27 Mart 2018 05:03
363
İDMAN
A- A+
Beyləqan Olimpiya İdman Kompleksinin təməli qoyulub

Beyləqan Olimpiya İdman Kompleksinin təməli qoyulub

 

Martın 27-də Beyləqanda Olimpiya İdman Kompleksinin təməli qoyulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təməlqoyma mərasimində gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Şahin İsmayılov və digər rəsmi şəxslər iştirak ediblər.

Nazir Azad Rəhimov çıxışında bildirib ki, hazırda ölkəmizdə 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bir müddət bundan əvvəl Tərtərdə sayca 44-cü Olimpiya İdman Kompleksinin təməli qoyulub. Həmçinin Goranboy və Neftçala rayonlarında Olimpiya İdman kompleksləri tikilir. Yardımlı rayonunda da idman kompleksinin inşası davam etdirilir. Bu il isə Lənkəran Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi planlaşdırılır.

Beyləqan Olimpiya İdman Kompleksinin tikintisi Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub. Prezident İlham Əliyevin Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında 2018-ci il 23 mart tarixli Sərəncamı ilə vəsait ayrılıb. Kompleks Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən şəhər stadionunun ərazisində ayrılmış 2,61 hektar torpaq sahəsində tikilir.

Beyləqan Olimpiya İdman Kompleksində 1000-ə yaxın tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal idman, güləş, boks, qrup məşqləri və trenajor zalları, 180 tamaşaçı tribunası və 24x12 ölçüdə üzgüçülük hovuzu olan zal inşa olunacaq.

Bundan əlavə, sayca 45-ci olan kompleksdə 18 standart, 2 VİP otaqlar olmaqla, 40-50 nəfərlik mehmanxana, restoran, mətbəx, internet klub, konfrans zalı, sauna, masaj, həkim, məşqçilər üçün otaqlar və inzibati otaqlar yaradılacaq. Hər bir idman zalı üçün ayrı-ayrılıqda soyunub-geyinmə, sanitar qovşaq və duş otaqları nəzərdə tutulub. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün bütün zəruri şəraitin yaradılması planlaşdırılıb.

Beyləqan Olimpiya İdman Kompleksinin baş planına əsasən ərazidə 1250 nəfərlik tamaşaçı tribunası olan futbol stadionu, süni örtüklü qaçış zolağı, mini-futbol meydançası, həmçinin enerji təchizatını təmin etmək üçün transformator yarımstansiyası, generator məntəqəsi, istilik qazanxanası və nasosxana binası, içməli və yanğına qarşı ehtiyat su anbarları da inşa ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!