11 Sentyabr 2025 14:54
436
CƏMİYYƏT
A- A+
Baş prokuror BPA-nın 30-cu illik konfrans və ümumi yığıncağında iştirak edib  

Baş prokuror BPA-nın 30-cu illik konfrans və ümumi yığıncağında iştirak edib  


Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədilə Sinqapurda işgüzar səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Baş prokurora ötən il Bakıda Baş Prokurorluğun təşkilatçılığı ilə yüksək səviyyədə keçirilmiş Assosiasiyanın 29-cu Ümumi Yığıncağının uğurlu təşkilinə görə təltifnamə təqdim olunub. Bununla əlaqədar çıxış edən Baş prokuror qeyd edib ki, bu mükafat ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisi olmaqla yanaşı, Azərbaycan Prokurorluğunun qlobal miqyasda səmərəli fəaliyyətinə verilən yüksək qiymətin təzahürüdür.

Konfrans zamanı, həmçinin “İqtisadi cinayətlər və aktivlərin bərpası üzrə ixtisaslaşmış şəbəkə” adlı sessiya təşkil olunub.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisi İsfəndiyar Hacıyevin moderatorluğu ilə keçirilən sessiyada Baş prokurorun müavini Heydər Məmmədov “İqtisadi cinayətlərin araşdırılmasında və aktivlərin qaytarılmasında texnologiya əsaslı yanaşmalar – Azərbaycan təcrübəsi” mövzusunda çıxış edərək, ölkəmizdə maliyyə cinayətlərinin istintaqı, aktivlərin qaytarılması, süni intellekt və müasir texnologiyaların tətbiqi sahəsində əldə edilmiş təcrübə barədə iştirakçıları məlumatlandırıb.

Tədbir çərçivəsində Baş prokuror Böyük Britaniyanın Kral Prokurorluğu Xidmətinin rəhbəri, Səudiyyə Ərəbistanı, İsveç və Litvanın Baş prokurorları, eləcə də Malayziya və Braziliyanın Baş prokurorlarının müavinləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub, tərəflər beynəlxalq cinayətkarlığa qarşı mübarizədə qarşılıqlı etimada əsaslanan birgə fəaliyyətlərin əhəmiyyətini vurğulayaraq, əməkdaşlıq haqqında Memorandumun imzalanması imkanlarını da müzakirə ediblər.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran bəzi konket cinayət işlərinin istintaqı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi baş tutub.

Tədbirdə ölkəmizin İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev də iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilib SƏRƏNCAM  

17:41
07 Yanvar

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib SƏRƏNCAM  

17:36
07 Yanvar

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

17:17
07 Yanvar

Azərbaycanla Koreya arasında gənclər və idman sahələrində əməkdaşlıq genişləndirilir  

17:10
07 Yanvar

Baş Prokurorluq: Dövlət Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsi barəsində istintaq olunan cinayət işi məhkəməyə göndərilib  

17:08
07 Yanvar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:07
07 Yanvar

Zelenski Parisdə keçiriləcək danışıqların mövzularını açıqlayıb  

17:06
07 Yanvar

“SOCAR PETROLEUM” Qazaxın Xanlıqlar kəndində yanacaq daşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb

17:05
07 Yanvar

Mütəxəssis: Tez-tez xəstələnmə, infeksiyaların ağır keçməsi immun sisteminin kifayət qədər güclü olmadığını göstərə bilər  

17:03
07 Yanvar

Rumıniyalı ekspert: Azərbaycan Cənubi Qafqazda formalaşdırıcı gücdür  

17:02
07 Yanvar

“ACWA Power” şirkəti ilə elektrik enerjisinin ötürülməsi istiqamətində əməkdaşlıq perspektivləri dəyərləndirilib  

16:29
07 Yanvar

İtaliya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən bəhs edən məqalə yayımlayıb

16:18
07 Yanvar

Azərbaycan-Çin əlaqələri 2025-ci ildə tarixi yüksək səviyyəyə qalxıb  

16:12
07 Yanvar

Ötən il Zaqataladan bir sıra Avropa və ərəb ölkələrinə gül yağı ixrac edilib

15:57
07 Yanvar

Ağ Ev: Tramp Qrenlandiyanı almaq üçün müxtəlif variantları nəzərdən keçirir  

15:18
07 Yanvar

Rumıniya nəşri: 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır  

15:16
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!