26 Aprel 2026 09:35
211
CƏMİYYƏT
A- A+
Bəşəriyyətin sağalmayan yarası: Çernobıl faciəsindən 40 il keçir

Bəşəriyyətin sağalmayan yarası: Çernobıl faciəsindən 40 il keçir

1986-cı il aprelin 26-da bəşər tarixinin ən dəhşətli texnogen fəlakətlərindən biri baş verib. Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokundakı partlayış təkcə reaktoru məhv etməyib, həm də milyonlarla insanın həyatını təhlükəyə atıb, dünyanın nüvə enerjisinə münasibətini dəyişdirib və “Çernobıl” sözünü əbədi olaraq faciə, ağrı və qəhrəmanlıq rəmzinə çevirib.

AZƏRTAC bu faciənin ağır fəsadlarını xatırladır. Həmin gecə hələ heç kim fəlakətin əsl miqyasını anlamırdı. Partlayış atmosferə tonlarla radioaktiv material buraxmışdı. Stansiya üzərində ölümcül radiasiya buludu yüksəlir və külək onu Ukraynanın hüdudlarında çox uzaqlara aparırdı. Radioaktiv bulud Belarusu, Rusiyanı və Avropanın bəzi hissələrini bürümüşdü. Minlərlə insan isə gözəgörünməz bir təhlükənin artıq havaya, suya və quruya yayıldığından xəbərsizdi və normal həyatlarını davam etdirirdi.

Faciənin miqyası üzə çıxdıqca Moskva qəzanın nəticələrini aradan qaldırmaq üçün böyük qüvvələr səfərbər etdi. Yüz minlərlə insan - hərbçilər, mühəndislər, inşaat işçiləri, həkimlər, sürücülər, kimyaçılar və ehtiyatda olanlar radiasiya ilə çirklənmiş zonaya göndərildi. Onlara “ləğvedicilər” deyilirdi. Bu insanlar məhv olmuş reaktorun yaxınlığında keçirilən hər dəqiqənin onlara həyatları bahasına başa gələ biləcəyini bilərək, ölümcül radiasiya şəraitində işləyirdilər.

Çernobıla göndərilənlər arasında minlərlə Azərbaycan vətəndaşı da var idi. Stansiyadakı dördüncü enerji blokunu təhlükəsiz vəziyyətə gətirmək üçün yeddi min azərbaycanlı cəlb edilmişdi. Onlardan iki mini sonradan radiasiyadan dünyasını dəyişdi. Qalanları isə ömürlük əlil qaldılar.

Azərbaycanda “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun var. Bu sənəd ləğvedicilər üçün müxtəlif sosial təminatlar, müavinətlər, pensiyalar və tibbi yardımı nəzərdə tutur. Qanun müasir sosial ehtiyacları əks etdirmək üçün müntəzəm olaraq yenilənir. Keçən il bu kateqoriyadan olan vətəndaşlar üçün sosial müdafiə tədbirlərini gücləndirmək məqsədilə əlavə düzəlişlər edilib.

Xatırladaq ki, BMT aprelin 26-sı tarixini Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Beynəlxalq Anım Günü elan edib. Baş Assambleya 2003-cü ildə bu qərarı təsdiqləyib və bütün üzv dövlətləri onu qeyd etməyə çağırıb.

Bu gün, fəlakətdən 40 il sonra Çernobılın xatirəsi yaşayır. Bu, təkcə dağılmış reaktor və çirklənmiş torpaqların deyil, həm də öz sağlamlıqları və həyatları bahasına görünməz ölümü dayandıra bilən insanların xatirəsidir. Onların qəhrəmanlıq hekayəsi unudulmayan ortaq igidlik tarixinin bir hissəsidir. Çernobılın ləğvedicilərinin xatirəsi yaşadıqca bəşəriyyət həmin faciənin əsas dərsini xatırlayacaq: nüvə elektrik stansiyası işçilərinin səhvinin nəticələri çox böyük ola bilər, lakin insan fədakarlığının gücü hətta ən dəhşətli fəlakətə belə tab gətirməyə qadirdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Qırx ildir yüz minlərlə insan Çernobıl faciəsindən əziyyət çəkir

12:38
26 Aprel

Prezident İlham Əliyev: Vaşinqtonda baş verən atışma məni dərindən sarsıtdı

11:01
26 Aprel

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

10:33
26 Aprel

Bəşəriyyətin sağalmayan yarası: Çernobıl faciəsindən 40 il keçir

09:35
26 Aprel

ABŞ-də şam yeməyində atışma törədən şəxsin kimliyi məlum olub YENİLƏNİB 

08:54
26 Aprel

Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

08:52
26 Aprel

Sevastopola dron hücumu: ölən və yaralananlar var

08:49
26 Aprel

Avropa Azərbaycan Mərkəzi Nyu-York merinin əsassız açıqlaması ilə bağlı bəyanat yayıb

08:48
26 Aprel

İran Silahlı Qüvvələri ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

08:46
26 Aprel

Türkiyə Prezidenti Çanaqqala qəhrəmanlarını yad edib

23:03
25 Aprel

Daha bir güləşçimiz Avropa çempionu olub

22:53
25 Aprel

Netanyahu “Hizbullah” hədəflərinə kütləvi zərbələr endirməyi əmr edib

22:45
25 Aprel

Premyer Liqa: “Qəbələ” evdə “Araz-Naxçıvan”la heç-heçə edib

21:02
25 Aprel

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidirlər

20:51
25 Aprel

Gürcüstan DTX məxfi məlumatları başqa mənbələrə ötürən polis əməkdaşını həbs edib

20:37
25 Aprel

Azərbaycan dövləti tərəfindən İrpen şəhərinə 5 elektrik avtobusu hədiyyə olunub

20:25
25 Aprel

Rusiyalı senator: ABŞ və Ukrayna ilə danışıqlar Azərbaycanda keçirilə bilər

19:28
25 Aprel

İDMAN Premyer Liqa: "Sumqayıt" "İmişli"yə qalib gəlib

18:27
25 Aprel

Azərbaycanın bir qrup QHT nümayəndəsi Nyu-York merinə Açıq Məktub yazıb

17:30
25 Aprel

Yaxın Şərqdəki müharibənin Fransanın dövlət maliyyəsinə təsiri açıqlanıb

17:29
25 Aprel

WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq

17:23
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!