27 Iyul 2024 09:47
150
İDMAN
A- A+

Badmintonçular yarışa hazırdırlar

 

Paris Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan badmintonçularının ilk oyunlarının vaxtı bəlli olub. Qrup mərhələsində mübarizəyə bu gün start veriləcək.
Keişa Fatimə Zəhra N qrupundakı ilk görüşündə çinli Binq Jiao He ilə üz-üzə gələcək. Bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 10:30-da başlayacaq. 
İyulun 29-da təmsilçimiz Kirsti Gilmourla (Böyük Britaniya) görüşəcək. Bu matç da saat 10:30-da start götürəcək.
Edi Reski Dviçayo da yarışa iyulun 29-da qoşulacaq. E qrupunda mübarizə aparan təmsilçimiz Avstriya idmançısı Kollins-Valentin Filimonla görüşəcək. Bu oyunun saat 22:20-də başlaması planlaşdırılır. Danimarkalı Anders Antonsenlə matçın vaxtı dəqiqləşməyib.
Qeyd edək ki, həm kişilərin, həm qadınların yarışında A, E və P qruplarının qalibləri 1/4 finala, digər qrupların ən yaxşıları 1/8 finala adlayacaqlar. Keişa 1-ci yeri tutsa, 1/8 finala, Edi isə 1/4 finala vəsiqə qazanacaq.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video