12 Fevral 2024 14:51
209
DÜNYA
A- A+

Beynəlxalq koalisiyanın İrqadakı missiyasına son vermək barədə danışıqlar bərpa edilib

 

Bağdad və Vaşinqton ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqdakı missiyasına son qoymaq üçün fevralın 11-də dialoqun yeni raunduna başlayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə İraq hökuməti məlumat yayıb. İraq Silahlı Qüvvələri Baş komandanının rəsmi nümayəndəsi Yəhya Rəsulun sözlərinə görə, xüsusi komissiya ölkədəki hərbi vəziyyəti, İŞİD qruplaşmasının yaratdığı təhlükəni və ordunun imkanlarını qiymətləndirmək üçün beynəlxalq koalisiya ilə görüşləri bərpa edib.

Bu görüşlər əsasında İraqdakı beynəlxalq koalisiyanın müşavirlərinin sayının mərhələli şəkildə azaldılması üçün qrafik hazırlanacaq ki, bu da İŞİD ilə mübarizə üzrə missiyanın başa çatmasına gətirib çıxaracaq.

Xatırladaq ki, yanvarın 25-də Bağdad və Vaşinqton İraqda beynəlxalq koalisiyanın missiyasını başa çatdırmaq və münasibətləri siyasi, iqtisadi, mədəni və hərbi səviyyələrə keçirmək üçün Ali Hərbi Komissiya yaratmaq barədə razılığa gəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video