03 Aprel 2024 14:05
172
DÜNYA
A- A+
Botsvana Almaniyanı 20 min fil göndərəcəyi ilə təhdid edib

Botsvana Almaniyanı 20 min fil göndərəcəyi ilə təhdid edib

 

Botsvana Prezidenti siyasi mübahisə fonunda rəsmi Berlini Almaniyaya 20 min fil göndərməklə hədələyib.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, bu ilin əvvəlində Almaniyanın Ətraf Mühit Nazirliyi fil sümüklərinin idxalına daha sərt məhdudiyyətlər qoyulmasını təklif edib. Bu, fillərin ovlanması üzrə Afrikanın əsas ölkələrindən biri olan Botsvananın qəzəbinə səbəb olub. Bu ölkənin Prezidenti Mokqvetsi Masisi alman mediasına müsahibəsində deyib ki, Almaniyanın təklifi botsvanalıların daha da yoxsullaşması ilə nəticələnəcək. O əlavə edib ki, fillərin mühafizəsi siyasəti bu heyvanların sayını xeyli artırıb və yalnız ov nəticəsində onların populyasiyasını nəzarətdə saxlamaq mümkündür.

Botsvana Prezidenti Almaniyanın “Bild” qəzetinə deyib ki, “almanlar da botsvanalılar ilə birlikdə bu heyvanlarla yanaşı yaşamalıdır”.

Botsvanada dünyadakı fillərin təxminən üçdəbiri - 130 mindən çoxu yaşayır. Dövlət başçısının sözlərinə görə, onlar əmlaka ziyan vurur, məhsulları yeyir və sakinləri tapdalayır. Botsvana daha əvvəl Anqola kimi ölkələrə 8000 fil verib və onların sayını azaltmaq üçün Mozambikə də yüzlərlə fil təklif edib. Masisi vurğulayıb: “Biz Almaniyaya da belə bir hədiyyə təqdim etmək istərdik. Bu, bir zarafat deyil və Berlindən “yox” cavabını qəbul etməyəcəyik”.

Botsvana 2014-cü ildə fil ovunu qadağan edib, lakin yerli icmaların təzyiqi ilə 2019-cu ildə məhdudiyyətləri aradan qaldırıb. İndi ölkə illik ov kvotaları verir və bunun yerli icma üçün yaxşı gəlir mənbəyi olduğunu bildirir.

“Humane Society International” təşkilatının 2021-ci il hesabatına görə, Almaniya Aİ-nin Afrika filinin ov məhsullarının ən böyük idxalçısıdır. Berlindəki Ətraf Mühit Nazirliyinin sözçüsü AFP xəbər agentliyinə bildirib ki, Botsvana bu məsələ ilə bağlı Almaniyaya heç bir narahatlıq bildirməyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yankoviç də gedir?

08:50
09 Fevral

FIFA agenti legioner limiti ilə bağlı qərarı dəstəklədi

08:45
09 Fevral

"Qapılar bağlanır, növbəti stansiya..."

08:40
09 Fevral

Rusiya indi də şantaj yolunu tutub

08:35
09 Fevral

"Rusiyanın təyyarə qəzası ilə bağlı mövqeyi təəssüf doğurur"

08:30
09 Fevral

Ermənistan Avropa İttifaqının "müşahidə missiyası"ndan çəkinməlidir

08:25
09 Fevral

Paşinyanın manipulyasiya cəhdləri

08:20
09 Fevral

Ermənistan hakimiyyəti narahatdır

08:15
09 Fevral

Siyasi riyakarlığın mərkəzinə çevrilmiş qurumun sonu

08:10
09 Fevral

"Yaşıl məqsəd"ə doğru

08:05
09 Fevral

"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"

08:00
09 Fevral

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 fevral tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:46
09 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 fevral 2025-ci il tarixli 38 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:45
09 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 fevral 2025-ci il tarixli 39 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:44
09 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:43
09 Fevral

Azərbaycan güləşçiləri reytinq turnirində daha 2 medal qazanıblar

23:38
08 Fevral

Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb  

22:58
08 Fevral

Fransada təxribat: Atatürkün bu ölkədəki tək büstü oğurlanıb  

22:56
08 Fevral

Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq mükafata layiq görülüb

22:50
08 Fevral

FIFA azərbaycanlı futbolçunun şikayətini təmin edib, Türkiyə klubu təzminat ödəyəcək

22:47
08 Fevral

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib 

22:45
08 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!