22 İyul 2025 15:01
507
İQTİSADİYYAT
A- A+
Birinci yarımildə Azərbaycanın icmal büdcəsinin profisiti 4,7 milyard manatı ötüb  

Birinci yarımildə Azərbaycanın icmal büdcəsinin profisiti 4,7 milyard manatı ötüb  


2025-ci ilin yanvar-iyun aylarında icmal büdcənin gəlirləri 24 milyard 357,9 milyon manat, xərcləri isə 19 milyard 593,7 milyon manat icra olunub.

AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, icmal büdcədə 4 milyard 764,2 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 3 milyard 962,9 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 554,6 milyon manat və ya 16,3 faiz çox), xərcləri 3 milyard 743,5 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 324,5 milyon manat və ya 9,5 faiz çox) olub.

İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri 121,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 33,7 milyon manat və ya 21,7 faiz az), xərcləri 84,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 milyon manat və ya 26 faiz çox) olub.

İcbari tibbi sığorta fondunun büdcəsinin gəlirləri 1 milyard 253,8 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 82,5 milyon manat və ya 7 faiz çox), xərcləri 1 milyard 015,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 219,9 milyon manat və ya 27,6 faiz çox) təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 815,9 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 427 milyon manat və ya 4,6 faiz az), xərcləri 7 milyard 264,8 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 862,1 milyon manat və ya 13,5 faiz çox) olub.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 213,2 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,7 milyon manat və ya 18,3 faiz az), xərcləri 203,2 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 milyon manat və ya 6,1 faiz çox) təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilib SƏRƏNCAM  

17:41
07 Yanvar

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib SƏRƏNCAM  

17:36
07 Yanvar

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

17:17
07 Yanvar

Azərbaycanla Koreya arasında gənclər və idman sahələrində əməkdaşlıq genişləndirilir  

17:10
07 Yanvar

Baş Prokurorluq: Dövlət Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsi barəsində istintaq olunan cinayət işi məhkəməyə göndərilib  

17:08
07 Yanvar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:07
07 Yanvar

Zelenski Parisdə keçiriləcək danışıqların mövzularını açıqlayıb  

17:06
07 Yanvar

“SOCAR PETROLEUM” Qazaxın Xanlıqlar kəndində yanacaq daşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb

17:05
07 Yanvar

Mütəxəssis: Tez-tez xəstələnmə, infeksiyaların ağır keçməsi immun sisteminin kifayət qədər güclü olmadığını göstərə bilər  

17:03
07 Yanvar

Rumıniyalı ekspert: Azərbaycan Cənubi Qafqazda formalaşdırıcı gücdür  

17:02
07 Yanvar

“ACWA Power” şirkəti ilə elektrik enerjisinin ötürülməsi istiqamətində əməkdaşlıq perspektivləri dəyərləndirilib  

16:29
07 Yanvar

İtaliya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən bəhs edən məqalə yayımlayıb

16:18
07 Yanvar

Azərbaycan-Çin əlaqələri 2025-ci ildə tarixi yüksək səviyyəyə qalxıb  

16:12
07 Yanvar

Ötən il Zaqataladan bir sıra Avropa və ərəb ölkələrinə gül yağı ixrac edilib

15:57
07 Yanvar

Ağ Ev: Tramp Qrenlandiyanı almaq üçün müxtəlif variantları nəzərdən keçirir  

15:18
07 Yanvar

Rumıniya nəşri: 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır  

15:16
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!