16 Oktyabr 2025 13:42
2425
Mədəniyyət
A- A+
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimi keçirilib - YENİLƏNİB  

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimi keçirilib - YENİLƏNİB  


Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyevlə vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərhumun cənazəsi Beynəlxalq Muğam Mərkəzinin matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulmuşdu.

Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, hökumət qurumları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

Mədəniyyət naziri Adil Kərimli Ramiz Quliyevin zəngin həyat və yaradıcılıq yolundan danışıb. Nazir qeyd edib ki, onun yaratdığı irs Azərbaycan mədəniyyətində elə bir xəzinədir ki, zaman onu silə bilməz. Bu irs gələcək nəsillər üçün də örnək olacaq.

“Ramiz Quliyev yalnız böyük bir ifaçı kimi deyil, həm də sənətə gətirdiyi özünəməxsus üslubla seçilirdi. O, Azərbaycan tarını, milli musiqimizi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıtmaqla mədəniyyətimizin dünyada sevilməsinə mühüm töhfə verib", - deyə nazir qeyd edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli dərin kədərini ifadə edərək deyib: "Ramiz Quliyevlə ömür boyu yaxın dost olmuşuq. Onu itirmək mənim üçün də, bütövlükdə Azərbaycan mədəniyyəti üçün də son dərəcə ağırdır. Biz Ramizlə saysız-hesabsız konsertlərdə bir yerdə iştirak etmişik. Onun sənətinə, ifasına hər zaman heyran olmuşam. Dünyanın bir çox ölkələrində böyük zal və orkestrlərin müşayiəti ilə çıxışlarımız olub. O, Azərbaycan musiqisini layiqincə təmsil edən, xalqın qəlbində özünə yer qazanmış nadir sənətkarlardan biri idi".

Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə çıxışında Ramiz Quliyevin musiqi mədəniyyətimizi həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə layiqincə təmsil etdiyini deyib. O qeyd edib ki, Ramiz Quliyev Azərbaycan tar ifaçılığı sənətində ən yüksək səviyyəni nümayiş etdirib. “Mən düşünürəm ki, onun bu yanaşması və üslubu tar ifaçılığının ən seçilən nümunələrindən biri olaraq qalacaq,” – deyə o əlavə edib.

Xalq artisti Mənsum İbrahimov bildirib ki, Ramiz Quliyev Azərbaycan musiqi sənətində nadir istedada malik böyük sənətkar idi. Onun ifaçılığı, yaradıcılığı və musiqiyə olan yanaşması gələcək nəsillərə örnək olacaq. Onun adı xalqımızın qəlbində daim yaşayacaq.

Xalq artisti Vamid Məmmədəliyev çıxışında Ramiz Quliyevin musiqi irsimizin yaşadılmasında çox böyük işlər gördüyünü deyib. O bildirib ki, bütün bunlar onun tara olan sevgisindən yaranmışdı: “Gözəl xasiyyəti var idi. Sədaqətli dost, yaxşı yol yoldaşı idi. Onu itirmək olduqca ağırdır”.

Bütün iştirakçılara təşəkkürünü bildirən Xalq artistinin oğlu Əyyub Quliyev deyib: “Dost itirmək ayrı dərddir, müəllim itirmək ayrı dərddir, ata itirmək isə tamam başqa dərddir… Mən üçünü də itirdim…Mikayıl Müşfiqin gözəl sözləri var: Oxu tar, oxu tar, Səni kim unudar. Ramiz müəllimi heç vaxt unutmayacağıq".

Ramiz Quliyevin sənət irsi və xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Qeyd edək ki, görkəmli sənətkar İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

21:46
06 Oktyabr

1 870 tələbəyə xoş xəbər: təhsil ödənişsiz oldu

19:51
06 Oktyabr

Missiyalarını tamamlayan humanoid robotlar atəşə tullanaraq özlərini məhv etdilər  

19:44
06 Oktyabr

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

19:39
06 Oktyabr

“TikTok”da süni intellektlə işləyən alış-veriş dövrü başlayır  

19:29
06 Oktyabr

Tək qulaqlıqla musiqi dinləmək karlıq riski yaradır

19:21
06 Oktyabr

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

18:52
06 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb  

18:41
06 Oktyabr

Avroviziyada daha bir ölkə səhnədən çəkildi

18:36
06 Oktyabr

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub  

18:27
06 Oktyabr

ADY-nin sərnişin qatarı sürət yığdı

18:16
06 Oktyabr

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

18:09
06 Oktyabr

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb  

18:01
06 Oktyabr

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib  

17:52
06 Oktyabr

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər  

17:45
06 Oktyabr

Hazır ol, İstanbul! Formula 1-in möhtəşəm dönüş tarixi bəlli oldu

17:33
06 Oktyabr

Başımızın çəkisi necə artır ?

17:07
06 Oktyabr

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB

16:48
06 Oktyabr

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb  

16:47
06 Oktyabr

İdeoloji hədəflər

16:46
06 Oktyabr

“ChatGPT” yazdığı mətnlərə görünməz su nişanı əlavə edəcək  

16:43
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!