22 May 2025 14:08
553
CƏMİYYƏT
A- A+
Bakı metrosunun pik saatlarında interval azaldılıb

Bakı metrosunun pik saatlarında interval azaldılıb


AZCON Holding-in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-də son 16 ildə ilk dəfə, bu ilin may ayında qatarların intervalının azaldılmasına nail olunub.

QSC-dən AZƏRTAC-a bildirilib ki, qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək daha sıx hərəkət cədvəli tətbiq edilib.

Bu dəyişiklik nəticəsində pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.

Qeyd edək ki, metropoliten xətlərində qatar sayında sonuncu artım 2009-cu ildə olub və o vaxtdan sistem maksimum 30 cüt qatar/saat prinsipi ilə fəaliyyət göstərib. Bu addım strateji əhəmiyyət daşıyan irəliləyiş hesab olunur.

Hazırda Bakı metrosu iş günlərində orta hesabla 740 minə yaxın sərnişinə xidmət göstərir. Qatarlar gün ərzində artan tendensiya ilə xəttə çıxarılaraq pik saatlarda 30 cütə çatdırılırdı. Artıq bu rəqəm 32-yə çatdırılıb. “Cüt qatar” anlayışı – bir saat ərzində müəyyən bir stansiyadan keçən qatar sayını bildirir və bu, infrastrukturun, xüsusən qatarların hərəkət təhlükəsizliyi sisteminin texniki imkanları ilə müəyyən olunur.

Yeni hərəkət qrafikinin hazırlanması çərçivəsində:

• Qatarların hərəkətinin təşkilində istifadə edilən köhnə, kağız əsaslı qrafikdən imtina olunaraq yeni rəqəmsal proqram təminatı istifadəyə verilib;

• İşarəvermə və idarəetmə sistemləri təkmilləşdirilib, stansiyalara giriş-çıxış və dayanma rejimləri optimallaşdırılıb;

• Maşinist heyətinə təlimlər keçirilib, stansiyalarda əlavə nəzarət tədbirləri görülüb.

Gündəlik səhər və axşam pik saatlarda (cəmi 3 saat ərzində) stansiyalardan əlavə 4 qatarın keçməsi sayəsində 19 min əlavə sərnişin daşınması imkanı yaranıb. Bu isə illik hesabla təxminən 5 milyon sərnişin artımı deməkdir.

Müvafiq normativ və təhlükəsizlik standartları nəzərə alınmaqla, son 1 ay ərzində sınaqlar tətbiq olunub və uğurlu nəticələr əldə edilib. Hazırda sərnişin sayında artım müşahidə olunmasa da, pik saatlarda platformalarda sıxlıq nisbətən azalıb. Bu, sərnişin rahatlığı və təhlükəsizliyi baxımından müsbət nəticə olmaqla yanaşı, sərnişin axınının artmasına zəmin yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!