16 Sentyabr 2026 14:27
153
İQTİSADİYYAT
A- A+
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək  

“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək  


“AzerGold” QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Aspire EdTech” şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Dağ-mədən işləri üzrə mütəxəssis” ixtisası üzrə rəqəmsal kurs təqdim olunacaq.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “Dağ-mədən işləri üzrə mütəxəssis” ixtisası üzrə kurrikulum əsasında hazırlanmış rəqəmsal kurs onlayn formatda Gəncə və Daşkəsən şəhərlərində yerləşən ixtisaslaşmış peşə təhsili müəssisələrinin tələbələri və məzunları üçün əlçatan olacaq.

Ənənəvi tədris prosesini rəqəmsal resurslarla dəstəkləmək məqsədi daşıyan rəqəmsal kurs video dərslər, interaktiv məlumatlar və test tapşırıqlarından ibarətdir. Proqram çərçivəsində “AzerGold” QSC-nin mütəxəsislərinin iştirakı ilə ümumilikdə 250 video dərsin və 1500 test tapşırığının hazırlanması nəzərdə tutulub. Kursu uğurla tamamlayan tələbələrə Peşə Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş müvafiq sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, rəqəmsal təhsil layihəsi çərçivəsində əlavə olaraq çilingər, qaynaqçı və elektrik peşələri üzrə ümumilikdə 15 informativ video dərsin hazırlanması nəzərdə tutulub.

Məqsəd bu peşələr üzrə nəzəri biliklərin əlçatanlığını artırmaq və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına töhfə verməkdir. Hazırlanan rəqəmsal kurs, eyni zamanda, dağ-mədən sahəsində peşə hazırlığının müasir texnologiyalar və sənaye təcrübəsi ilə daha sıx əlaqələndirilməsinə xidmət edəcək.

Təhsilin inkişafı və dağ-mədən sənayesi üçün ixtisaslı kadr potensialının gücləndirilməsi “AzerGold” QSC-nin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə şirkət 2021-ci ildən etibarən ali və peşə təhsili müəssisələrinin tələbələri üçün Təqaüd Proqramını həyata keçirir.

Proqram çərçivəsində indiyədək ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan 46, peşə təhsili müəssisələrində təhsil alan 52 nəfər olmaqla, ümumilikdə 98 tələbəyə təhsil müddəti ərzində aylıq təqaüd təqdim olunub. Təqaüd Proqramının qaliblərindən 19 nəfəri hazırda “AzerGold” QSC-nin müxtəlif struktur bölmələrində fəaliyyət göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diplomatik səfərə etiraz – Azərbaycanın suverenliyinə hörmət məsələsi  

14:49
16 Sentyabr

"Azərkimya" gələn il hidrogen satışına başlayacaq  

14:44
16 Sentyabr

Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb  

14:41
16 Sentyabr

Əsrlərdən gələn, bu günümüzü və sabahımızı işıqlandıran milli-mənəvi irs  

14:38
16 Sentyabr

Ermənistan xəstə təfəkkürdən əl çəkməlidir

14:35
16 Sentyabr

SOCAR-la Corc Vaşinqton Universitetinin imzaladığı Niyyət Məktubunun icrası üzrə görülən işlər nəzərdən keçirilib  

14:33
16 Sentyabr

Nuriddin Xaliknazarov: Prezidenti İlham Əliyevin yüksək iradəsi və xalqın birliyi sayəsində böyük işlər həyata keçirilib  

14:32
16 Sentyabr

Yəhya Bakuvi Beynəlxalq Konfransı Ağdamda davam edib YENİLƏNİB  

14:31
16 Sentyabr

Tokayev: Orta Dəhlizi TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiya etmək mümkündür

14:28
16 Sentyabr

“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək  

14:27
16 Sentyabr

Balazs Hendrich: TDT-yə üzv ölkələr arasında gömrük və tranzit prosedurlarının sadələşdirilməsi mühüm əhəmiyyət daşıyır  

14:25
16 Sentyabr

Həmid Şəhriyari: Seyid Yəhya Bakuvinin elm, din, mənəviyyat sahəsində çox böyük xidmətləri olub  

14:24
16 Sentyabr

Qəzanı işıqlandırmaq üçün havalandı, qəzaya düşdü  

14:23
16 Sentyabr

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb  

14:18
16 Sentyabr

Deputat: Hər bir dövlət özünün müstəqil audit sistemini qurmalıdır  

14:17
16 Sentyabr

"Azərikimya": Etilen-Polietilen zavodunda növbəti əsaslı təmir 2027-ci ilin ikinci rübündə planlaşdırılır  

14:16
16 Sentyabr

“AzərEnerji” “TotalEnergies” ilə Azərbaycanda yeni tikiləcək Qaz Emalı Zavodunun elektrik şəbəkəsinə qoşulmasını müzakirə edib  

14:10
16 Sentyabr

Ramazan Erdağ: Rəqəmsallaşma Orta Dəhlizin səmərəliliyinin artırılmasında xüsusi rol oynayır  

14:07
16 Sentyabr

Fərid Şəfiyev: Orta Dəhliz hər hansı marşrutu əvəz etmir

14:07
16 Sentyabr

Göyçayda aqrar sektorun inkişafı ilə bağlı tədbirlər müzakirə olunub  

13:08
16 Sentyabr

Sabah bəzi yerlərdə yağış yağacaq 

13:06
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!