25 Noyabr 2022 15:54
322
CƏMİYYƏT
A- A+

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib

 

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilən iclasda ölkəmizin müvafiq dövlət orqanlarının nümayəndələri ilə yanaşı, ölkəmizin aparıcı ali təhsil müəssisələri, akademiyaları, elm ocaqlarını təmsil edən görkəmi hüquqşünaslar və media nümayəndələri iştirak ediblər.

Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror əvvəlki iclasdan keçən dövrdə ölkəmizin ictimai-siyasi həyatında, hüquqi dövlət quruculuğunda baş vermiş əhəmiyyətli hadisələr haqqında məlumat verib. Bildirilib ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərin bərpası, mühüm infrastruktur obyektlərinin istifadəyə verilməsi istiqamətində mühüm layihələr icra edilib, Zəngilan rayonunun Ağalı qəsəbəsinə vətəndaşlarımızın köçməsi ilə Qarabağa böyük qayıdışın təməli qoyulub, Şərqi Zəngəzurun iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq Zəngilan Beynəlxalq Hava Limanının təntənəli açılışı olub, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı və dəstəyi ilə təhsil, sosial, incəsənət və digər sahələri əhatə edən irimiqyaslı tədbirlər həyata keçirilib.

Ötən müddətdə ölkəmizin hüquq ictimaiyyəti və hüquq sistemimizin inkişafı baxımından mühüm hadisə kimi Prezident İlham Əliyevin 2022-ci il 19 may tarixli fərmanı ilə “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsinin təsis edilməsi xüsusi qeyd edilib.

Sonra sədr Kamran Əliyev tərəfindən Şura üzvlüyünə yeni qəbul edilmiş qeyd edilən publik hüquqi şəxsin icraçı direktoru Samir Mahmudov və Vəkillər Kollegiyasının nümayəndəsi, Mediasiya Şurasının Etika Komitəsinin sədri, 20 saylı Vəkil bürosunun rəhbəri İlhamə Həsənova təqdim edilib. İclasa dəvət edilmiş Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev tərəfindən “Hüquq mühafizə orqanlarının fəaliyyətində Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsinin (CPT) standartları” mövzusunda təqdimat keçirilib.

Tədbirdə “Prokurorluq orqanlarında peşə hazırlığı metodik vəsait”, “Jurnalistlər üçün hüquqi terminlər lüğəti”, “Media üçün 555 sual və cavab”, “Dövlət qurumlarının Mətbuat xidmətlərinin media ilə qarşılıqlı əlaqələri üzrə metodiki tövsiyə”, “Kibercinayətlərin istintaqına dair metodik vəsait”, “Maraqlar toqquşması” adlı vəsaitlər ictimaiyyətə təqdim edilib. Eyni zamanda, Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin veb-saytının təqdimatı olub. Həmçinin iclasda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr arasında Baş Prokurorluqda keçirilmiş “Hüquq viktorinası” adlı müsabiqənin qaliblərinə sertifikatlar verilib.

İclasın yekun mərhələsində gündəlikdə duran məsələlər, o cümlədən müxtəlif hüquqi məsələləri özündə ehtiva edən mövzular üzrə Elmi-Məsləhət Şurasının üzvləri tərəfindən geniş müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video