Azərbaycanlı alim Praqa şəhərində keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib
“QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyin və İCOMAM (hərb tarixi, hərbi muzeylər və silah kolleksiyaları) İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Çexiya Respublikasının Praqa şəhərində Beynəlxalq Muzeylər Şurasının 26-cı Baş Konfransında iştirak edərək “Muzeylər hərb tarixinin qoruyucusu: Azərbaycan, Türkiyə və Rusiya muzeylərinin nümunəsində ” məruzə ilə çıxış edib. Məruzədə qeyd olundu ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində tarixi qələbə nəticəsində 30 il erməni işğalında qalan Azərbaycanın tarixi torpaqlarını azad etdi. Azərbaycanın tarixi qələbəsi nəticəsində regionda sabitliyin yarandığı qeyd olundu. Ermənistan tərəfinin isə hələ də kapitulyasiya şərtlərinə tam əməl etmədiyi vurğulandı. Sonra Azərbaycanın dövlətçilik tarixinin əyani sübutu olan tarixi bayraqlarının, Gəncə xanlığının bayraqları nümunəsində Osmanlı Imperiyasının bayraqları ilə genetik oxşarlığı qeyd edildi. Hərbi komitənin üzvləri ordu Generalı Aleş Knizek tərəfindən Çexiya Respublikasının Müdafiə Nazirliyinin nəzdində yerləşən “Praqa şəhərinin “Hərbi muzeyi” ilə tanış oldular, daha sonra Praqadan 35 km məsafədə yerləşən Leşanı şəhərindəki “Hərb texnikası” (Tanklar, hərbi təyyarələr, raketlər və artilleriya) barədə əyani olaraq hərtərəfli məlumatlandırıldılar.
İCOM-un Beynəlxalq Muzeylər Şurasının 26-cı Baş konfransı çərçivəsində Baş Asambleyasının iclasında səs çoxluğu ilə xanım Emma Nardi İCOM-um prezidenti seçildi. Sonra Beynəlxalq Muzeylər Şurasının 26-cı Baş konfransında komitənin fəaliyyət istiqamətləri müzakirə olundu.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə telekanalı: Xankəndi inkişafının yeni səhifəsinə hazırlaşır
27 Iyul
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Iyul
İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb
27 Iyul
İranın yeni seçilən prezidenti sabah and içəcək
27 Iyul
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
Uzaqgörənlik24 Iyul 2024
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!