30 İyun 2026 10:59
1547
Elm və texnika
A- A+
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq konqres davam edir 

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq konqres davam edir 


Bakıda keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres iyunun 30-da öz işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, tədbirin ikinci günü iştirakçılar əvvəlcə İsmailiyyə binası ilə tanış olublar. Qeyd olunub ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi İsmailiyyə sarayı Venesiya sarayları klassikasının təcəssümüdür və 1430-cu ildə tikilmiş məşhur “Qızıl saray”ı (Ca d'oro) təkrar edir. Sarayın bünövrəsi 1908-ci ilin sonunda Nikolayev küçəsində qoyulub, 1913-cü ildə isə sarayın açılışı olub. Müsəlman Xeyriyyə Cəmiyyətinin yığıncağı, habelə müsəlman qadınların, Bakı ziyalılarının və digər cəmiyyətlərin görüşləri bu binada keçirilib.

Sonra “Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq” mövzusunda panel iclası başlayıb. Açılışda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu il Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində 26 ölkədən 300 nəfərdən çox qonaq iştirak edib.

Panelə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli moderatorluq edib. Panel sessiyada Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker çıxış edib. O deyib: “Türkiyə Elmlər Akademiyası olaraq Birinci Türkoloji Qurultaydakı müzakirələri miras kimi qorumağı özümüzə vəzifə hesab edirik”. Onun sözlərinə görə, 1926-cı il Bakı Türkoloji Qurultayının türx xalqları və dövlətləri arasındakı birləşdirici ruhu bu gün də hiss edilməkdədir. Bizim də borcumuzdur ki, bu ruhu, bu birliyi yaşadaq, qoruyaq”.

M.Şeker deyib ki, Türkiyə türkologiya elminin və tarixinin təbliği istiqamətində müvafiq addımlar atmaqdadır. Akademiya rəhbəri müasir dövrün dillə bağlı problemlərə də toxunub: “Dil canlı orqanizmdir, davamlı inkişafdadır. Bu mənada heç kəsə sirr deyil ki, süni intellekt məsələsi bütün dillərə təsir edir, az qala onları eyniləşdirir. Hesab edirəm ki, bu konteksdə türkoloqlar olaraq müvafiq qabaqlayıcı tədbirlər görməliyik”.

Albaniya nümayəndəsi, Tirana Universitetinin Tarix və arxeologiya fakültəsinin müəllimi Gezim Hoxha çıxışında ölkəsinin tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu məkan olduğunu vurğulayıb. O bildirib ki, Albaniya tarixən dialoq, qarşılıqlı əlaqələr və ideya mübadiləsi nəticəsində formalaşmış zəngin mədəni irsə malikdir. Bu irsin mühüm qatlarından birini də Osmanlı dövrünün mədəni irsi təşkil edir.

Arxeoloq kimi Albaniyanın mədəni təbəqələşməsini araşdırmaq imkanı əldə etdiyini deyən nümayəndə qeyd edib ki, ölkədə Osmanlı, yunan, Roma, Bizans, orta əsr Albaniya və sonrakı Avropa irsi eyni məkanda yanaşı mövcuddur. Onun sözlərinə görə, bu tarixi qatlar bir-birinin əhəmiyyətini azaltmır, əksinə, birlikdə Albaniyanın zəngin mədəni kimliyini formalaşdırır.

Gezim Hoxha bildirib ki, ölkədə çoxsaylı Osmanlı dövrü abidələri – məscidlər, körpülər, tarixi bazarlar və ənənəvi şəhərsalma nümunələri qorunub saxlanılıb. Bundan əlavə, Osmanlı irsi dil, sənətkarlıq, memarlıq, kulinariya ənənələri və xüsusilə Bəktaşi təriqətinin mənəvi irsi vasitəsilə də bu günə qədər yaşamaqdadır.

O vurğulayıb ki, Osmanlı dövrünə Albaniya tarixindən ayrı və ya qarşı duran bir mərhələ kimi deyil, ölkənin ümumi mədəni irsinin ayrılmaz tarixi qatı kimi yanaşmaq lazımdır. Onun sözlərinə görə, müxtəlif mədəni təbəqələrin dinc yanaşı mövcudluğu keçmişə daha geniş baxış formalaşdırır, tarixin daha obyektiv öyrənilməsinə şərait yaradır, mədəni müxtəlifliyə hörməti artırır və xalqlar arasında dialoqu gücləndirir. Bu yanaşma həm də müasir dövrdə qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Paneldə Türk dünyasında elmi əməkdaşlığın genişləndirilməsi, ortaq elmi tədqiqatların təşviqi, dil, tarix və mədəni irsin qorunması, həmçinin beynəlxalq akademik əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.

Konqres çərçivəsində türkoloji elminin aktual istiqamətləri, ortaq elmi irsin araşdırılması və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşadan dünyaya sarsılmaz müttəfiqlik və əbədi qardaşlıq mesajı

16:20
09 Noyabr

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

15:18
09 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək

15:17
09 Noyabr

Bayrağımız daim zirvələrdə olacaq

14:57
09 Noyabr

Üçrəngli bayrağımız hər zaman müstəqil Azərbaycanın səmasında dalğalanacaq

13:48
09 Noyabr

Azərbaycan üçün Zəfər həm də gələcəyin təhlükəsizlik təminatıdır

12:59
09 Noyabr

Dövlət Bayrağımız tarixi keçmişimizi və gələcəyə olan inamımızı ifadə edir

12:21
09 Noyabr

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb  

11:55
09 Noyabr

Üçrəngli bayrağımız keçmişimizin yadigarı, bu günümüzün qüruru və gələcəyimizin əzəmətlə dalğalanan dövlətçilik rəmzidir  

11:49
09 Noyabr

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

11:47
09 Noyabr

Şuşa ağ örpəyə bürünüb

11:47
09 Noyabr

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

11:45
09 Noyabr

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

11:42
09 Noyabr

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

11:40
09 Noyabr

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub 

11:37
09 Noyabr

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb  

11:36
09 Noyabr

Birjalarda neft bahalaşıb

11:09
09 Noyabr

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb  

11:01
09 Noyabr

ABŞ-ın Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib  

10:38
09 Noyabr

Üçrəngli bayrağımız dövlətçiliyimizin, milli kimliyimizin və müstəqilliyimizin rəmzidir  

09:54
09 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib  

09:00
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!