23 İyun 2026 16:31
151
CƏMİYYƏT
A- A+
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub


Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti slovakiyalı həmkarı Maroş Jilinkanın dəvəti ilə iyunun 22-23-də Bratislava şəhərində rəsmi səfərdə olub.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Slovakiyanın Baş Prokurorluğunda keçirilmiş görüşdə Maroş Jilinka qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi onlar üçün prioritet təşkil edir və mövcud əlaqələrin hazırkı səviyyəsi yüksək inkişaf dinamikası ilə xarakterizə olunur.

Ötən il Bakıya səfərini məmnunluqla xatırlayan ev sahibi cinayət təqibinin rəqəmsallaşması, prokurorluq orqanlarının fəaliyyətində müasir texnologiyaların tətbiqi, transmilli xarakterli, o cümlədən korrupsiya cinayətlərinin istintaqı sahəsində ölkəmizin təcrübəsinin onlar üçün xüsusi maraq kəsb etdiyini bildirib.

Baş prokuror Kamran Əliyev dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qeyd edib ki, qarşılıqlı dəstək və müxtəlif sahələrdə əməkdaşlıqla səciyyələnən güclü və dinamik tərəfdaşlıq kimi qiymətləndirilən Azərbaycan və Slovakiya arasında yüksəksəviyyəli münasibətlər xüsusilə son illərdə dövlət rəhbərlərinin səyləri nəticəsində daha da möhkəmlənib.

Kamran Əliyev qarşı tərəfə Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı və xüsusi qayğısı ilə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verərək qeyd edib ki, Slovakiya şirkətlərinin Qarabağda bərpa işlərinə töhfə verməsi, həmçinin ticarət, texnologiya və sənaye kimi sahələrdə əlaqələrin dərinləşməsi fonunda prokurorluq orqanları arasında peşəkar əlaqələrin də gücləndirilməsi aktual əhəmiyyət kəsb edir. Bu kontekstdə ötən il hər iki ölkənin Baş prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcını təşkil edir.

Görüşdə cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, o cümlədən transmilli cinayətlər və maliyyə cinayətlərinin istintaqı, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb. Əməkdaşlıq əlaqələrinin inkişafını və daha öncə imzalanmış Anlaşma Memorandumunun icrasını təmin etmək məqsədilə müvafiq Proqramın hazırlanması barədə ilkin razılıq əldə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti ilə Slovakiya Respublikası Məhkəmə Şurasının sədri Marsela Kosova arasında da ikitərəfli görüş keçirilib.

Görüşdə ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında dinamik inkişaf edən əlaqələrdən məmnunluq ifadə olunub. Xanım sədr Slovakiyanın məhkəmə sisteminin strukturu və fəaliyyəti, həmçinin məhkəmə və prokurorluq orqanları arasında qarşılıqlı əlaqələr barədə geniş məlumat verib.

Öz növbəsində Baş prokuror Kamran Əliyev ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə qarşı tərəfə məlumat verib.

Tərəflər hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıb, eləcə də məhkəmələrin fəaliyyətinin təşkili, insan hüquqlarının qorunmasında müasir və effektiv yanaşmalarla bağlı praktiki suallar ətrafında müzakirə aparıb.

Görüşlərdə ölkəmizin Slovakiyadakı fövqəladə və səlahiyyətli səfiri Vüsal Abdullayev də iştirak edib.

Səfər çərçivəsində, həmçinin Baş prokuror Kamran Əliyev ölkəmizin Slovakiyadakı səfirliyini ziyarət edərək əməkdaşlarla görüşüb, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıb.

Nümayəndə heyətinin səfəri başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa isti hava dalğası ilə mübarizə aparır

18:37
23 İyun

ADY Çindən yeni sərnişin lokomotivləri alır

18:23
23 İyun

Donald Tramp finala qədər Dünya Kuboku oyunlarını izləməyəcək 

18:20
23 İyun

Seul Ukraynada əsir götürülmüş şimali koreyalıları qəbul etməyə hazırdır

18:15
23 İyun

AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

18:06
23 İyun

Nazirlər Kabineti “Qaz təchizatı sisteminə dair Qaydalar”da dəyişiklik edib

18:03
23 İyun

İslamabadda İran Prezidentinin səfəri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

17:55
23 İyun

Son 5 gündə Hörmüz boğazından 172 gəmi keçib

17:47
23 İyun

Bu gün Vaşinqtonda Livan-İsrail danışıqlarının növbəti mərhələsi təşkil olunacaq

17:47
23 İyun

Beynəlxalq Enerji Agentliyi: Mayda bazara gündəlik 2,5 milyon barel əlavə neft çıxarılıb

17:31
23 İyun

Azərbaycandan Türkmənistana ixracın dəyəri 37 faizədək artıb

17:23
23 İyun

İƏT Parlament İttifaqı Konfransının sessiyasında regional qruplarının məsləhətləşmə görüşləri keçirilib  

17:15
23 İyun

Qeyri-sabit hava şəraiti iyunun 29-dək davam edəcək – XƏBƏRDARLIQ

17:13
23 İyun

Niger Azərbaycanın enerji sahəsində təcrübəsindən yararlanmaq istəyir

17:11
23 İyun

Yaxın Şərqdəki neft istehsalçılarının tədarük itkiləri 1,3 milyard bareli ötüb

17:01
23 İyun

Səfir: Kiçik ada dövlətləri üçün Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə aparıcı qüvvələrdən biridir

16:57
23 İyun

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Liviyada danışıqlar aparıb

16:49
23 İyun

Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi nəticəsində 3 nəfər həlak olub

16:47
23 İyun

Azərbaycan–Türkmənistan münasibətləri qarşılıqlı etimad və qardaşlıq prinsipləri əsasında uğurla inkişaf edir

16:44
23 İyun

Azərbaycan-Türkmənistan beynəlxalq nəqliyyat marşrutlarının əsas iştirakçılarıdır  

16:43
23 İyun

Zaur Əliyev: Hədəfimiz 2030-cu ildə kənd təsərrüfatında 2 milyard manatdan artıq ixrac həcminə nail olmaqdır  

16:36
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!