16 Sentyabr 2026 16:01
143
SİYASƏT
A- A+
Bakıdan verilən qlobal mesaj dini həmrəyliyi və sülh gündəliyini ön plana çıxarır   

Bakıdan verilən qlobal mesaj dini həmrəyliyi və sülh gündəliyini ön plana çıxarır   


Azərbaycan növbəti dəfə mühüm beynəlxalq tədbirə evsahibliyi edərək, İslam dünyasının və Türk dövlətlərinin dini rəhbərlərini, tanınmış mütəfəkkirlərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük şair, filosof-mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans uğurla təşkil olunub. 

Prezident İlham Əliyevin sentyabrın 15-də TDT-nin Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Müsəlmanları Ali Dini Şurasının üzvlərindən ibarət geniş nümayəndə heyətini qəbul etdiyini xatırladan Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında  bildirib ki, qəbulda TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kiprin dini rəhbərləri, Müsəlman Ağsaqqalları Şurası, IRCICA, Beynəlxalq İslam Fiqhi Təşkilatı və digər nüfuzlu qurumların nümayəndələri iştirak ediblər. Görüş zamanı Prezident İlham Əliyev iki mühüm tədbirin Bakıda keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb: “Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır. Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir”. Dövlət başçısının nümayəndə heyəti ilə görüşdəki nitqi Azərbaycanın İslam dünyasındakı strateji mövqeyini, sülhməramlı missiyasını və mənəvi birliyə verdiyi töhfələri aydın şəkildə əks etdirir. Çıxışın ana xəttini İslam həmrəyliyinin yalnız nəzəri çağırışlarla deyil, konkret və əməli addımlarla möhkəmləndirilməsi ideyası təşkil edir”. K.Bayramov qeyd edib ki, dövlət başçısı dini liderlərin cəmiyyətdəki böyük nüfuzuna və sözlərinin kəsərinə diqqət çəkərək, bu təsirin regionda sülh, sabitlik və barışıq üçün ən mühüm vasitələrdən biri olduğunu vurğulayıb. Fərqli ölkələrdən olan dini xadimlərin Bakıda bir araya gəlməsi həm islamofobiya ilə mübarizədə, həm də müsəlman aləmini parçalamağa çalışan xarici qüvvələrə qarşı vahid mövqeyin nümayiş etdirilməsində güclü mesaj xarakteri daşıyır. Müasir dünyada, xüsusilə müsəlman aləmində cərəyan edən mürəkkəb proseslər, baş verən gərginliklər və daxili nifaq cəhdləri hər birimizi haqlı olaraq narahat edir. Belə bir həssas dövrdə Azərbaycan dövləti İslam həmrəyliyini sadəcə şüarlarla deyil, konkret və əməli-praktiki addımlarla möhkəmləndirmək xəttini ardıcıl şəkildə davam etdirir. 

Deputat vurğulayıb ki, ölkəmiz illərdir İslam Əməkdaşlıq Təşkilatı və ICESCO xətti ilə çoxsaylı möhtəşəm tədbirlərə evsahibliyi edib: “Xüsusilə 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəylik Oyunları sadəcə bir idman yarışı deyil, müsəlman xalqlarının dostluğunu və mənəvi birliyini nümayiş etdirən böyük bir birlik bayramı kimi yadda qalıb. Bu ardıcıl və məqsədyönlü siyasətin məntiqi davamı olaraq, gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən gərgin proseslərin fonunda belə bir mötəbər tədbirin məhz Azərbaycanda təşkil olunması tamamilə qanunauğundur və böyük əhəmiyyət kəsb edir. Azərbaycan təmsil olunduğu bütün beynəlxalq platformalarda hər zaman birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Bu baxımdan, gələcək Zirvə görüşünün müsəlman aləmi üçün çox müsbət və tarixi nəticələr verəcəyinə inam böyükdür. Əsas ümid və hədəf ondan ibarətdir ki, bu Zirvə görüşünə qədər bəzi müsəlman ölkələri arasında mövcud olan anlaşılmazlıqlar, gərginliklər və toqquşmalar tamamilə başa çatsın. Azərbaycan öz tərəfindən müsəlman aləminin vahid bir ailə kimi bir araya gəlməsi, daxili qarşıdurmaların və lazımsız söz-söhbətlərin dayandırılması üçün əlindən gələni edəcək. Müsəlmanları bir-birindən ayırmağa və bununla da İslam dininə zərbə vurmağa çalışan qüvvələrə qarşı yalnız müştərək səylərlə mübarizə aparmaq mümkündür. Dini liderlərin və nümayəndə heyətlərinin Bakıda bir arada olması həm regiona, həm də bütün dünya ictimaiyyətinə sülhün, birliyin və əmin-amanlığın təntənəsi barədə çox ciddi və birmənalı mesaj verir”. Deputat diqqətə çatdırıb ki, Azərbaycan xalqı 30 illik işğala, etnik təmizləməyə və böyük dövlətlərin ikili standartlarına baxmayaraq, milli birlik və hərbi güc sayəsində ərazi bütövlüyünü, suverenliyini və tarixi ədaləti özü bərpa edib. Separatçılığa son qoyularaq beynəlxalq hüququn aliliyi təmin olunub və dünya hərb-siyasət tarixində nadir bir presedent yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə törədilmiş kütləvi dağıntılara, talançılığa və 65 məscidin məhv edilməsinə baxmayaraq, dövlət bərpa işlərinə dərhal və ilk növbədə dini-mənəvi dəyərlərdən -məscidlərin bərpasından başlayıb. “Böyük Qayıdış” proqramının uğurlu icrası nəticəsində artıq 90 mindən çox keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdaraq məskunlaşıb və regionda həyat yenidən dirçəlib. “İkinci Qarabağ müharibəsində tam qələbə qazanılmasına və istənilən şərtin diktə edilməsi imkanının olmasına baxmayaraq, Azərbaycan qisasçılıq yolunu deyil, regionda davamlı sabitliyi təmin edən müdrik sülh gündəliyini seçib. Azərbaycan liderinə təqdim edilən mötəbər “Zayed İnsan Qardaşlığı” mükafatı və Əbu-Dabidə keçirilən təntənəli mərasim bu sülh mövqeyini beynəlxalq miqyasda daha da möhkəmləndirib və verilən siyasi bəyanatlara güclü dəstək  olub. Müasir dünyada güc amilinin ön plana çıxdığı, Avropa təşkilatlarının ikili standartlar nümayiş etdirdiyi və islamofobiyanın məqsədyönlü şəkildə körükləndiyi bir şəraitdə ölkənin müstəqilliyinin, təhlükəsizliyinin və sülh şəraitində yaşamasının yeganə zəmanəti xalqın sarsılmaz iradəsi, güclü ordu, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik və türk-İslam dünyasının sıx həmrəyliyidir”,- deyə o əlavə edib.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb

16:51
16 Sentyabr

Ermənistan hakimiyyəti revanşist qüvvələri dəstəkləyir  

16:36
16 Sentyabr

Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib  

16:19
16 Sentyabr

Yaralar sağalacaq, amma qan yaddaşımız heç vaxt unudulmayacaq

16:14
16 Sentyabr

Bakıdan verilən qlobal mesaj dini həmrəyliyi və sülh gündəliyini ön plana çıxarır   

16:01
16 Sentyabr

Azərbaycan həm də ikili standartlara qalib gəldi   

15:53
16 Sentyabr

Dağıntılardan dirçəlişə, müharibədən sülhə

15:49
16 Sentyabr

Azərbaycana qarşı bitməyən qərəz

15:34
16 Sentyabr

Diplomatik səfərə etiraz – Azərbaycanın suverenliyinə hörmət məsələsi  

14:49
16 Sentyabr

"Azərkimya" gələn il hidrogen satışına başlayacaq  

14:44
16 Sentyabr

Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb  

14:41
16 Sentyabr

Əsrlərdən gələn, bu günümüzü və sabahımızı işıqlandıran milli-mənəvi irs  

14:38
16 Sentyabr

Ermənistan xəstə təfəkkürdən əl çəkməlidir

14:35
16 Sentyabr

SOCAR-la Corc Vaşinqton Universitetinin imzaladığı Niyyət Məktubunun icrası üzrə görülən işlər nəzərdən keçirilib  

14:33
16 Sentyabr

Nuriddin Xaliknazarov: Prezidenti İlham Əliyevin yüksək iradəsi və xalqın birliyi sayəsində böyük işlər həyata keçirilib  

14:32
16 Sentyabr

Yəhya Bakuvi Beynəlxalq Konfransı Ağdamda davam edib YENİLƏNİB  

14:31
16 Sentyabr

Tokayev: Orta Dəhlizi TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiya etmək mümkündür

14:28
16 Sentyabr

“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək  

14:27
16 Sentyabr

Balazs Hendrich: TDT-yə üzv ölkələr arasında gömrük və tranzit prosedurlarının sadələşdirilməsi mühüm əhəmiyyət daşıyır  

14:25
16 Sentyabr

Həmid Şəhriyari: Seyid Yəhya Bakuvinin elm, din, mənəviyyat sahəsində çox böyük xidmətləri olub  

14:24
16 Sentyabr

Qəzanı işıqlandırmaq üçün havalandı, qəzaya düşdü  

14:23
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!