26 İyun 2025 08:50
1893
İQTİSADİYYAT
A- A+
Böyük zəfərin işıqlı davamı

Böyük zəfərin işıqlı davamı


Azərbaycanın enerji sektorunda yeni bir səhifə açılıb. İki gün öncə Mingəçevir şəhərində  zəfər ruhunu, dirçəlişi və inkişafı özündə birləşdirən "8 Noyabr" Elektrik Stansiyası istifadəyə verilib. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfərin rəmzi olan bu ad indi ölkənin enerji təhlükəsizliyinə töhfə verən mühüm infrastrukturda öz əksini tapır. 

Ölkənin enerji ürəyi olan Mingəçevir şəhərindəki "Azərbaycan" İstilik- Elektrik Stansiyasının  (İES) ərazisində  belə bir nəhəng layihənin reallaşdırılması heç də təsadüfi deyil. Azərbaycanın enerji sahəsindəki strateji hədəflər, sürətlə inkişaf edən sənaye və əhalinin artan sayı enerjinin istehsal gücünün genişləndirilməsini zəruri edib. Məhz bu zərurətdən irəli gələrək elektrik stansiyasının tikintisinə Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci il tarixli sərəncamına əsasən qərar verilib.  2023-cü ildə 1880 MVt-lıq yeni stansiyanın təməlqoyma mərasimi keçirilib. Azərbaycanın peşəkar mühəndislərinin təklifləri əsasında hazırlanmış layihəyə dünyanın nüfuzlu enerji şirkətləri və müstəqil texniki ekspertləri cəlb olunub. Keçirilmiş tenderlər nəticəsində məsləhətçi şirkət kimi İsveçin tanınmış AFRY şirkəti seçilib. İspaniyanın IDOM şirkəti ilə "AzərEnerji"nin Energetika İnstitutunun mütəxəssisləri tikinti işlərinə paralel olaraq layihələndirməni həyata keçiriblər.

Stansiya ərazisində 15 min kubmetrdən artıq svay vurulub və 7200 ton metal konstruksiya işi görülüb. Dayanıqlı qaz təchizatı üçün 10 kilometr uzunluğunda yeni qaz xətti inşa olunub, iki qazpaylayıcı və tənzimləyici stansiya tikilib, müstəqil kompressor qurğuları quraşdırılıb. Stansiyanın enerji sisteminə inteqrasiyası üçün "Azərbaycan" İES-in 500 və 330 kV-luq yarımstansiyaları yenidən qurularaq genişləndirilib. Həmçinin "Mingəçevir-Samux" ötürmə xətti və "Samux" yarımstansiyasında yenidənqurma işləri həyata keçirilib. Ümumi effektivliyi artırmaq məqsədilə "AzərEnerji" Mingəçevirdəki "Azərbaycan" İES-in iki enerji blokunun buxar turbinlərini modernləşdirib. Yeni elektrik stansiyasının səmərəliliyi nəticəsində şərti yanacaq sərfiyyatı "Azərbaycan" İES-in digər blokları ilə müqayisədə illik 1 milyard kubmetr təbii qaza qənaət etməyə və 2 milyon ton karbon qazının atmosferə buraxılmasının qarşısını almağa imkan verir. Faydalı iş əmsalı 17 faiz artaraq, 38,5 faizdən 55,5 faizə yüksəlib.

Qeyd edək ki, "8 Noyabr"  müstəqillik dövrünün ən böyük elektrik stansiyasıdır. Stansiyanın inşası üçün xarici ölkələrdən gəmilərlə 1500-ə yaxın konteynerlə mal-material daşınıb. Çinin "Dongfang" şirkətindən alınmış, ümumilikdə, 40 min kubmetr həcmində 20 min ton çəkisi olan 4 ədəd util qazan Çindən gətirilib. Sifariş əsasında İtaliyanın "Ansaldo Energia" şirkəti tərəfindən hazırlanan, ümumi çəkisi 3 min tondan çox olan qaz turbinləri və generatorlar, o cümlədən köməkçi avadanlıq ikinci logistika marşrutu ilə İtaliyadan Bakı limanına çatdırılıb. Hər birinin çəkisi 300 və 400 tondan artıq olan yüklərin qabariti böyük olduğundan Mingəçevirə qədər yolboyu körpülərin altı qazılıb və keçid təmin ediləndən sonra yollar bərpa olunub. 

Mütəxəssislərin fikrincə, adətən, belə böyük stansiyalar 3-5 ilə tikilsə də, layihə rekord müddətdə - 2 il ərzində tamamlanıb. Digər ölkələrdəki oxşar stansiyalarla müqayisədə "8 Noyabr"ın  tikintisinə xərclənən vəsait də bir neçə dəfə az olub. Stansiya yalnız enerji baxımından deyil, həm də layihə idarəçiliyi, vaxt və maliyyə səmərəliliyindən dolayı nümunəvi model sayılır. Bu, ölkənin böyük texnoloji və təşkilati imkanlara malik olduğunu sübut edir. Layihə regional və beynəlxalq səviyyədə Azərbaycanın enerji sənayesində rəqabətqabiliyyətli mövqeyini daha da möhkəmləndirir. 

Xatırladaq ki, Ermənistanın silahlı qüvvələri  Vətən müharibəsində Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alır, yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tuturdu. Düşmən beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyasını hədəf almaqla, cəbhə zonasından 100 kilometrdən də artıq uzaqda yerləşən iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. 2020-ci il oktyabrın 4-də Mingəçevir İES-in ərazisinə atılan  böyük dağıdıcı qüvvəyə malik "Smerç" reaktiv yaylım atəşli raket unudulmayıb. Bir həftə sonra oktyabrın 11-də ikinci dəfə atılan raket İdarəetmə Mərkəzinin yaxınlığına düşmüşdü. Xoşbəxtlikdən müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilmişdi. 

Bu mənfur hərəkətin məqsədi ölkəmizin enerji infrastrukturunu iflic vəziyyətə salmaq idi. Prezident İlham Əliyev  stansiyanın açılışında bu faktı xatırlayaraq: "Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir", - dedi.

"8 Noyabr" Elektrik Stansiyası təkcə texnoloji deyil, ideoloji baxımdan da böyük əhəmiyyət daşıyır. Bu ad  Azərbaycan xalqının birlik və iradə simvoluna çevrilmiş Zəfər gününün daşıyıcısıdır. Həmin qələbənin nəticələri təkcə siyasi və hərbi sahədə deyil, həm də iqtisadi və sosial inkişafda özünü göstərir. "8 Noyabr" məhz həmin zəfərin işıq saçan davamıdır. Dövlət başçısının söylədiyi  "Bu gün bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında "8 Noyabr"ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq" sözləri milli qürurumuzun və birlik ruhumuzun  təcəssümü olmaqla yanaşı, əsgərlərimizin  qəhrəmanlığının əbədiləşdirilməsini də özündə ehtiva edir. İndi bu adla fəaliyyətə başlayan stansiya gələcək nəsillərə güclü dövlətin, qalib xalqın və işıqlı sabahın mesajını verir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!