24 Iyul 2024 15:02
130
CƏMİYYƏT
A- A+

“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində BƏT-lə birgə seminar keçirilir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatı (BƏT) “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində “Azərbaycan Respublikasında ətraf mühitin dayanıqlığına doğru genderə həssas ədalətli keçidin təşviqi” mövzusunda birgə seminar keçirir.

Nazirlikdən "Azərbaycan" qəzetinə verilən məlumata görə, iki gün davam edəcək tədbirdə hökumət rəsmiləri, beynəlxalq qurumların, sahibkarlar və həmkarlar təşkilatlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər iştirak edirlər.

Seminarın açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev qlobal problemlərdən biri olan iqlim dəyişmələrinin mənfi təsirlərini, ətraf mühitin dayanıqlığına doğru proseslərdə gender prinsiplərinə həssas və ədalətli yanaşmanın, inklüzivliyin vacibliyini önə çəkib.

Bu ilin noyabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, beynəlxalq ictimaiyyətin iqlim dəyişmələri ilə mübarizədə irəliləyişlərə səfərbər edilməsində COP29-un vacib rol oynayacağı bildirilib. COP29-a hazırlıq prosesində ölkələrə dəstək olmaq üçün BƏT-in bilik və təcrübə mübadiləsi vasitəsilə genderə həssas ədalətli keçidin təşviqinə yönələn layihənin əhəmiyyəti diqqətə çatdırılıb.

BƏT-lə birgə təşkil olunan seminarın sahibkarlar və həmkarlar ittifaqı təşkilatları, digər maraqlı tərəflərin COP29-a töhfə vermək üçün birgə səylərinin güclənməsinə, nüfuzlu qlobal tədbirə hazırlıq və təcrübələrin paylaşılması üçün sosial dialoqun təşviqinə və digər mühüm hədəflərə xidmət etdiyi vurğulanıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin müəssisələrin İnkişafı və yaşıl iş yerləri üzrə baş mütəxəssisi Kristina Martinez çıxış edərək seminarın mövzusunun vacibliyini, bu sahədə bilik və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Seminarın gündəliyinə COP29-a hazırlıq prosesində sosial tərəfdaşlarla birgə fəaliyyət, həmçinin əmək bazarı ilə bağlı birgə mövqe sənədinin hazırlanması, iqlim dəyişikliyi ilə əlaqədar görülən işlərdə gender bərabərliyi, inklüzivliyin təminatına xüsusi önəm verilməsi, ən yaxşı beynəlxalq təcrübələrin paylaşılması, bilik və təcrübə mübadilələrinin həyata keçirilməsi və s. ilə bağlı panel müzakirələrin aparılması daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video