02 Oktyabr 2026 17:51
1056
İQTİSADİYYAT
A- A+
Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib  

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib  


Maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC Maliyyə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Dünya Bankının “İş yerləri və iqtisadi artım üçün maliyyə əlçatanlığı” (FINGROW) və nəqliyyat missiyalarının əsas nəticələri, gələcək əməkdaşlıq istiqamətləri, eləcə də layihələrin hazırlanmasının və icrasının sürətləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə Dünya Bankı arasında koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

Anar Kərimov Azərbaycanın sosial-iqtisadi inkişafının dəstəklənməsi və islahat gündəliyinin həyata keçirilməsi baxımından Dünya Bankı ilə tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, maliyyə əlçatanlığının genişləndirilməsi, özəl sektorun maliyyələşdirilməsi və nəqliyyat infrastrukturunun inkişafı sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.

“FINGROW” layihəsi üzrə hazırlıq işlərinə toxunan A.Kərimov layihə çərçivəsində nəzərdə tutulan qismən kredit zəmanəti və kapital maliyyələşdirilməsi komponentlərinin həyata keçirilməsi üçün müvafiq maliyyələşdirmə və hüquqi mexanizmlərin formalaşdırılması, eləcə də layihənin konseptual çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.

Eyni zamanda, Dünya Bankının maliyyələşdirdiyi “Regional Yollar və İnkişaf” layihəsinin cari ilin mart ayında uğurla başa çatdığı qeyd edilib. Bildirilib ki, yol sektorunda əməkdaşlığın davamı olaraq “M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin yenidən qurulması” layihəsinin hazırlanması və Dünya Bankı tərəfindən kredit və texniki yardım göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Öz növbəsində, R.Prays Azərbaycan ilə Dünya Bankı arasında qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslanan əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. O, “FINGROW” layihəsi çərçivəsində maliyyə əlçatanlığının genişləndirilməsi və nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi istiqamətində Dünya Bankının maliyyə və ekspert dəstəyini göstərməyə hazır olduğunu bildirib.

Tərəflər qeyd olunan istiqamətlərdə əməkdaşlığın davam etdirilməsinin və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO  

18:36
15 Oktyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib  

18:29
15 Oktyabr

Şotlandiyada “Harvinin səddi”nin qalıqları aşkar edilib  

17:45
15 Oktyabr

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb  

17:43
15 Oktyabr

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB  

17:33
15 Oktyabr

  Çinli aktyorlar dipfeyklər səbəbindən işlərini itirə bilərlər

17:18
15 Oktyabr

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub  

17:06
15 Oktyabr

Qlobal tərəfdaşlığın və dialoqun Bakı Zirvəsi   

16:40
15 Oktyabr

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

16:37
15 Oktyabr

Bitum yanğınlarının söndürülməsində daha effektiv və ekoloji köpük növləri sınaqdan keçirilib  

16:37
15 Oktyabr

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

16:23
15 Oktyabr

Bakı Bəyannaməsi qəbul edilib

16:19
15 Oktyabr

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib  

16:19
15 Oktyabr

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür  

16:18
15 Oktyabr

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb  

16:18
15 Oktyabr

Ağdamda 12 milyon manatlıq un istehsalı layihəsinə start verilir  

16:17
15 Oktyabr

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

16:10
15 Oktyabr

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik  

16:09
15 Oktyabr

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib  

16:07
15 Oktyabr

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik  

16:05
15 Oktyabr

Azərbaycan və Laosun mina probelmi ilə mübarizədə təcrübə mübadiləsi üçün imkanlar yaranıb  

16:02
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!