12 Sentyabr 2022 19:27
573
Səhiyyə

Balqabaq qanda şəkərin səviyyəsini azaldır

 

 

Şəkərli diabet diaqnozunun qoyulması həyatı dəyişə bilər, çünki həyatı boyu davam edən fəsadlara səbəb ola bilər. Hazırda şəkərli diabetlə yaşayan insanların sayı əvvəllər olduğundan daha çoxdur. Xoşbəxtlikdən, bir sıra digər xəstəliklərdə də olduğu kimi, sizin yediyiniz və içdiyiniz xəstəliyə tutulma riskinin azalmasında və simptomların idarə olunmasında müəyyən əhəmiyyət kəsb edə bilər.

“İran və Meksikada diabetin müalicəsi üçün balqabağdan istifadə edilməsini bilirsinizmi? Balqabağda qanda şəkəri yaxşı tənzimləyən antioksidantlar və lif var. Tədqiqatlar göstərir ki, balqabaq tozları və cövhərlərindən dərman qismində istifadə edilməsi heyvanlarda və insanlarda qanda şəkərin səviyyəsini aşağı salır. AZƏRTAC “MedikForum”a istinadla bildirir ki, diyetoloqun dediyinə görə, balqabağın toxumlarında çoxlu miqdarda qanda şəkərin səviyyəsinə nəzarət etmələri ilə tanınan iki tərkib hissə, zülal və faydalı yağlar var”.

Lif qanda şəkərin səviyyəsinin idarə olunmasında faydalı rol oynayır, bildirilir ki, liflə zəngin qida məhsullarının istehlakı qanda şəkərin səviyyəsinə nəzarəti gücləndirir.

Yarım fincan (120 qram) balqabaq gündəlik lif normasının 12 faizini ehtiva edir.

Şəkərli diabetin ümumi əlamətlərinə daxildir: güclü susuzluq hissi, adi vaxtdan daha tez-tez, xüsusilə də gecə vaxtı sidiyəgetmə, yorğunluq hissi, çəkinin və əzələ kütləsinin itirilməsi, çox ləng sağalan kəsiklər və ya yaralar, bulanıq görmə.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video