26 Oktyabr 2022 00:47
2456
ELANLAR
A- A+
"Azərlotereya"nın lotereya oyunlarında şəffaflıq təmin edilib

"Azərlotereya"nın lotereya oyunlarında şəffaflıq təmin edilib

 

Ölkəmizdə bununla bağlı qazanılan təcrübə dünyada ən mütərəqqi nümunələrdən hesab olunur

 

Qanunla tənzimlənən və uduş fondu olan kütləvi oyunlarda şəffaflığın təmin edilməsi ən vacib məsələlərdən biridir. Çünki insanlarda belə oyunların ədalətli keçirilməsinə dair əminlik olmazsa, iştirak edənlərin sayı da çox olmaz. Bütün dünyada populyar olan lotereya oyunlarında da belədir. 
Azərbaycanda lotereyaların təşkili və keçirilməsinin qaydaları, lotereyaların təşkilatçılarının və iştirakçılarının hüquq və vəzifələri "Lotereyalar haqqında" qanunla tənzimlənir. 12 maddədən ibarət bu qanun 2004-cü ildə qəbul edilib, 2021-ci ildə ona əlavə və dəyişikliklər edilib. Həmin dəyişikliklərin bir qismi lotereya oyunlarının keçirilməsində şəffaflığın təmin olunması ilə bağlıdır. Bu dəyişikliklərdən sonra oyunların şəffaf şəkildə təşkil edilməsi və keçirilməsi ilə bağlı tələblər təkmilləşdirilib. Başqa cür desək, qanuna edilən dəyişikliklər həqiqətən də lotereya oyunlarının təşkili zamanı şəffaflığın təmin edilməsində əlavə imkanlar yaradıb. Bunun sayəsində mükafat fondunun daha ədalətli bölüşdürülməsi müşahidə olunur.
Yarandığı vaxtdan şəffaflıq prinsiplərinə ciddi şəkildə riayət edən "Azərlotereya" ASC keçirdiyi bütün lotereya oyunlarının uduş fondu, oyun qaydaları və bunlarla bağlı məlumatları mütəmadi açıqlayır. Satışa çıxarılan biletlərin sayı, uduşlu biletlərin sayı, satışdan əldə edilən vəsaitin nə qədər hissəsinin bilet çapına, nə qədərinin əməliyyat xərclərinə, nə qədərinin isə uduş fonduna və vergilərə yönəldildiyi ayrıca hesabatlarla diqqətə çatdırılır. Təsadüfi deyil ki, lotereya oyunlarına inamın və həvəsin yaranmasında belə hesabatların böyük rolu var. Məsələn, insanlar hesabatla tanış olduqda görsələr ki, yığılan vəsaitin az hissəsi uduşa, çox hissəsi oyunu keçirənə qalır, bu zaman lotereyalara olan maraq azalar, inam itər. 
Şəffaflığın təmin edilməsi sahəsində mütərəqqi xarici təcrübədən yararlanmaq üçün "Azərlotereya" ASC təhlükəsiz və şəffaf lotereya oyunlarının hazırlanması ilə tanınan "Scientific Games" şirkəti ilə əməkdaşlıq edir. Xatırladaq ki, lotereyaların təşkilində yüksək texnologiyaya sahib peşəkar şirkətlərdən sayılan "Scientific Games" 1974-cü ildən dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınır. "Azərlotereya"ya məxsus bütün ani lotereya biletləri Böyük Britaniyada "Scientific Games"də dizayn və çap edilir. Satışa çıxarılmış ani lotereyalara dair məlumatlar, o cümlədən uduş fondunun məbləği və tərkibi, hər bir uduşun sayı və məbləği, vergi çıxılandan sonra ödənilən məbləğlər, satışa buraxılmış biletlərin ümumi sayı, uduşlu biletlərin sayı, uduş fondunun həcminin buraxılmış lotereya biletlərinin ümumi məbləğinə faiz nisbəti hər bir lotereya biletinin arxa hissəsində qeyd edilir.
"Lotereyalar haqqında" qanunun tələblərinə görə, respublikamızda lotereya oyunlarının təşkilinə dövlət nəzarətini İqtisadiyyat Nazirliyi həyata keçirir. Keçirilmiş lotereyalara (stimullaşdırıcı lotereyalar istisna olmaqla) dair hesabatlar da "Lotereyaların təşkili və keçirilməsi Qaydası"na uyğun olaraq, "Azərlotereya" tərəfindən nazirliyə təqdim olunur.
"Azərlotereya" illik maliyyə hesabatlarını da ictimaiyyətə açıqlayır. Bu barədə məlumatlar hər il qurumun rəsmi internet saytında dərc olunur.
Lotereya oyunlarında iştirakçıları maraqlandıran məsələlərdən biri də uduş fondlarıdır. Uduş fondu lotereyada oynanılan və uduş şəklində ödənilməsi nəzərdə tutulan pul vəsaitlərinin məcmusudur. 
Uduş fondlarının böyük olması lotereya oynayanların udmaq şansını artıran əsas faktorlardan biridir. Bəzən lotereya oynayan şəxslərdə uduş fondlarına dair inamsızlıq olur. Bilet alıb böyük məbləğdə pul uda bilməyənlər uduş fondlarının az olduğunu düşünür, uduşa daha az vəsaitin yönəldildiyini fikirləşirlər. 
Amma unutmaq lazım deyil ki, uduş fondlarının müəyyənləşdirilməsi ilə bağlı beynəlxalq standartlar var. Yəni uduş fondunun minimum həcmi satılan lotereya biletlərinin ümumi məbləğinin 50 faizindən az ola bilməz. "Azərlotereya" oyunlar zamanı uduş fondlarını qanunda nəzərdə tutulduğundan yüksək müəyyən edib. Lakin ən əsası ondan ibarətdir ki, "Azərlotereya" lotereya oynayanların maraqlarını gözləmək, daha çox iştirakçının uduşunu təmin etmək üçün uduş fondlarını daim ən yüksək həddə müəyyən edir. Məsələn, "Azərlotereya"nın ani lotereyalarda uduş fondunun nisbəti 63-68 faizə çatır. Uduş fondu ilə bağlı maksimum limit yoxdur, yalnız minimum hədd var və buna da "Azərlotereya" ən yüksək səviyyədə əməl edir. 
Azərbaycandakı müsbət təcrübələrdən biri də iri uduşlar zamanı vəsaitin bir qisminin vergidən azad edilməsidir. Məlumdur ki, lotereyalardan əldə edilən uduşlar vergiyə cəlb edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, lotereyaların keçirilməsindən pul şəklində əldə edilən uduşlardan iştirakla bağlı  ödənilən pul vəsaiti və uduş məbləğinin 500  manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur. Yəni 500 manatadək olan uduşlar gəlir vergisindən azaddır.
Elə 10 faizlik vergi də xarici ölkələrlə müqayisədə aşağıdır. Vergilər çıxıldıqdan sonra müvafiq lotereya bileti üzrə uduş həmin lotereya biletini təqdim edilmiş şəxsə ödənilir. "Azərlotereya" tərəfindən isə uduşdan hər hansı komissiya haqqı tutulmur.
Bütövlükdə, Azərbaycanda istər lotereya oyunlarının təşkili ilə bağlı şəffaflıq, istərsə də uduş fondlarının həcmi dünyada bu sahədə qəbul olunmuş ən müasir tələb və standartlara uyğundur. Bu baxımdan "Azərlotereya"nın bu sahədəki təcrübələri dünyada ən mütərəqqi nümunələrdən hesab olunur. 

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!