Çirkin niyyətlərini reallaşdıra bilməyən dövlətlər AŞPA-dan təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar
Avropa Şurası Parlament Assambleyasının, eləcə də Aİ-nin beynəlxalq təşkilat adı ilə maskalanaraq Qərb dövlətlərinin sifarişlərini birbaşa yerinə yetirən qondarma qurum olduqları məlumdur.
Bu qurumlara üzv olan müstəqil dövlətlərə birbaşa təsir və təzyiq edə bilməyən bəzi Qərb dövlətləri öz çirkin niyyətlərini AŞPA-nın və Aİ-nin "güc"ündən istifadə etməklə həyata keçirmək istəyirlər. Təzə olan budur ki, bəzi Qərb dövlətlərinin həyasızlığı o həddə çatıb ki, əvvəllər üstüörtülü, gizlin etdiklərini indi dünyanın gözü qarşısında açıq-aşkar edirlər. İşin pis tərəfi də odur ki, bütün bu eybəcərliklər "demokratıya", "insan haqları" adı altında həyata keçirilir.
Heç kimə sirr deyil ki, uzun müddətdir Qərb dairələri öz qlobal, geopolitik maraqlarını təmin etmək məqsədi ilə Gürcüstanda qanuni hakimiyyəti devirib maliyyələşdirdikləri "Qərbyönümlü" müxalif qüvvələri hakimiyyətə gətirməyə çalışırlar. Belə görünür ki, istəklərinə nail ola bilməyən Qərb dairələri rəsmi Tbilisiyə qarşı "hücum"u AŞPA-da davam etdirmək niyyətinə düşüblər. Bir neçə gün əvvəl İsveç parlamentinin deputatı Borjana Oberq Gürcüstan nümayəndə heyətinin etimadnaməsinin tanınmaması barədə AŞPA-da məsələ qaldırmışdı. İsveçli xanım deputat "fikrini" belə izah etmişdir: "Gürcüstan parlamenti birpartiyalı parlamentdir - yalnız "Gürcü arzusu" ilə . İvanişvili rejimi Gürcüstanda demokratik nizamı məhv edir. Ona görə də mən Avropa Xalq Partiyası adından sizə müraciət edirəm ki, onların səlahiyyətlərini dayandırın". Beş ölkədən nümayəndə heyətinin 30-dan çox üzvü məsələni dəstəkləyib.
Məsələyə münasibət bildirən "Gürcü Arzusu" partiyasının üzvü Tea Tsulukiani mətbuata verdiyi açıqlamasında bildirib ki "Gürcüstan hakimiyyətinin əleyhdarları gürcü nümayəndə heyətinin etimadnaməsinin AŞPA-da ümumiyyətlə, tanınmamasını istəyirdilər. Qurum isə etimadnamələri tanıyıb, lakin müəyyən şərtlərlə. Bunlardan biri də yeni parlament seçkilərinin keçirilməsi olub. Bütün qeyd olunanları nəzərə alaraq, biz, Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri Strasburq və Tbilisidə müzakirələr apardıq. "Gürcü Arzusu" komandasının ümumi qərarı ilə, səlahiyyətlərimizin təsdiq olunmasına baxmayaraq, bu gündən etibarən Parlament Assambleyasında işi dayandırırıq". Tsulukiani həmçinin qeyd edib ki, Gürcüstan nümayəndə heyəti ölkəyə və xalqa qarşı şantaj dayandırıldıqdan sonra Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini bərpa edəcək. O əlavə edib ki, nümayəndə heyətinin etimadnaməsi ilə bağlı qeyd-şərtlər seçicilərin əksəriyyətinə və "Gürcü Arzusu" ictimaiyyətinə xəyanət etməyə bərabər olardı: "Gürcüstan təbii ki, bir dövlət kimi Avropa Şurasının üzvü olaraq qalır. Ancaq bizim parlament nümayəndə heyətimizin üzvləri Parlament Assambleyasında iştirakını yalnız o zaman bərpa edəcəklər ki, gürcü dövlətinə və xalqına qarşı ədalətsiz münasibət dəyişəcək, şantajlara son qoyulacaq, rəsmi və qeyri-rəsmi bütün qərar qəbul edənlər, onların arxasında duran qüvvələr yaxşı anlayacaqlar ki, bu cür təzyiqlər Gürcüstanı və onun əhalisinin seçdiyi hökuməti heç bir anti-gürcü addım atmağa məcbur etməyəcək".
Qeyd edək ki, ötən ilin yanvarından AŞPA "insan hüquq"larının vəziyyətinə istinad edilərək Azərbaycan nümayəndə heyətinin mandatını da 1 il müddətinə dondurmuşdu. Məlum məsələdir ki, AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qərarının, qeyd olunduğu kimi, "insan hüquq"ları ilə heç bir əlaqəsi yox idi. Son dövrlər dünyanın geopolitik mənzərəsində baş verən olaylar göstərir ki, əslində, belə təşkilatları insan hüquqları maraqlandırmır. Böyük dövlətlər öz qlobal maraqları naminə hansısa dövlətə təzyiq etmək istəyəndə "insan hüququ", "demokratiya" amili önə çıxır. Əsl həqiqət budur ki, Avropa Şurası və onun Parlament Assambleyası artıq neçə ildir ki Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan siyasət yürüdür. Qarabağ zəfərindən sonra isə bu siyasət daha riyakar və ikiüzlü xarakter alıb. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını həzm edə bilməyən Qərb dövlətləri, xüsusilə Fransa Qarabağ zəfərindən sonra Azərbaycana təzyiq etmək məqsədilə riyakar siyasətini maliyyələşdirdiyi beynəlxlaq təşkilatlar vasitəsilə yürütməyə çalışır. Azərbaycana qarşı irəli sürülən iradlar və ittihamların kökündə tək bir məsələ durur - müstəqil siyasət yeridən dövlətlərin hədəfə alınması. Azərbaycan nümayəndə heyəti belə bir şəraitdə AŞPA-da azərbaycanofobiya və islamofobiya mühiti fonunda əməkdaşlığı davam etdirməyi məqsədəuyğun hesab etməyərək təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlmişdi.
Azərbaycan nümayəndə heyəti bu il AŞPA-nın sessiyasında iştirakdan imtina etdi. 2025-ci il sessiyasında iştirak etməyən deputat qrupunun rəhbəri Səməd Seyidov mətbuata açıqlamasında Strasburqa getməmələrində təəccüblü bir şey olmadığını deyib: "Biz bir il əvvəl oranı tərk edərkən mövqeyimizi açıq şəkildə ifadə etmişik ki, bizə qarşı qərəz, böhtan kampaniyası dayandırılmalıdır. 2025-ci il sessiyası başlayıb, bu günə qədər də bizə qarşı münasibətdə müsbət dəyişiklik olmadı. Ona görə də mövqeyimiz dəyişməz olaraq qaldı".
Elşən QƏNİYEV,
"Azərbaycan"
Dünya ikincisi olan Azərbaycan şahmatçısı: Gümüş medalı anama həsr edirəm
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanın cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB
İsmayıllı rayonunda zəlzələ olub
Bu gün 59 minə yaxın XI sinif şagirdinin buraxılış imtahanı verəcəyi gözlənilir
QMİ sədri və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib
Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib
Misli Premyer Liqası: "Qarabağ" liderliyini möhkəmləndirib
Fələstin mediası Ceyhun Bayramovun İƏT Nazirlər Şurasının iclasındakı çıxışını işqlandırıb
Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib
Avropa Azərbaycan Mərkəzi Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
Dünya Kuboku: Azərbaycan gimnastı qızıl medal qazanıb
Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir
Azərbaycan Slovakiyanın qaz təchizatı ilə bağlı müzakirələrdə iştirak edib
Nazir müavini Firudin Qurbanov Ağalıda tədris prosesi ilə tanış olub
Sabah ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək
Brüsseldə multikulturalizmə həsr olunan panel müzakirə təşkil olunub
Rusiya Ukraynaya kütləvi hava hücumu edib, çoxlu sayda ölənlər var
Azərbaycan nümayəndə heyətinin Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirak edib
Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!