07 Avqust 2020 19:29
814
DÜNYA
A- A+

Beyrutda partlayış zamanı həlak olanların sayı 154 nəfərdir

Beyrut limanında partlayış nəticəsində həlak olanların sayı 154 nəfərədək artıb, xəstəxanalarda ağır vəziyyətdə 120 vətəndaş qalır. Bu barədə Livanın səhiyyə naziri Hamed Həsən bildirib.

"Livanın səhiyyə naziri Hamed Həsən ölənlərə dair son məlumatları açıqlayıb. Onların sayı 154-ə çatıb. Yaralıların sayı 5 minə yaxındır", - deyə Livanın NNA milli agentliyi xəbər verir.

Nazir qeyd edib ki, xəstəxanalarda 120 nəfər ağır vəziyyətdədir, ona görə də qurbanların sayı arta bilər.

Beyrut limanı ərazisində və yaxınlıqda dağılmış məhəllələrdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Əməliyyatda Rusiya FHN-in mütəxəssisləri və digər ölkələrdən xilasedicilər iştirak edirlər.

Dağıdıcı partlayış çərşənbə axşamı Livanın hərbi dəniz bazasının yaxınlığında Beyrut Dəniz Limanı yaxınlığında baş verib. Partlayış dalğası onlarla evi, avtomobilləri məhv etmiş yaxud zədələmişdir. Paytaxtın bir çox məhəllələrində şüşələr qırılmışdır.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 2014-cü ildə gömrük xidmətləri tərəfindən müsadirə olunmuş və anbarda saxlanılan 2750 ton ammonium selitrası partlamışdır.

Ölkədə matəm elan edilib. Beyrut fəlakət rayonu kimi tanınıb, şəhərdə iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video