinə uğurlar arzulayıram və britaniyalı pilotlardan birinin Bakıda qalib gəlməsinə çox şad olaram”, – deyə Dunkan Norman bildirib.

Qeyd edək ki, Böyük Britaniya Formula 1 tarixində xüsusi yer tutur. 1950-ci ildə dünya çempionatının ilk yarışı məhz Böyük Britaniyanın Silverstoun trasında keçirilib. Bu gün də ölkə Formula 1-in əsas mərkəzlərindən biri olaraq qalır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Anım Günü xalqımızın milli birliyini və şəhidlərimizin əbədi qəhrəmanlığını yaşadan müqəddəs tarixdir

17:29
26 Sentyabr

Bakıdan dünyaya açılan imkanlar

16:18
26 Sentyabr

27 Sentyabr - Tarixin Şərəf sınagı

15:18
26 Sentyabr

Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində qala gecəsi təşkil olunub

14:36
26 Sentyabr

Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub

14:34
26 Sentyabr

SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanan sənədlərin detallarını açıqlayıb

14:32
26 Sentyabr

Qazaxıstanda həlak olmuş hərbçilərlə vida mərasimi keçirilib

14:28
26 Sentyabr

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq

14:27
26 Sentyabr

Rumıniya, Yunanıstan, Bolqarıstan və Xorvatiya mediası Formula 1 Azərbaycan Qran-Prisindən yazır

14:23
26 Sentyabr

Dövlət Məşğulluq Agentliyinin sədri: İnsan kapitalına investisiyaya elə indi başlamaq vacibdir

14:09
26 Sentyabr

Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

14:05
26 Sentyabr

Energetika naziri Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanın enerji infrastrukturu üzrə prioritetlərindən danışıb

13:53
26 Sentyabr

Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub – panel sessiya

13:51
26 Sentyabr

Milli Məclisin komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yayıb

13:50
26 Sentyabr

Anar Əliyev: Əmək müqavilələrinin sayı 44,6 faiz artıb

13:49
26 Sentyabr

Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub

13:46
26 Sentyabr

Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib

13:44
26 Sentyabr

Nazirlik: Otman Bozdağ palçıq vulkanı ərazisində geoloji dəyişikliklərlə bağlı qiymətləndirmə aparılır

13:42
26 Sentyabr

Nazir: Rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması üçün yalnız yeni texnologiyalar kifayət etmir

13:38
26 Sentyabr

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu baş tutub

13:29
26 Sentyabr

Etimadın real kapitala çevrildiyi məkan: Bakı investorları bir araya gətirib

13:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!