08 Oktyabr 2026 16:37
167
CƏMİYYƏT
A- A+
“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb  

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb  


“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 5-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqənin qalibi Toğrul Xəlilov ilə növbəti görüşünü keçirib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, fərdi inkişaf prioritetlərinin müəyyənləşdirilməsinə həsr olunan görüşdə əsas müzakirə mövzusu menti tərəfindən hazırlanmış Fərdi İnkişaf Planının təqdimatı və əsaslandırılması olub. Toğrul Xəlilov peşəkar və idarəetmə bacarıqlarının inkişafına yönəlmiş planını təqdim edib, qarşıya qoyduğu hədəfləri və bu hədəflərə nail olmaq üçün nəzərdə tutulan əsas addımları izah edib.

İdarə Heyətinin sədri təqdim olunan planı dinləyərək idarəetmə, liderlik və fəaliyyətin səmərəli planlaşdırılması ilə bağlı öz təcrübə və tövsiyələrini bölüşüb. O, inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsinin, qarşıya qoyulan hədəflərin sistemli şəkildə icra edilməsinin və nəticələrin davamlı qiymətləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş çərçivəsində mentinin peşəkar inkişafı və idarəetmə bacarıqlarının təkmilləşdirilməsi istiqamətində qarşıdakı dövr üçün əsas prioritetlər də müzakirə olunub.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təsis edilib. Müsabiqənin Mentorluq proqramı qaliblərin idarəçilik bacarıqlarının inkişaf etdirilməsinə, onların praktiki təcrübəsinin artırılmasına və peşəkar inkişafının dəstəklənməsinə xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Başqalarına kömək etmək beyni cavanlaşdırır   

18:49
08 Oktyabr

Beyin fəaliyyətini izləyən qulaqlıq  

18:07
08 Oktyabr

Dünyanın ən böyük pinqvin koloniyası yox olmaq üzrədir  

18:03
08 Oktyabr

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır

18:01
08 Oktyabr

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub  

17:57
08 Oktyabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib  

17:46
08 Oktyabr

Dünya səyyahları Xankəndiyə gəliblər 

17:37
08 Oktyabr

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

17:21
08 Oktyabr

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb  

17:08
08 Oktyabr

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi  

17:05
08 Oktyabr

ÜST-dən uşaqlarda piylənmə ilə bağlı həyəcan təbili  

16:49
08 Oktyabr

İki qardaş xalqın Xəzərdən keçən yolu  

16:44
08 Oktyabr

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb  

16:37
08 Oktyabr

Azərbaycanın bərqərar etdiyi sabitlik  

16:34
08 Oktyabr

Səyyar ASAN xidmət İsmayıllıda  

16:23
08 Oktyabr

İtkin talelər, gecikən beynəlxalq ədalət   

16:13
08 Oktyabr

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər  

16:10
08 Oktyabr

“ChatGPT” daha vizual olur: “OpenAI” yeni funksiyanı təqdim edib  

16:04
08 Oktyabr

Milli təhlükəsizlik konsepsiyasında hərbi güc amili   

15:51
08 Oktyabr

Avropanın kosmos hədəfləri müzakirə olunub  

15:47
08 Oktyabr

 Xəzərin iki sahilini birləşdirən strateji tərəfdaşlıq  

15:44
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!