24 Iyul 2024 13:05
106
DÜNYA
A- A+

BMT: Sudanda 26 milyon insan aclıq çəkir

 

Silahlı münaqişələr və vətəndaş müharibəsinin viran qoyduğu Sudanda 26 milyon insan aclıq çəkir. Bundan başqa, 750 min sudanlı bu fəlakətlə bağlı ölüm astanasındadır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu məlumat BMT-nin hesabatında yer alıb.

BMT-nin sözçüsü Stefan Dujarrik Sudanda ərzaqla bağlı vəziyyətin pisləşməsindən narahatlığını bildirib. O, təşkilatın baş qərargahında keçirdiyi brifinqdə deyib: “Demək olar ki, 26 milyon kişi, qadın və uşaq kəskin aclıq içindədir. Misal üçün deyim ki, bu, Avstraliyanın bütün əhalisinə bərabərdir. Həmin 26 milyon insandan 750 min nəfər isə aclıqdan ölümün astanasındadır”.

Sudanda Suveren Şuranın rəhbəri general Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi ordu ilə onun keçmiş müavini Muhammed Həmdan Daqlonun rəhbərlik etdiyi yarımhərbi Çevik Dəstək Qüvvələri (RSF) arasında döyüşlər davam edir.

BMT-nin məlumatına görə, 2023-cü ilin aprelində başlayan münaqişədə ən azı 12 260 nəfər ölüb, 33 mindən çox insan yaralanıb. Təxminən 6,8 milyon insan Sudanda və ya qonşu ölkələrdə sığınacaq tapıb. Amma həmin ərazilərdə də humanitar böhran pisləşməkdə davam edir.

Səudiyyə Ərəbistanı və ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş bir neçə atəşkəs razılaşması da bu ölkədə silahlı münaqişəyə son qoya bilməyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video