16 Sentyabr 2026 14:49
231
SİYASƏT
A- A+
Diplomatik səfərə etiraz – Azərbaycanın suverenliyinə hörmət məsələsi  

Diplomatik səfərə etiraz – Azərbaycanın suverenliyinə hörmət məsələsi  


Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11–12-də Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm hadisə kimi diqqət çəkib. 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyətinin iştirakı ilə keçirilən səfər çərçivəsində Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq, sosial-iqtisadi və infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin vəziyyəti və onların qorunması istiqamətində görülən işlərlə tanışlıq aparılıb. 

Bu səfərin Ermənistanın müəyyən siyasi və ictimai dairələrində kəskin reaksiyaya səbəb olması isə xüsusi diqqət doğurur. Azərbaycan ərazisində keçirilən diplomatik səfərə xaricdən etirazların bildirilməsi, xarici diplomatların fəaliyyətinin hədəfə alınması və onların Azərbaycanın Qarabağ bölgəsinə səfərinə görə təzyiq xarakterli ritorikanın səsləndirilməsi suverenlik və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri baxımından ciddi suallar yaradır.

Məsələnin mahiyyəti əslində olduqca sadədir: Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin Azərbaycan Respublikasının ərazisində müxtəlif bölgələrə səfər etməsi ölkənin suveren hüquqları çərçivəsində həyata keçirilən fəaliyyətdir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur da Azərbaycanın digər bölgələri kimi ölkənin vahid ərazisinin tərkib hissəsidir. Xarici diplomatların bu ərazilərə səfəri hər hansı üçüncü tərəfin icazəsini tələb edən məsələ deyil.

Səfərin miqyası da xüsusi qeyd olunmalıdır. 58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələrinin bir araya gəldiyi bu səfər təkcə diplomatik protokol tədbiri deyil, həm də beynəlxalq ictimaiyyətin Qarabağ və Şərqi Zəngəzurda baş verən prosesləri yerində görməsi baxımından əhəmiyyətlidir. Diplomatlar Xankəndidə sosial və nəqliyyat infrastrukturu ilə, Qarabağ Universiteti və digər obyektlərlə tanış olub, Şuşada tarixi-mədəni məkanları ziyarət edib, Ağdərə və Kəlbəcərdə isə bərpa-quruculuq layihələri və tarixi irs nümunələri barədə məlumat alıblar. Xüsusilə diqqətçəkən məqamlardan biri diplomatik nümayəndələrin Kəlbəcərdə Xudavəng monastır kompleksinə səfər etməsi olub. Bu fakt göstərir ki, Azərbaycan öz ərazisindəki tarixi və dini irs nümunələrinin beynəlxalq nümayəndələr tərəfindən yerində öyrənilməsinə və obyektiv şəkildə qiymətləndirilməsinə açıqdır. 

Məhz burada tarixi-mədəni irs məsələsinə münasibətdə də prinsipial yanaşma ortaya qoyulmalıdır. Tarixi abidələr siyasi qarşıdurmanın alətinə çevrilməməli, onların mənşəyi və tarixi barədə mübahisələr emosional bəyanatlar deyil, elmi araşdırmalar, tarixi mənbələr və beynəlxalq ekspertiza əsasında aparılmalıdır. Azərbaycan öz ərazisində yerləşən tarixi və mədəni irsin qorunmasına, bərpasına və gələcək nəsillərə çatdırılmasına məsuliyyətlə yanaşdığını nümayiş etdirir.

Digər tərəfdən, Ermənistan cəmiyyətində və siyasi dairələrində xarici diplomatların Qarabağa səfərinə göstərilən reaksiyalar regionda yeni reallıqların tam qəbul edilmədiyini düşünməyə əsas verən mövqelər kimi təqdim olunur. Lakin burada mühüm bir məqama da diqqət yetirmək lazımdır: ayrı-ayrı şəxslərin və siyasi qrupların mövqelərini bütövlükdə Ermənistan cəmiyyətinin mövqeyi kimi təqdim etmək düzgün olmaz. Bununla belə, belə reaksiyaların siyasi və ictimai müstəvidə səsləndirilməsi regionda sülh və qarşılıqlı etimadın formalaşdırılması baxımından arzuolunan mənzərə yaratmır.

Azərbaycanın mövqeyi aydındır: sülh qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə etməmək və əldə edilmiş reallıqları qəbul etmək prinsipləri üzərində qurulmalıdır. Bu prinsiplər yalnız sənədlərdə təsbit olunan müddəalar kimi deyil, siyasi və ictimai davranışın əsas meyarı kimi də qəbul edilməlidir.

Azərbaycan artıq uzun illər davam etmiş münaqişədən sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yeni infrastruktur yaradılır, şəhər və kəndlər yenidən qurulur, insanların öz doğma yurdlarına qayıdışı təmin edilir. Xarici diplomatların bu proseslərlə yerində tanış olması isə həmin reallıqların beynəlxalq ictimaiyyətə birbaşa təqdim olunmasına imkan yaradır.

Bu baxımdan diplomatik səfərə etirazların özü də müəyyən siyasi mesaj daşıyır. Çünki əgər məqsəd regionda sülhün və etimadın möhkəmləndirilməsidirsə, Azərbaycan ərazisində keçirilən diplomatik tədbirlərə qarşı təzyiq və etiraz kampaniyaları deyil, qarşılıqlı hörmət və dialoq üstünlük təşkil etməlidir.

Sülh prosesi yalnız hökumətlərarası danışıqlar masasında aparılan müzakirələrdən ibarət deyil. Sülh həm də cəmiyyətlərin bir-birinin mövcud reallıqlarını qəbul etməsi, qarşılıqlı nifrət və düşmənçilik ritorikasından uzaqlaşması ilə möhkəmlənir. Bu baxımdan xarici diplomatların səfərinə münasibətdə nümayiş etdirilən yanaşmaların gələcək regional münasibətlərə təsiri də nəzərə alınmalıdır.

Azərbaycan regionda davamlı sülhün və əməkdaşlığın tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Bu siyasətin əsasını dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət təşkil edir. Eyni yanaşmanın qarşı tərəfdən də nümayiş etdirilməsi Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün mühüm şərtdir.

Bu gün əsas məsələ keçmişin qarşıdurma ritorikasını yenidən gündəmə gətirmək deyil, regionun gələcəyini formalaşdırmaqdır. Qarabağ və Şərqi Zəngəzurda gedən quruculuq prosesi Azərbaycanın yeni inkişaf mərhələsini nümayiş etdirir. Beynəlxalq diplomatik korpusun nümayəndələrinin bu prosesləri yerində müşahidə etməsi isə həmin reallıqların birbaşa şahidi olmaq baxımından əhəmiyyətlidir.

Ona görə də Azərbaycanın suveren ərazisinə həyata keçirilən diplomatik səfərə hörmətlə yanaşmaq, regionda yaranmış yeni reallıqları qəbul etmək və qarşılıqlı etimadı möhkəmləndirən siyasi ritorikaya üstünlük vermək daha konstruktiv yanaşma olardı. Çünki davamlı sülhün yolu qarşıdurmadan deyil, reallıqların qəbulundan, qarşılıqlı hörmətdən və əməkdaşlıqdan keçir.


İlqar ilyasov

YAP Qaradag rayon təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycana qarşı bitməyən qərəz

15:34
16 Sentyabr

Diplomatik səfərə etiraz – Azərbaycanın suverenliyinə hörmət məsələsi  

14:49
16 Sentyabr

"Azərkimya" gələn il hidrogen satışına başlayacaq  

14:44
16 Sentyabr

Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb  

14:41
16 Sentyabr

Əsrlərdən gələn, bu günümüzü və sabahımızı işıqlandıran milli-mənəvi irs  

14:38
16 Sentyabr

Ermənistan xəstə təfəkkürdən əl çəkməlidir

14:35
16 Sentyabr

SOCAR-la Corc Vaşinqton Universitetinin imzaladığı Niyyət Məktubunun icrası üzrə görülən işlər nəzərdən keçirilib  

14:33
16 Sentyabr

Nuriddin Xaliknazarov: Prezidenti İlham Əliyevin yüksək iradəsi və xalqın birliyi sayəsində böyük işlər həyata keçirilib  

14:32
16 Sentyabr

Yəhya Bakuvi Beynəlxalq Konfransı Ağdamda davam edib YENİLƏNİB  

14:31
16 Sentyabr

Tokayev: Orta Dəhlizi TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiya etmək mümkündür

14:28
16 Sentyabr

“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək  

14:27
16 Sentyabr

Balazs Hendrich: TDT-yə üzv ölkələr arasında gömrük və tranzit prosedurlarının sadələşdirilməsi mühüm əhəmiyyət daşıyır  

14:25
16 Sentyabr

Həmid Şəhriyari: Seyid Yəhya Bakuvinin elm, din, mənəviyyat sahəsində çox böyük xidmətləri olub  

14:24
16 Sentyabr

Qəzanı işıqlandırmaq üçün havalandı, qəzaya düşdü  

14:23
16 Sentyabr

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb  

14:18
16 Sentyabr

Deputat: Hər bir dövlət özünün müstəqil audit sistemini qurmalıdır  

14:17
16 Sentyabr

"Azərikimya": Etilen-Polietilen zavodunda növbəti əsaslı təmir 2027-ci ilin ikinci rübündə planlaşdırılır  

14:16
16 Sentyabr

“AzərEnerji” “TotalEnergies” ilə Azərbaycanda yeni tikiləcək Qaz Emalı Zavodunun elektrik şəbəkəsinə qoşulmasını müzakirə edib  

14:10
16 Sentyabr

Ramazan Erdağ: Rəqəmsallaşma Orta Dəhlizin səmərəliliyinin artırılmasında xüsusi rol oynayır  

14:07
16 Sentyabr

Fərid Şəfiyev: Orta Dəhliz hər hansı marşrutu əvəz etmir

14:07
16 Sentyabr

Göyçayda aqrar sektorun inkişafı ilə bağlı tədbirlər müzakirə olunub  

13:08
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!