25 May 2023 10:10
429
İQTİSADİYYAT
A- A+
"Bir şuşalı kimi xoşbəxtəm ki, şəhərin yenidən qurulmasında iştirak edirəm"

"Bir şuşalı kimi xoşbəxtəm ki, şəhərin yenidən qurulmasında iştirak edirəm"

 

Bu gün Qarabağın, Şərqi Zəngəzurun mənzərəsini göz önündən keçirəndə könlün qürurlanır, ürəyin fərəhlə döyünür. Otuz il düşmən işğalında inləyən doğma yurd yerlərimiz yazda təbiət canlanan  kimi dirçəlir, yenilənir. Hər addımda  ürək açan, xoş ovqat  yaradan bir həyat  tablosu. 
Bu qədim diyarın əsl sahibləri qanları, canları bahasına azad etdikləri əraziləri necə həvəslə, dağ selinə bənzəyən bir coşquyla tikib-qurur, ana torpağın yaralarına ürəklərinin odu, əllərinin hərarəti ilə  məlhəm olur, erməni barbarlarının  görünməmiş vəhşiliklə dağıdıb, odlara qalayıb viran qoyduqları  kəndlərin, şəhərlərin yerində gözəlliyi ilə göz qamaşdıran yeni yaşayış  evləri, məktəblər, xəstəxanalar inşa edir, yollar çəkir, körpülər salır, bu yerlərin  əzəli sahiblərinin rahatlığına hesablanan müasir infrastruktur  layihələrini həyata keçirirlər.
Şanlı ordumuzun, qəhrəman Azərbaycan əsgərinin şücaəti,  Müzəffər Ali Baş Komandan İlham  Əliyevin qüdrəti sayəsində erməni işğalından azad edilən Qarabağ və Şərqi Zəngəzur bu gün böyük bir inşaat meydanına çevrilib. Dünən  gücünü müharibəyə səfərbər edib onun bütün dünyanı heyrətə salan ən qısa müddətdə - cəmi 44 gün ərzində  şanlı qələbə ilə başa çatmasını  təmin edən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Qarabağı, Şərqi Zəngəzuru qarış-qarış gəzib dolanır, uğurla reallaşan möhtəşəm tikinti, bərpa, quruculuq  işləri ilə yerində tanış olur,  yeni layihələrə xeyir-dua verir, yeni  kəndlərin, şəhərlərin, fabriklərin, elektrik stansiyalarının təməlini qoyur. Dünən təşnəsi olduğumuz Qarabağ zəfərini qüdrətli sərkərdə  məharəti ilə gerçəkləşdirən İlham Əliyev bu gün vətən sevdalı bir memar kimi bütün enerjisini işğaldan azad olunmuş ərazilərin hər qarışını cənnətə  döndərməyə sərf edir. Bu alqışa  layiq rəhbər məqsədinin, əsl vətəndaş  mövqeyinin məntiqi nəticəsidir ki, Qarabağın, Şərqi Zəngəzurun yenidən qururlmasına, kəndlərin, şəhərlərin tikintisinə, yolların, tunellərin, infrastruktur layihələrinin inşasına dünyanın məşhur şirkətləri cəlb edilib. Yaradılan şərait, dövlət səviyyəsində davamlı dəstək və diqqət isə öz növbəsində genişmiqyaslı  quruculuq işlərinə zərbəçi ahəng verir.
Gündən-günə vüsət alan tikinti-quruculuq işlərinin meydanı nə qədər geniş olsa da, əsas diqqət mərkəzində başımızın tacı, Qafqazın mirvarisi olan Şuşadır. Çox qısa  bir zaman kəsimində bütün türk  dünyasına günəş kimi doğan Şuşanın yüksək  zövqlə tikilib-qurulmasına, hər daşın, hər naxışın zərgər dəqiqliyi ilə yerləşdirilməsinə böyük önəm verilir. Bu baxımdan Şuşada tikinti, quruculuq işlərinin aparılması seçilmiş, ən təcrübəli, ən bacarıqlı inşaatçılara etibar edilir. 
"Fərid-İnşaat"  şirkətinin seçilmişlər sırasında yer alması təsadüfi  deyil. Şirkət inşa etdiyi müasir tələblərə cavab verən yaraşıqlı məktəblərlə, xəstəxanalarla ölkəmizin müxtəlif rayonlarında hər zaman minnətdarlıqla xatırlanan silinməz izlər  qoyub. Bu gün isə "Fərid-İnşaat" yenə diqqət mərkəzində - Şuşadadır. Şirkətə ölkənin  sayılıb-seçilən mühəndisi Sübhan Həsənov rəhbərlik edir.  Sadə, səmimi və son dərəcə təvazökar insandır. Uşaqla uşaqdı, böyüklə böyük. Yaşadığı Bərdə şəhərində xeyirxahlığı ilə də məşhurdur. Çətinə, dara düşənə arxa durur, əl tutur və bunu da dilə gətirməz.  Bizimlə  söhbəti də yetərincə maraqlı alındı:
- Tikib-qurmaq, həyatda yaxşı iz qoymaq  könül rahatlığıdır. Tikdiyin məktəbi, xəstəxananı təhvil verəndə açılış mərasiminə toplaşan insanların alqışları, minnətdarlığı aylarla çəkdiyin zəhmətin  ağrı-acısını bir anda unutdurur. Özünü xoşbəxt sayırsan. Amma unutmayaq ki, tikinti-quruculuq  layihələrinin reallaşması dövlətin  iqtisadi qüdrətindən, bu dövlətə  rəhbərlik edənin niyyət və məramında çox asılıdır. Biz sadəcə icraçılarıq, əsas müəllif Prezident  İlham Əliyevdir. Mən əslən şuşalıyam. Amma uzun illərdir ki, Bərdədə yaşayıram. Şuşaya işləməyə dəvət olunanda uşaq kimi kövrəldim. Bunu həyatımın ən fərəhli xəbəri, bir möcüzə kimi qəbul etdim.  Atalarımın, babalarımın yaşadığı, hər daşında, hər cığırında uşaqlıq xatirələrim olan doğma Şuşanın  yaralarına məlhəm olmağa dəvət almağımı ömrümün ən şirin, ən xoşbəxt anı kimi heç zaman unutmayacağam. Özümü bir də ona görə xoşbəxt  sanıram ki,  bu gün həm də yenidən tikilib-dirçələn Qarabağın və Şərqi Zəngəzurun baş memarı İlham Əliyevin komandasında sıradan bir inşaatçı  kimi çalışıram. Bir şuşalı kimi xoşbəxtəm ki, şəhərin yenidən qurulmasında iştirak edirəm. Bu, ölçüyəgəlməz qürur mənbəyidir, qurub-yaratmağın stimuludur. Biz hazırda Şuşada 4 hektar ərazidə şəhər mərkəzi xəstəxanası tikirik. Bu, çox  möhtəşəm və müasir tələblərə cavab verəcək səhiyyə müəssisəsi olacaq. Tikinti işləri sürətlə gedir. Qrafiki qabaqlamaq, obyekti nəzərdə tutulan vaxtdan əvvəl təhvil verməyə çalışırıq. Əmək ehtiyatımız, işçi qüvvəmiz yetərincədir. Mal-material sarıdan da  korluğumuz yoxdur.
Doğma Şuşa səni düşmən caynağından alıb bizə qaytaranlara eşq olsun! Uğrunda şəhid olub əbədiyyətə  qovuşanlar heç vaxt unudulmayacaq. Nə qədər bu xalq var, Şuşanın xilaskarları könüllərdə əbədi  yaşayacaq. Sən yeni doğulan körpə kimisən, əziz Şuşa. Hər gün bir boy da ucalırsan. Övladların səni  sevə-sevə, başına pərvanə kimi dolana-dolana, hər kərpicinə hərarətli əlləriylə sığal çəkə-çəkə tikib qururlar. Biz xoşbəxtik! Nə xoş ki,  sənə qovuşduq. Nə xoş ki, qəhrəman oğulların azğın düşməni bu yerlərdən qovdu, həsrət, nisgilə son verdi.

Lazım QULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi

11:53
29 May

Azərbaycan neftinin qiyməti 100 dollar olub

11:34
29 May

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

11:17
29 May

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

11:09
29 May

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

10:47
29 May

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

10:24
29 May

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

10:09
29 May

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

09:58
29 May

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

09:41
29 May

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

21:57
28 May

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

21:40
28 May

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

20:33
28 May

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

20:28
28 May

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

19:56
28 May

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

19:24
28 May

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

19:23
28 May

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

19:21
28 May

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

19:19
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!