08 Dekabr 2025 15:08
370
Mədəniyyət
A- A+
Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi olub YENİLƏNİB  

Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi olub YENİLƏNİB  


Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində İslam dünyasının mədəni irsinə həsr olunan xüsusi videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, İslam Mədəniyyəti Festivalının Bakıda keçirilməsi, bütün İslam dünyasından yaradıcı sənaye nümayəndələri üçün dialoq, tərəfdaşlıq və yeni ideyalar platforması rolunu oynayacaq. Həmçinin 40-dan çox ölkədən 300-dən artıq beynəlxalq iştirakçının, həmçinin 5 mindən çox ziyarətçinin gözlənildiyi bu tədbir, yaradıcı sənaye sahəsində fəaliyyət göstərən bütün iştirakçıların əlaqələrinin genişlənməsinə və inkişafına mühüm töhfə verəcək, eyni zamanda ziyarətçilərə müxtəlif kreativ və innovativ həllər təqdim edəcək.

“Bu səbəbdən tədbirin uğurla həyata keçirilməsi üçün bütün zəruri şəraitin yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Habelə, Heydər Əliyev Fonduna, xüsusilə də Azərbaycanın birinci xanımı və Fondun prezidenti Mehriban Əliyevaya milli və qlobal miqyaslı mədəni layihələrə daim göstərdiyi dəstəyə görə təşəkkürümüzü çatdırmaq istəyirik. Çünki bu tədbirə ev sahibliyi etmək və bu qədər geniş və rəngarəng yaradıcı insanların burada iştirakını təmin etmək bizim üçün böyük şərəf və qürurdur”,-deyə nazir vurğulayıb.

İƏT-in Baş katibinin müavini və Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tarig Ali Bakhit Prezident İlham Əliyevin İslam həmrəyliyinin möhkəmləndirilməsi yolunda göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkürünü bildirib: “Məhz bu möhkəm iradə və strateji yanaşma İslam dünyasında əməkdaşlığımızın yeni mərhələyə keçməsinə ciddi töhfə verir.

Bu festival bizi mühüm platformada bir araya gətirərək birliyin, dialoqun və mədəni yaxınlaşmanın real təcəssümünə çevrilir. İƏT-in katibliyi və bütün iştirakçı heyətin mədəni əlaqələrimizin dərinləşməsinə verdiyi dəstək, qarşılıqlı dialoqun daha da güclənməsinə mühüm təsir göstərir. Bu kimi tədbirlər təkcə yaradıcılıq və mədəniyyət nümayişi deyil, həm də təşkilatımızı strateji baxımdan gücləndirən, ortaq dəyərlərimizi möhkəmləndirən vahid mədəni platforma yaradır. Belə bir platformanın formalaşması, təbii ki, gələcək fəaliyyətimizin daha sıx koordinasiyasına, qarşılıqlı anlayış və əməkdaşlığa xidmət edir. Çünki yaradıcılıq yalnız sənətə deyil, insan inkişafına yönələn fundamental xüsusiyyətdir. Yaradıcılığı dəstəkləyən cəmiyyətlər, ilk növbədə, gənclərinin potensialına yatırım etmiş olurlar. Müsbət dəyərləri mənimsəyən, mədəni və mənəvi irsə sahib çıxan gənclər isə gələcəyin birliyini formalaşdırır, cəmiyyətlər arasında körpülər yaradan mədəniyyət səfirlərinə çevrilirlər. Bu baxımdan, Bakıdakı bu festival təkcə bu günün tədbiri deyil, sabahın birgə mədəniyyət, yaradıcılıq və inkişaf vizyonunun bünövrəsidir”,-deyə Tarig Ali Bakhit vurğulayıb.

Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Khan Khichi qeyd edib ki, Pakistan, İslam həmrəyliyinin güclənməsinə və ortaq mədəni dəyərlərimizin təşviqinə xidmət edən bu kimi təşəbbüslərdə hər zaman fəal iştirak etməyə hazırdır. “Biz bu platformanı sadəcə festival deyil, İslam dünyasında mədəni yaxınlaşma, yaradıcılıq mübadiləsi və strateji əməkdaşlıq üçün mühüm imkan kimi görürük. Bu tədbir bir daha nümayiş etdirir ki, ortaq tariximiz, mədəni köklərimiz və dini birliyimiz bizləri təkcə simvolik deyil, real tərəfdaşlıq ruhu ilə birləşdirir. Bu birliyin davamlı möhkəmlənməsi üçün Pakistan olaraq bütün səviyyələrdə əməkdaşlığa sadiq olduğumuzu xüsusi vurğulamaq istəyirik.

Azərbaycanın mədəniyyət diplomatiyası sahəsində atdığı addımlar, habelə regional və qlobal miqyasda mədəni əməkdaşlığa verdiyi töhfə təqdirəlayiqdir. Biz bu səmərəli fəaliyyətin davamlı olacağına və İslam dünyasının mədəni identikliyinin daha da güclənməsinə xidmət edəcəyinə inanırıq”,- deyə pakistanlı nazir əlavə edib.

Misir Ərəb Respublikasının mədəniyyət naziri Ahmed Fouad Hanno qeyd edib ki, Azərbaycan bu gün təkcə mədəni irsin qorunmasında deyil, eyni zamanda İslam dünyasının yaradıcılıq və mədəni əməkdaşlıq mərkəzi kimi nümunəvi rol oynayır. Biz Misir Ərəb Respublikası olaraq, bu təşəbbüsün regionumuzda mədəni dialoqun genişlənməsinə, tarixi əlaqələrimizin möhkəmlənməsinə və ortaq mənəvi dəyərlərimizin dünyaya tanıdılmasına xidmət etdiyinə inanırıq. Əminik ki, festival İslam dünyasının mədəni gücünü, yaradıcı potensialını və müasir mədəniyyət siyasətini birlikdə dünyaya nümayiş etdirməyə imkan yaradacaq.

Nazir qeyd edib ki, festivalda iştirak edən hər bir yaradıcı nümayəndə, hər bir ekspert və mədəniyyət qurumu ortaq missiyaya – mədəni irsi yaşatmaq, onu gələcək nəsillərə doğru formada ötürmək və eyni zamanda müasir innovativ yanaşmalarla zənginləşdirməyə xidmət edir.

Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabrouka Toghi Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib: “Bu addımlar yalnız regional deyil, qlobal mədəni əməkdaşlığın inkişafına xidmət edir”.

O qeyd edib ki, mədəniyyət yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyin strateji şəkildə qurulması üçün ən güclü vasitələrdən biridir. Mədəniyyət insanlar arasında anlaşmanı, xalqlar arasında etimadı, dövlətlər arasında isə qarşılıqlı hörmət və əməkdaşlığı formalaşdırır.

Fələstin Dövlətinin mədəniyyət naziri İmadeddin Abdullah Salim Hamdan vurğulayıb ki, İƏT Mədəniyyət Festivalı yalnız mədəniyyət nümayişi deyil, həm də ortaq kimliyimizin, tarixi birliyimizin və ruhani dəyərlərimizin dünya səhnəsində təcəssümüdür. İslam dünyasının mədəni irsi, milyonlarla insanın yaddaşını, tarixi varlığını və mədəni sabitliyini daşıyan müqəddəs bir mirasdır.

Nazir qeyd edib ki, Fələstinin mədəniyyət siyasəti, məhz bu irsin qorunması, nəsillər arasında ötürülməsi və müasir yaradıcılıq formaları ilə zənginləşdirilməsinə yönəlib. “Bu festival, yaradıcı insanlar üçün yeni dialoq məkanı, mədəni platforma və inteqrasiya mühiti yaradır. Burada paylaşdığımız fikirlər, ideyalar və layihələr gələcəyin mədəni arxitekturasını formalaşdırmağa xidmət edir. Biz inanırıq ki, mədəniyyət xalqlar arasında ən güclü körpüdür, çünki dilindən, coğrafiyasından və siyasi çərçivəsindən asılı olmayaraq insan ruhunun ən saf təzahürünü daşıyır”.

Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan qeyd edib ki, ölkəsi mədəniyyət sahəsində ortaq təşəbbüslərin genişləndirilməsinə, gənclərin yaradıcı mühitə cəlb edilməsinə, İslam mədəniyyətinin innovativ və müasir təqdimat formatlarının inkişafına hər zaman dəstək verməyə hazırdır. Bu istiqamətdə İƏT çərçivəsində atılan addımlar, mədəni platformaların genişlənməsi və yaradıcı sənayelərin inkişafı bizim üçün strateji əhəmiyyət daşıyır.

“Əsrlər boyunca İslam mədəniyyəti coğrafiyamızın memarlığından musiqisinə, ədəbiyyatından elminə qədər həyatımızın bütün qatlarına sirayət edib, bu gün isə yeni texnoloji mühit, yaradıcılıq ekosistemləri və qlobal mədəni inteqrasiyalar vasitəsilə daha geniş auditoriyalara çatdırılır. Biz inanırıq ki, bu festival həm tarixi mirasımızı qorumağa, həm də müasir təsəvvür çərçivəsində zənginləşdirməyə xidmət edəcək.

Azərbaycanın mədəni diplomatiya sahəsində nümayiş etdirdiyi liderlik, regional həmrəyliyin formalaşmasına verdiyi töhfələr həm Türkiyə, həm də bütün İslam dünyası tərəfindən yüksək dəyərləndirilir. Bu əməkdaşlığın gələcək illərdə daha çox layihə və mədəni mübadilə formatları ilə genişlənəcəyinə əminik”,- deyə nazir əlavə edib.

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025”in rəsmi açılış mərasimindən sonra Mövlanə Cəlaləddin Ruminin “Zaman dairəsindən çıx – Sevgi dairəsinə daxil ol” kəlamı üzərində qurulan konseptual vizual kompozisiya nümayiş etdirilib. Layihənin illüstrativ hissəsi rəssam Leyla Əliyevanın əsərləri əsasında təqdim edilib. Vizual konsepsiyanın müəllifi Əməkdar artist, “Atesh Hub”un təsisçisi Səbinə Şıxlinskaya, musiqi tərtibatçısı isə Orxan Ağayevdir (DJ Pancho).

Bədii proqramın növbəti hissəsində İbrahim Babayev (tar), Pərviz Məmmədov (piano) və Vəfadar Ramizin (zərb) müşayiəti ilə Azərbaycan milli rəqsi “Yaylıq” təqdim edilib.

Mərasimin son bədii təqdimatı Azərbaycan bəstəkarı Kübra Kərimlinin “Şuşa” kompozisiyası olub. Musiqi əsərini balaban ifaçısı Fəqan Ələsgərlinin müşayiəti ilə müğənni Aisel (Aysel Məmmədova) səsləndirib.

Daha sonra təşkilatçılar və rəsmi qonaqlar sərgi stendlərini ziyarət ediblər.

Qeyd edək ki, festival dekabrın 11-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!