02 Oktyabr 2026 17:03
81
CƏMİYYƏT
A- A+
Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub  

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub  


Oktyabrın 2-də Müdafiə Sənayesi Nazirliyinin və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda sektorial görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Təhlükəsizlik Sərgisi çərçivəsində keçirilən görüşdə müdafiə sektorunda kibertəhlükəsizliyin aktual istiqamətləri, rəqəmsal risklər, kibertəhdidlərə qarşı mübarizə və aidiyyəti qurumlar arasında əməkdaşlığın inkişafı müzakirə edilib.

Görüşdən əvvəl AKTA-nın üzvləri və ekspertləri üçün “ADEX 2026” və “Securex Caspian” sərgilərinin ekspozisiyalarına infotur təşkil edilib. İştirakçılar sərgi zonalarında təqdim olunan müasir texnologiyalar, təhlükəsizlik həlləri və müdafiə sektorunda innovativ məhsullarla tanış olublar.

Sektorial görüşün açılışında AKTA-nın icraçı direktoru Rauf Cabarov çıxış edərək sektorial görüşlərin Assosiasiyanın müxtəlif sahələr üzrə aktual kibertəhlükəsizlik məsələlərinin müzakirəsi üçün əsas platformalarından biri olduğunu bildirib. O, dövlət-özəl əməkdaşlığının kibertəhlükəsizlik sahəsində əhəmiyyətinə toxunaraq, aidiyyəti dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Rauf Cabarov, həmçinin AKTA-nın “ADEX” sərgisinin rəsmi tərəfdaşı olduğunu qeyd edib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov çıxış edərək rəqəmsal transformasiyanın inkişafı ilə paralel olaraq kibertəhdidlərin də artdığını diqqətə çatdırıb. O, xüsusilə müdafiə sektorunda kiberfiziki təhdidlərin yaratdığı risklərə toxunaraq, hərbi obyektlərin müasir kibertəhdidlərin potensial hədəflərindən biri olduğunu bildirib. Çıxışında kibertəhlükəsizlik ekosistemində mütəmadi testlərin keçirilməsinin əhəmiyyətini vurğulayan Davud Rüstəmov bu proseslərin beynəlxalq standartlar əsasında həyata keçirilməsinin vacibliyini qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev ölkəmizdə müdafiə sektorunun inkişafı və bu istiqamətdə elmi-texnoloji imkanların əhəmiyyəti barədə danışıb. O, informasiya texnologiyaları və elmi tədqiqatların kibertəhlükəsizliyin inkişafında roluna diqqət çəkərək, İnstitutun bu sahəyə verdiyi töhfələrdən söz açıb. Akademik, həmçinin kibertəhlükəsizliyin əsaslarına dair institut tərəfindən hazırlanmış elmi və metodik nəşrlər barədə məlumat verib.

Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik İdarəsinin rəisi Elşən Həsənov kibertəhlükəsizliyin artıq milli əhəmiyyət daşıyan məsələyə çevrildiyini vurğulayıb. O, kibertəhlükəsizlik sahəsində əməkdaşlığın və birgə fəaliyyətin əhəmiyyətindən danışaraq, 2026-cı ildə keçirilən hərbi təlimlər çərçivəsində kibertəhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirildiyini qeyd edib. Elşən Həsənov müasir silah və hərbi sistemlərin orduya inteqrasiyası fonunda onların təhlükəsizliyinin təmin edilməsinin, eləcə də kritik informasiya infrastrukturunun kibertəhdidlərdən qorunmasının vacibliyinə diqqət çəkib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyəti sədrinin müavini Elvin Şahverdiyev kibertəhlükəsizlik məsələsinin müasir dövrdə xüsusi aktuallıq daşıdığını bildirib. O, son illərdə Azərbaycanda kibertəhlükəsizlik sahəsində mühüm addımların atıldığını qeyd edib. Elvin Şahverdiyev 2026-cı ildə Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılmasını ölkədə kibertəhlükəsizliyin strateji əhəmiyyətinin göstəricilərindən biri kimi diqqətə çatdırıb. O, çıxışında CERT strukturlarının fəaliyyətinə də toxunaraq, müasir CERT-lərin kibertəhdidlərin aşkarlanması, təhlili və onlara operativ reaksiya verilməsindəki rolundan danışıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov çıxışında dövlət informasiya sistemlərinin və kritik informasiya resurslarının kibertəhdidlərdən qorunmasının əhəmiyyətinə diqqət çəkib. O, informasiya təhlükəsizliyinin təmin olunmasında texniki imkanlarla yanaşı, çevik monitorinq, kibertəhdidlərin vaxtında aşkarlanması və aidiyyəti qurumlar arasında koordinasiyanın mühüm rol oynadığını bildirib. Nadir Novruzov müdafiə və təhlükəsizlik sektorunda informasiya mübadiləsinin və birgə fəaliyyət mexanizmlərinin gücləndirilməsinin müasir kibertəhdidlərə qarşı dayanıqlılığın artırılmasına töhfə verdiyini qeyd edib.

Təqdimatlar zamanı müdafiə sahəsində rəqəmsal risklər, kibermüdafiə imkanları və beynəlxalq trendlərə nəzər salınıb.

Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri, AKTA-nın eksperti Araz Mustafa “Rəqəmsal risklər və kibermüdafiə” mövzusunda təqdimat edib.

Daha sonra AKTA-nın icraçı direktoru Rauf Cabarovun moderatorluğu ilə sual-cavab sessiyası keçirilib. Sessiyada müdafiə sektorunda potensial kibertəhdidlər, rəqəmsal risklərin idarəolunması və kritik informasiya sistemlərinin mühafizəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin AKTA-nın tərəfdaşlığı ilə" Securex Caspian" sərgisi çərçivəsində digər innovasiyalara dair panel müzakirəsi keçirilib. Paneldə AKTA-ya üzv şirkətlərin nümayəndələri və ekspertləri çıxış ediblər.

Panel çərçivəsində AKTA-nın platin üzv şirkəti “Proxima Tech Solutions” MMC-nin baş informasiya təhlükəsizliyi direktoru Kamran Kərimli “Müdafiə və kibertəhlükəsizlik startapları – İdeyadan uğura” mövzusunda, AKTA-nın gümüş üzv şirkətlərindən “BIRAINY” MMC-nin təsisçisi və direktoru Fuad Tağıyev isə “Oflayn Süni İntellekt Platformasına gedən yolda çətinliklər” mövzusunda təqdimatla çıxış ediblər.

Görüş və panel çərçivəsində aparılan fikir mübadilələri müdafiə və təhlükəsizlik sektorunda kibertəhlükəsizlik üzrə əməkdaşlığın genişləndirilməsi, yeni texnoloji həllərin təşviqi və mövcud çağırışların birgə dəyərləndirilməsi baxımından əhəmiyyətli olub.

Qeyd edək ki, AKTA tərəfindən mütəmadi olaraq, müxtəlif sahələrdə kibertəhlükəsizlik məsələlərinə həsr edilən sektorial görüşlər keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gündəlik istifadə edilən iki qida iltihabı azaltmağa kömək edir  

17:14
02 Oktyabr

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir  

17:10
02 Oktyabr

Suverenlik Azərbaycanın xarici siyasət strategiyası kimi  

17:08
02 Oktyabr

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar

17:06
02 Oktyabr

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

17:05
02 Oktyabr

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub  

17:03
02 Oktyabr

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

17:01
02 Oktyabr

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər  

16:59
02 Oktyabr

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub  

16:57
02 Oktyabr

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb  

16:55
02 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO  

16:39
02 Oktyabr

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

16:36
02 Oktyabr

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir  

16:34
02 Oktyabr

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir  

16:15
02 Oktyabr

Xankəndidə Futbol Akademiyası yaradılacaq

16:14
02 Oktyabr

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

16:00
02 Oktyabr

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb  

15:43
02 Oktyabr

Azərbaycanda pul bazası artıb

15:42
02 Oktyabr

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib  

15:32
02 Oktyabr

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar  

14:47
02 Oktyabr

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

14:17
02 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!