30 Sentyabr 2021 01:34
714
Oxucu məktubları

“Beşbarmaq” pirinin qarşısındakı ərazidə antisanitariyadır

 

Xalqımız  uzun illərdən bəri mənsub olduğu islam dininə həmişə hörmətlə yanaşıb. Qəlbində inanc olan insanlar duyğularının gücü ilə dini ocaqlara Allahın adıyla pənah aparır və inamını göylərə bağlayır.

Hörmətli redaksiya, özüm qubalıyam. Yolum tez-tez Bakıya düşür. İstər gedəndə, istərsə də  qayıdanda “Beşbarmaq” dağının yanında maşını saxlayır, orada nəfəsimi dərirəm. Müqəddəs yer olan bu pir bir qədər yoldan aralı olsa da, ona aid olan ərazidə ticarət mərkəzləri fəaliyyət göstərir. Bu ticarət obyektlərinə hər gün yüzlərlə adam, o cümlədən ölkəmizə təşrif buyuran xarici turistlər də müraciət edir.

Amma ətrafdakı səliqəsizlik adamı üzüqara edir. Yolun kənarında kim necə istəyir, necə gəldi alverlə məşğuldur. Pandemiyanın tüğyan etdiyi bir zamanda heç bir mağazada  sanitar qaydalara əməl olunmur. Dükanların arxasında isə  antisanitariya baş alıb gedir. Bütün zir-zibil ora atılır. Sahibsiz itlər də “kef” edir. 

Məgər üz tutub salavat çevirdiyimiz bir ocağın ərazisi belə olmalıdır? Şübhəsiz ki, yox! Elədirsə, niyə tədbir görülmür?

 

Akif BƏŞİROV,

Siyəzən

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video