30 Oktyabr 2024 21:00
414
CƏMİYYƏT
A- A+
Beynəlxalq Əmək Təşkilatı: Təşkilatın standartlarını MDB-də ən çox qəbul edən ölkələrdən biri Azərbaycandır  

Beynəlxalq Əmək Təşkilatı: Təşkilatın standartlarını MDB-də ən çox qəbul edən ölkələrdən biri Azərbaycandır  

Beynəlxalq Əmək Təşkilatı (BƏT) rəsmi saytında Azərbaycanda əmək münasibətləri və sosial dialoqun inkişafı sahəsində aparılan islahatlara dair məlumat yerləşdirib.

AZƏRTAC xəbər verir ki, “BƏT və Azərbaycan – Sosial Dialoq üçün Yeni Üfüqlər” adlanan məlumatda 59 Konvensiya və bir protokolu ratifikasiya edən Azərbaycanın MDB ölkələri arasında ən çox BƏT-in standartlarını qəbul edən ölkələrdən biri olduğu vurğulanıb. Ölkəmizin sosial dialoqla bağlı 144 nömrəli Konvensiyasını da ratifikasiya etdiyi bildirilib.

Hələ 1999-cu ildə Azərbaycanda sosial dialoqun iştirakçıları - Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə üçtərəfli məsləhətləşmələrlə Əmək Məcəlləsinin qəbul edildiyi diqqətə çatdırılıb.

Ölkədə yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın gücləndirilmiş sosial dialoqa əsaslanan fəaliyyəti qeyd olunub. Həmçinin Komissiyanın tərkibində yaradılan işçi qruplarından bəhs olunub, “Sosial tərəfdaşlıq haqqında” qanun layihəsinin hazırlanması üzrə də işçi qrupunun yaradıldığı bildirilib.

Qeyd edilib ki, BƏT-in 155 nömrəli Konvensiyasının tələblərinin icrası məqsədilə Komissiyanın tərkibində yaradılan işçi qrupunun tədbirlər planında əməyin mühafizəsi üzrə ölkə strategiyasının hazırlanması da yer tutur və bununla bağlı qabaqcıl təcrübələr araşdırılır.

Məlumatda, həmçinin sosial dialoqun iştirakçılarının (Hökumət, ASK, AHİK) birgə qərarı ilə ölkəmizdə 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişin imzalandığı, həmin saziş çərçivəsində görülən işlər üzrə Komissiyada mütəmadi müzakirələr aparıldığı diqqətə çatdırılır.

Habelə Komissiya və onun fəaliyyəti ilə bağlı məlumatlılığın artırılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində müvafiq bölmədə məlumatların əks etdirildiyi vurğulanır.

Sosial iqtisadi, insan və əmək hüquqlarını müdafiə edən nüfuzlu beynəlxalq təşkilat olan BƏT Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış bir qurumudur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub  

15:43
01 Yanvar

Yeni ilin ilk günü Ukraynaya kütləvi hava hücumu olub, Kiyevdə ölənlər və xəsarət alanlar var  

15:09
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!