16 Sentyabr 2026 14:07
218
SİYASƏT
A- A+
Fərid Şəfiyev: Orta Dəhliz hər hansı marşrutu əvəz etmir

Fərid Şəfiyev: Orta Dəhliz hər hansı marşrutu əvəz etmir


Bəzi ekspertlər Orta Dəhlizin ənənəvi “Şimal” və dəniz marşrutlarını əvəz edə bilməyəcəyini bildirirlər. Lakin dəhlizin məqsədi bu marşrutları əvəz etmək deyil. Onun əsas rolu, xüsusilə böhran zamanı alternativ nəqliyyat imkanları yaratmaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” çərçivəsində keçirilən “Orta Dəhliz regional inteqrasiyanın və infrastrukturəsaslı inkişafın katalizatoru kimi” panelində çıxışı zamanı deyib.

O, Azərbaycanın neft-qaz sektorunun inkişafının başlanğıcında mövcud olan skeptik yanaşmaları xatırladıb. Qeyd edib ki, böhranlar bazara əlavə 1-2 faiz neft tədarükünün belə mühüm əhəmiyyət daşıdığını göstərib.

“Hazırda Azərbaycanın Avropanın ayrı-ayrı bazarlarına qaz tədarükü də enerji təhlükəsizliyinə töhfə verir. Orta Dəhliz üzrə də yükdaşımalar artıb. Xəzər dənizi üzərindən yükdaşımaların həcmi 2023-cü ildəki 2,76 milyon tondan 2025-ci ildə 4,1 milyon tona yüksəlib. 2026-cı ilin ilk yeddi ayında isə Orta Dəhliz üzrə tranzit konteynerlərin həcmi 26 min TEU təşkil edib ki, bu da 50 faiz artım deməkdir. Dəhlizin səmərəliliyi təkcə infrastruktur imkanlarından deyil, sərhədlərdən keçid prosesinin sürətindən də asılıdır”, - deyə Fərid Şəfiyev vurğulayıb.

Mərkəz sədri Türk Dövlətləri Təşkilatının 15 may 2026-cı ildə keçirilmiş qeyri-formal Zirvə görüşündə qəbul edilən Türküstan Bəyannaməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, sənəddə “e-Permit” sisteminin tam fəaliyyətə başlaması və milli “vahid pəncərə” sistemlərinin inteqrasiyası dəstəklənib: “Bu addımlar sərhədlərarası sənədləşməni sadələşdirməyə, inzibati maneələri azaltmağa və yüklərin real vaxtda izlənilməsinə imkan verəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diplomatik səfərə etiraz – Azərbaycanın suverenliyinə hörmət məsələsi  

14:49
16 Sentyabr

"Azərkimya" gələn il hidrogen satışına başlayacaq  

14:44
16 Sentyabr

Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb  

14:41
16 Sentyabr

Əsrlərdən gələn, bu günümüzü və sabahımızı işıqlandıran milli-mənəvi irs  

14:38
16 Sentyabr

Ermənistan xəstə təfəkkürdən əl çəkməlidir

14:35
16 Sentyabr

SOCAR-la Corc Vaşinqton Universitetinin imzaladığı Niyyət Məktubunun icrası üzrə görülən işlər nəzərdən keçirilib  

14:33
16 Sentyabr

Nuriddin Xaliknazarov: Prezidenti İlham Əliyevin yüksək iradəsi və xalqın birliyi sayəsində böyük işlər həyata keçirilib  

14:32
16 Sentyabr

Yəhya Bakuvi Beynəlxalq Konfransı Ağdamda davam edib YENİLƏNİB  

14:31
16 Sentyabr

Tokayev: Orta Dəhlizi TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiya etmək mümkündür

14:28
16 Sentyabr

“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək  

14:27
16 Sentyabr

Balazs Hendrich: TDT-yə üzv ölkələr arasında gömrük və tranzit prosedurlarının sadələşdirilməsi mühüm əhəmiyyət daşıyır  

14:25
16 Sentyabr

Həmid Şəhriyari: Seyid Yəhya Bakuvinin elm, din, mənəviyyat sahəsində çox böyük xidmətləri olub  

14:24
16 Sentyabr

Qəzanı işıqlandırmaq üçün havalandı, qəzaya düşdü  

14:23
16 Sentyabr

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb  

14:18
16 Sentyabr

Deputat: Hər bir dövlət özünün müstəqil audit sistemini qurmalıdır  

14:17
16 Sentyabr

"Azərikimya": Etilen-Polietilen zavodunda növbəti əsaslı təmir 2027-ci ilin ikinci rübündə planlaşdırılır  

14:16
16 Sentyabr

“AzərEnerji” “TotalEnergies” ilə Azərbaycanda yeni tikiləcək Qaz Emalı Zavodunun elektrik şəbəkəsinə qoşulmasını müzakirə edib  

14:10
16 Sentyabr

Ramazan Erdağ: Rəqəmsallaşma Orta Dəhlizin səmərəliliyinin artırılmasında xüsusi rol oynayır  

14:07
16 Sentyabr

Fərid Şəfiyev: Orta Dəhliz hər hansı marşrutu əvəz etmir

14:07
16 Sentyabr

Göyçayda aqrar sektorun inkişafı ilə bağlı tədbirlər müzakirə olunub  

13:08
16 Sentyabr

Sabah bəzi yerlərdə yağış yağacaq 

13:06
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!