11 Fevral 2024 23:58
453
İDMAN
A- A+

 Azərbaycanın yunan-Roma güləşçilərinin Avropa çempionatında rəqibləri müəyyənləşib

 

Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib.
“Report”un məlumatına görə, fevralın 12-də startı veriləcək yarışın püşkatma mərasimi baş tutub.
İlk gündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində idmançılar mübarizə aparacaqlar.

55 kq: Rəşad Məmmədov – Denis Mihay (Rumıniya) - 1/4 final

60 kq: Nihat Məmmədli – Nedyalko Petrov (Bolqarıstan) - təsnifat mərhələsi

63 kq: Murad Məmmədov – Brian Santyaqo (Danimarka) - 1/8 final

67 kq: Həsrət Cəfərov – Sebastyan Nad (Serbiya) - 1/8 final

72 kq: Ülvü Qənizadə – Giorgi Çxikvadze (Gürcüstan) - 1/8 final

77 kq: Sənan Süleymanov – Şuay Mamedov (AİN) / İdris İbayev (Almaniya) - 1/8 final

82 kq: Rafiq Hüseynov – Alperen Berber (Türkiyə) - 1/8 final

87 kq: İslam Abbasov – Ramon Betşart (İsveçrə) / Şimon Şimonoviç (Polşa) - 1/8 final

97 kq: Murad Əhmədiyev – Tiron Sterkenburq (Niderland) / Daniel Qastl (Avstriya) - 1/8 final

130 kq: Beka Kandelaki – Konsta Maenpaeae (Finlandiya) - 1/8 final

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video