23 İyun 2026 16:44
150
SİYASƏT
A- A+
Azərbaycan–Türkmənistan münasibətləri qarşılıqlı etimad və qardaşlıq prinsipləri əsasında uğurla inkişaf edir

Azərbaycan–Türkmənistan münasibətləri qarşılıqlı etimad və qardaşlıq prinsipləri əsasında uğurla inkişaf edir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan-Türkmənistan münasibətlərinin strateji mahiyyətini, türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində atılan addımları və regionun gələcək inkişaf perspektivlərini bir daha aydın şəkildə ortaya qoydu.

Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Türkmənistan arasında münasibətlər tarixi köklərə, ortaq mədəni-mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır. Son illərdə dövlət başçılarının siyasi iradəsi nəticəsində iki qardaş ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub, əlaqələr bütün istiqamətlər üzrə dinamik inkişaf etməkdədir.

Xüsusilə Qarabağın bərpası prosesində Türkmənistanın göstərdiyi dəstək qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Füzuli şəhərində Türkmənistan tərəfindən məscid tikintisinə başlanılması təkcə humanitar və mənəvi əhəmiyyət daşımır, həm də qardaş Türkmənistan xalqının Azərbaycanın haqq işinə verdiyi dəstəyin ifadəsidir. Bu təşəbbüs türk dünyasında həmrəyliyin və qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verir.

Dövlət başçısının bəyanatında qeyd edilən nəqliyyat-logistika əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Türkmənistan Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşaqları kimi Avrasiya məkanında etibarlı tərəfdaşlar statusunu daha da möhkəmləndirirlər. Bu əməkdaşlıq bütövlükdə regionun iqtisadi inkişafına, ticarət əlaqələrinin genişlənməsinə və beynəlxalq yükdaşımaların təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın göstərdiyi dəstək də xüsusi qeyd olunmalıdır. Bu, Azərbaycanın türk dünyası ilə inteqrasiyasının dərinləşməsi, regionlararası əməkdaşlığın genişlənməsi və yeni geoiqtisadi imkanların formalaşması baxımından mühüm tarixi hadisədir.

Mədəniyyət sahəsində əlaqələrin inkişafı, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, Bakı və Aşqabadın, eləcə də Füzuli və Arkadağın qardaşlaşması xalqlarımız arasında dostluq körpülərinin daha da möhkəmlənməsinə xidmət edir. Bu münasibətlər dövlətlərarası əməkdaşlığın möhkəm ictimai dayaqlara söykəndiyini göstərir.

Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin Türkmənistanın sosial-iqtisadi inkişafı və beynəlxalq uğurları barədə səsləndirdiyi fikirlər qardaş ölkəyə olan səmimi münasibətin, qarşılıqlı hörmətin və dostluğun növbəti təzahürüdür. Azərbaycanın Türkmənistanın neytrallıq siyasətini dəstəkləməsi və beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın möhkəmlənməsinə xidmət edir.

Hesab edirəm ki, Azərbaycan-Türkmənistan münasibətləri Prezident İlham Əliyevin və Prezident Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, türk dünyasının birliyinə, regional əməkdaşlığın dərinləşməsinə və xalqlarımızın rifahına mühüm töhfələr verəcəkdir.


Fatma Yıldırım,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Liviyada danışıqlar aparıb

16:49
23 İyun

Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi nəticəsində 3 nəfər həlak olub

16:47
23 İyun

Azərbaycan–Türkmənistan münasibətləri qarşılıqlı etimad və qardaşlıq prinsipləri əsasında uğurla inkişaf edir

16:44
23 İyun

Azərbaycan-Türkmənistan beynəlxalq nəqliyyat marşrutlarının əsas iştirakçılarıdır  

16:43
23 İyun

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

16:31
23 İyun

Antonio Quterreş təmiz enerjiyə keçid planını təqdim edib

16:26
23 İyun

Avropa İttifaqı növbəti on ildə müdafiəyə 7 trilyon avro xərcləyəcək

16:25
23 İyun

“Heydər Əliyev məktəbi” layihəsinin ikinci mərhələsinin açılışı olub

16:24
23 İyun

Dövlət proqramı qarşıdakı 5 il üçün yeni imkanlar açır

16:23
23 İyun

Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub  

16:18
23 İyun

Hörmüz boğazında gəmi nəqliyyatının hərəkəti normallaşır

16:13
23 İyun

Lavrov: Rusiya Ukrayna nizamlanmasına dair danışıqları bərpa etməyə hazırdır

16:01
23 İyun

Tovuz: uğurlar da var, həllini gözləyən məsələlər də

15:58
23 İyun

İordaniyada futbol matçını izləyən azarkeşlər arasında yaşanan izdiham zamanı bir nəfər ölüb

15:52
23 İyun

Yəmən parlamentinin sədri Azərbaycandakı inkişafı yüksək qiymətləndirib

15:48
23 İyun

Qaxda Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional müşavirə baş tutub – YENİLƏNİB 

15:41
23 İyun

Prokurorluq orqanlarında 624 dövlət qulluqçusu fəaliyyət göstərir

15:36
23 İyun

Laçında keçirilən növbəti tibbi aksiya çərçivəsində 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib  

15:31
23 İyun

Azər Məmmədov yenidən “Kəpəz”in baş məşqçisi olub

15:28
23 İyun

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb  

15:17
23 İyun

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər

15:16
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!