16 Sentyabr 2026 16:14
202
SİYASƏT
A- A+
Yaralar sağalacaq, amma qan yaddaşımız heç vaxt unudulmayacaq

Yaralar sağalacaq, amma qan yaddaşımız heç vaxt unudulmayacaq


“Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun” 

Sentyabrın 15-də Prezident İlham Əliyevin beynəlxalq konfrans iştirakçıları ilə görüşdəki nitqi bir daha göstərdi ki, Azərbaycan öz haqq savaşında qazandığı Zəfərlə yanaşı, 30 illik işğal dövründə qarşılaşdığı vəhşilikləri də heç vaxt unutmayacaq.

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edən zaman dövlətimizin başçısı qonaqların Qarabağa - Ağdam, Xankəndi, Xocalı və Şuşa şəhərlərinə səfər edəcəklərini xatırladaraq bildirdi ki, onlar burada həm 30 illik işğalın ağır fəsadlarını, həm də bu gün dirçələn yeni Qarabağın simasını öz gözləri ilə görəcəklər.


Vandal düşmən tərəfindən 65 məscidimiz dağıdılıb 


İki əsr boyu Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan 1990-cı illərin əvvəllərində ərazilərimizin 20 faizini işğal edərək yüz minlərlə soydaşımızı doğma ocağından didərgin salıb. Xocalıda qanlı soyqırımı həyata keçirərək bəşəri cinayət törədən düşmən  torpaqlarımızı 30 il ərzində işğal altında saxlayıb. Vətən müharibəsində Zəfər qazanan və 2023-cü il antiterror əməliyyatları zamanı suverenliyini bərpa edərək Qarabağda separatizmi məhv edən ölkəmiz xalqımıza qarşı törədilən cinayətlərin qisasını döyüş meydanında aldı. Müharibədən dərhal sonra quruculuq işlərinə start verən Azərbaycan çox keçmədən Böyük qayıdışı da uğurla həyata keçirməyə başladı. 

Bütün bu faktları konfrans iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyev söylədi ki, Ermənistan məscidlərdə bilərəkdən heyvan saxlayırdı: “Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq”.

30 illik işğal dövründə Ermənistan Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni və dini irsimizə də qənim kəsilib. 

ABŞ Dövlət Departamentinin dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı 2021-ci il üçün illik hesabatında da Ermənistanın işğal dövründə törətdiyi vandalizm ifşa edilir. Qeyd olunur ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş diplomatların, vətəndaş cəmiyyəti nümayəndələrinin və jurnalistlərin sözlərinə görə, Ermənistanın nəzarəti altında olarkən bu ərazilərdə yüzlərlə abidələr, o cümlədən, regionun etnik azərbaycanlıların istifadə etdiyi məscidlər, ziyarətgahlar talan edilib, vandalizmə, təhqirlərə məruz qalıb və ya tamamilə dağıdılıb. Məsələn, Füzuli rayonundakı 19-cu əsrə aid olan Hacı Ələkbər məscidinin ermənilər tərəfindən dağıdılmasını, Ağdamdakı Cümə məscidinin üzərində erməni dilində qraffiti yazılmasını və mehrabının güllələnməsini qeyd etmək olar. Ağdam rayonundakı qəbiristanlıqlar, o cümlədən şəhərin Şəhidlər xiyabanı və İmarət Qərvənd qəbiristanlığının 18-ci əsrə aid müqəddəs və tarixi məqbərələri təhqir edilib, talan edilib və ya dağıdılıb.

Ümumiyyətlə, erməni barbarları mədəni irsimizə qənim kəsiliblər, tarixi Azərbaycan ərazisi olan İrəvan quberniyası ərazisində 300 məscidi yer üzündən siliblər. 30 il ərzində işğalda saxladıqları Qarabağ və Şərqi Zəngəzurda 65 məscid Ermənistan dövləti tərəfindən tamamilə dağıdılıb. 

Üç onillik boyu işğal altında olan ərazilərimizdə daşı-daş üstündə qoymayan Ermənistan bununla həm azərbaycanlıların bir daha öz yurdlarına qayıtmasını ənglləməyə çalışıb, həm də talançılıq həyata keçirib. Hətta vandal düşmən qəbir daşlarını, məzarları qazaraq rəhmətə getmiş insanların qızıl dişlərini belə söküb aparıb. 

Sentyabrın 15-də Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşdə ölkəmizin rəhbəri İlham Əliyev söylədi ki, bütün bunları dünya bilməlidir: “Dünya 30 il ərzində buna göz yumub. Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi”.


Sülhü qorumağın ən etibarlı yolu 


Ancaq Ermənistanın törətdiyi vəhşiliklər, bəzi xarici dairələrin qərəzli, ikilistandartlı yanaşmaları Azərbaycanı haqq işindən döndərə bilmədi. Qarabağ və Şərqi Zəngəzur əsl sahiblərinə qovuşdu. İkinci Qarabağ müharibəsindən dərhal sonra azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərinə start verildi. Dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda bərpa etdiyi ilk obyektin məhz Ağdam Cümə məscidi olmasının  öz mənəvi rəmzi var idi. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, xalqımızın öz milli-mənəvi dəyərlərinə və dininə olan sonsuz ehtiramının təzahürü idi. 

İndiyə qədər Qarabağ və Şərqi Zəngzurda 12 məscid ya tamamilə, ya da yarıdağılmış vəziyyətdən bərpa edilərək yenidən qurulub. Şuşada yeni məscidin tikintisi sürətlə davam edir. 

Türk dünyasının və İslam aləminin nümayəndələrinin azad edilmiş ərazilərə səfərləri, törədilmiş barbarlığı öz gözləri ilə görmələri beynəlxalq müstəvidə həqiqətlərin çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycanın qazandığı şanlı Zəfər bu gün Cənubi Qafqazda qan-qadaya son qoyub. Xüsusilə ötən il avqustun 8-də Vaşinqtonda imzalanan Birgə Bəyannamədən, paraflanan sülh sazişi mətnindən sonra Ermənistanla Azərbaycan arasında sülh prosesi  irəliləyir, bu istiqamətdə əməli addımlar atılır. Bakının səyləri sayəsində regionda başlayan yeni dövr beynəlxalq əməkdaşlıq üçün də geniş qapılar açıb. 

Azərbaycanın atdığı sülhpərvər addımlar və bölgədə yaratdığı yeni reallıqlar uzunmüddətli sabitliyə xidmət edir. Lakin keçmişin acı dərsləri bizə öyrədir ki, sülhü qorumağın ən etibarlı yolu güclü olmaqdan və tarixi yaddaşı unutmamaqdan keçir. 

Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq. Məhz hərbi güc və övladlarımızın qəhrəmanlığı nəticəsində biz Ermənistanın işğalçı ordusunu öz torpaqlarımızdan qovmuşuq”. 


Yasəmən MUSAYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb

16:51
16 Sentyabr

Ermənistan hakimiyyəti revanşist qüvvələri dəstəkləyir  

16:36
16 Sentyabr

Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib  

16:19
16 Sentyabr

Yaralar sağalacaq, amma qan yaddaşımız heç vaxt unudulmayacaq

16:14
16 Sentyabr

Bakıdan verilən qlobal mesaj dini həmrəyliyi və sülh gündəliyini ön plana çıxarır   

16:01
16 Sentyabr

Azərbaycan həm də ikili standartlara qalib gəldi   

15:53
16 Sentyabr

Dağıntılardan dirçəlişə, müharibədən sülhə

15:49
16 Sentyabr

Azərbaycana qarşı bitməyən qərəz

15:34
16 Sentyabr

Diplomatik səfərə etiraz – Azərbaycanın suverenliyinə hörmət məsələsi  

14:49
16 Sentyabr

"Azərkimya" gələn il hidrogen satışına başlayacaq  

14:44
16 Sentyabr

Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb  

14:41
16 Sentyabr

Əsrlərdən gələn, bu günümüzü və sabahımızı işıqlandıran milli-mənəvi irs  

14:38
16 Sentyabr

Ermənistan xəstə təfəkkürdən əl çəkməlidir

14:35
16 Sentyabr

SOCAR-la Corc Vaşinqton Universitetinin imzaladığı Niyyət Məktubunun icrası üzrə görülən işlər nəzərdən keçirilib  

14:33
16 Sentyabr

Nuriddin Xaliknazarov: Prezidenti İlham Əliyevin yüksək iradəsi və xalqın birliyi sayəsində böyük işlər həyata keçirilib  

14:32
16 Sentyabr

Yəhya Bakuvi Beynəlxalq Konfransı Ağdamda davam edib YENİLƏNİB  

14:31
16 Sentyabr

Tokayev: Orta Dəhlizi TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiya etmək mümkündür

14:28
16 Sentyabr

“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək  

14:27
16 Sentyabr

Balazs Hendrich: TDT-yə üzv ölkələr arasında gömrük və tranzit prosedurlarının sadələşdirilməsi mühüm əhəmiyyət daşıyır  

14:25
16 Sentyabr

Həmid Şəhriyari: Seyid Yəhya Bakuvinin elm, din, mənəviyyat sahəsində çox böyük xidmətləri olub  

14:24
16 Sentyabr

Qəzanı işıqlandırmaq üçün havalandı, qəzaya düşdü  

14:23
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!