05 Oktyabr 2022 02:16
2556
SİYASƏT
A- A+
Bərdə terroru erməni faşizminin daha bir hərbi cinayəti idi

Bərdə terroru erməni faşizminin daha bir hərbi cinayəti idi

 

Dünya tarixində çox sayda müharibələr olub. Müharibənin isə öz qanunları var. Əsgər əsgərlə döyüşər, dinc əhali hədəf alınmaz, mülki obyektlər dağıdılmaz. Ancaq neyləyək ki, ermənilər müharibəni də öz xislətlərinə uyğun aparırlar. 
2020-ci ilin müxtəlif zamanlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtərə, Gəncəyə, Bərdəyə çox sayda  "Smerç", "Toçka-U", "Elburus" və "Qrad" tipli raketlər atıldı. Bu şəhərlər  cəbhə xəttindən xeyli uzaq  məsafədə yerləşir. Düşmən terroru böyük faciəyə səbəb oldu. Uşaqlar, qadınlar, qocalar, günahsız insanlar həyatla vidalaşdılar.
Müəllifi erməni faşistləri olan Bərdə terroru öz miqyası, ağrı-acısı ilə daha dəhşətli idi. 2020-ci il sentyabrın 27-dən oktyabrın 10-dək Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə 70-dən çox müxtəlif təyinatlı raket atılmışdır. Nəticədə 28 nəfər dinc sakin ölmüş, 108 nəfər yaralanmışdır.
Ermənilərin terrorçu xislətini, onların xüsusi amansızlıqla törətdikləri qanlı faciəni yaddaşlara bir daha həkk etmək üçün olanları xronoloji ardıcıllıqla xatırlamağı məqsədəuyğun hesab edirik:
5 oktyabr 2020-ci ildə Bərdə şəhərinə "Elburus" və "Qrad" raketləri atılmış, 2 nəfər ölmüş və 6 nəfər yaralanmışdır.
8 oktyabr 2020-ci ildə Qasımbəyli kəndində 2 "Smerç" və 2 "Elburus" raket zərbələri endirilmiş, nəticədə 6 nəfər dinc sakin yaralanmışdır.
27 oktyabr 2020-ci ildə Qarayusifli kəndinə 2 "Smerç" və 2 "Elburus" raketləri atılmış, 5 nəfər kənd sakini həlak olmuş, 14 nəfər yaralanmışdır.
28 oktyabr 2020-ci ildə Bərdə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən atılan çoxsaylı ballistik raketlər böyük faciə törətmiş, 20 dinc sakin həyatını itirmiş, 82 nəfər isə yaralanıb müxtəlif xəsarətlər almışdır.
7 noyabr 2020-ci ildə rayonun Nəcəfqulubəyli kəndinə atılan raket 1 nəfər dinc sakinin ölümünə səbəb olmuşdur.
Bax, erməni faşizminin cəbhə xəttindən xeyli uzaqda yerləşən Bərdə rayonunda törətdiyi qanlı terrorun ürək dağlayan acı mənzərəsi təxminən belədir. Qarabağı otuz il işğal altında saxlayan erməni ordusu şanlı Azərbaycan əsgərinin qisas əməliyyatları nəticəsində darmadağın oldu. 44 günlük müharibədə igidlərimiz erməniləri diz çökdürdü. Müzəffər Ali Baş Komandanın "dəmir yumruğ"u düşməni kapitulyasiya aktına qol çəkməyə məcbur etdi. Doğrudur, qələbə qurbansız olmur. Say-seçmə oğullar  itirdik, şəhidlər verdik. Amma əyilən qəddimizi düzəltdik, xəcalətdən qurtulduq. Qarabağı azad edib itən qürurumuzu qaytardıq. Oğul itirən  şəhid anasının "Təki Vətən yaşasın" kəlməsi milyon-milyon ürəklərə yenilməz təpər oldu.
Neyləyək ki, qismətimizə namərd qonşular düşüb. Başı qaçmış ermənilərin təxribatları bu gün də davam edir. İmza atdığı məlum müqavilənin şərtlərini yerinə yetirməyən, silahlı qüvvələrini Qarabağdan çıxaracağı barədə öhdəliyinə əməl etməyən Ermənistan rəhbərliyi bir yandan yeni döyüş əməliyyatlarına  göstəriş verir, digər tərəfdən isə aparıcı dünya  dövlətlərinə yalvarıb döyüşləri dayandırmağa köməklik istəyir. Bu, riyakarlığın, simasızlığın son mərhələsidir!
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bərdə terroru sonrası xalqa, Bərdə camaatına başsağlığı verərək əmin etdi ki, düşməndən layiqli qisas alınacaq, bu qan yerdə  qalmayacaq. Bu, kişi sözü, müzəffər sərkərdənin verdiyi vəd idi. Və bu şərəfli vədin ardınca 44 gün davam edən şanlı savaşın uğurları sıralandı...
Bu gün Bərdədə şanlı Qələbənin doğurduğu xoş ovqat yaşanır. Amma təbii ki, heç kim unudulmur, heç nə yaddan çıxmır. İnsanlar axın-axın faciə baş verən meydana axışır, günahsız qurbanların xatirəsini ehtiramla yad edirlər. Biz xoşbəxtik ki, Azərbaycan kimi qüdrətli dövlətimiz, vətənimizi təhlükədən qorumağa qadir güclü ordumuz var.

Lazım QULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Antalya Diplomatiya Forumu başa çatıb

15:52
13 Aprel

Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib

14:55
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib  

14:53
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib  

14:52
13 Aprel

Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

14:41
13 Aprel

Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı

14:34
13 Aprel

Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb  

14:01
13 Aprel

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:23
13 Aprel

Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb

12:46
13 Aprel

Tramp Ukraynanın nizamlanma prosesini yüksək qiymətləndirib

11:38
13 Aprel

ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib

10:35
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib

10:03
13 Aprel

COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir

09:39
13 Aprel

Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub  

09:38
13 Aprel

ABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb  

09:37
13 Aprel

Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib  

09:37
13 Aprel

Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır

09:35
13 Aprel

Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib  

09:34
13 Aprel

Bilmək istəyirəm

09:30
13 Aprel

Ulduzlardan süzülən gözəllik

09:25
13 Aprel

Fırçası ilə səhnəni həyata çevirirdi

09:20
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!