06 Sentyabr 2023 00:23
2473
ELANLAR
A- A+

"Azərenerji" 8 Noyabr prospektində hava xətlərini yeraltı kabel xətti ilə əvəzləyir

 

"Ağ şəhər", "Həzi Aslanov" və "Əhmədli" yarımstansiyaları ilə "Bakı" İEM arasında enerji halqası yaradılır

 

Bakı şəhəri Xətai rayonunun sürətlə artan sənaye və sosial obyektlərin, o cümlədən "Ağ şəhər" kompleksinin elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsi, "Bakı" İstilik Elektrik Mərkəzində istehsal olunan enerjinin ötürülməsində məhdudiyyətlərin, həmçinin 110 kV-luq "Əhmədli" və "8-ci kilometr" ötürmə xətlərində ifrat yüklənmənin aradan qaldırılması məqsədilə "Azərenerji" tərəfindən yeni layihənin icrası həyata keçirilir. 
Bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.
Hazırda layihənin icrası üzrə 110 kV-luq "Həzi Aslanov" və "Ağ şəhər" yarımstansiyaları arasında yeraltı ikidövrəli kabel xətlərinin "Bakı" İstilik Elektrik Mərkəzinin 110 kV-luq yarımstansiyasına giriş-çıxış sxemi ilə qoşulması üzrə işlər davam etdirilir. Bu məqsədlə 8 Noyabr prospektində nəqliyyatın hərəkətini dayandırmadan, qismən məhdudlaşdırmaqla işlər aparılır. 8 Noyabr prospektində işlər yekunlaşmaq üzrədir.
Paralel olaraq "Bakı" İstilik Elektrik Mərkəzinin 110 kV-luq yarımstansiyasında yeni avadanlıqlarla komplektləşdirilmiş 2 ədəd yuva quraşdırılır. Nəticədə 110 kV-luq "Əhmədli", "Həzi Aslanov", "Ağ şəhər" yarımstansiyaları ilə "Bakı" İstilik Elektrik Mərkəzinin enerji halqası yaradılır. Ən əsası isə, 8 Noyabr prospektinin estetik görünüşünü gözəlləşdirmək məqsədilə "Bakı" İstilik Elektrik Mərkəzi ilə "Həzi Aslanov" yarımstansiyası arasında hazırda mövcud olan yüksəkgərginlikli köhnə dayaqlardan ibarət ümumilikdə 1,4 km uzunluqda hava xətti sökülərək ləğv ediləcək. Həmin hava xətti yeraltı kabel xəttinə keçiriləcək. 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video