06 Avqust 2026 08:40
622
SİYASƏT
A- A+
Azərbaycanın şərti dəyişmir:

Azərbaycanın şərti dəyişmir:


Ermənistan konstitusiyasından qonşu dövlətlərə qarşı ərazi iddialarını nəzərdə tutan maddə çıxarılmalıdır


Son dövrlər regionda siyasi və diplomatik anlamda müşahidə olunan dinamika göstərir ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfərdən və suverenliyin tam bərpasından sonra Cənubi Qafqaz prinsipcə yeni geopolitik mərhələyə qədəm qoyub. Uzun illər davam edən münaqişənin tarixin arxivinə gömülməsi ilə bölgədə barış, sabitlik və iqtisadi tərəqqi üçün misilsiz imkanlar yaranıb. 

Bu yeni reallığın, postmünaqişə dövründə formalaşan dayanıqlı təhlükəsizlik arxitekturasının baş memarı və təşəbbüskarı isə uzaqgörən, qətiyyətli diplomatiya yürüdən rəsmi Bakıdır. Azərbaycanın nümayış etdirdiyi strateji təmkin, hərbi-siyasi iradə və konstruktiv sülh gündəliyi regionda de-fakto sülh mühitini artıq təmin edib. Lakin bu müsbət mühitin de-yure və dönməz sülhə çevrilməsi üçün həlledici addım İrəvandan gözlənilir.


Praktiki sülh addımları


Ərazilərinin işğal altında olduğu illərdə də hər zaman münaqişənin danışıqlar yolu ilə həll olunması tərəfdarı olan Azərbaycan, BMT Təhlükəsizlik Şurasının qətnamələrini hərb yolu ilə özü yerinə yetirərək torpaqlarını azad etdikdən sonra da bölgədə normallaşma, sülh istiqamətində qətiyyətli addımlar atmağa başladı. Vətən müharibəsi başa çatandan sonra məhz ölkəmiz, şəxsən Prezident İlham Əliyev sülh danışıqlarının başlanmasının təşəbbüskarı oldu. Ermənistana təkmil sülh modeli təklif edən Bakının səylərinin nəticəsi olaraq, xüsusilə 2024-cü ildən etibarən bu istiqamətdə müsbət nəticələr əldə olundu.

Azərbaycan sülh gündəliyini yalnız bəyanatlarla məhdudlaşdırmayıb, dərhal bu istiqamətdə hərəkətə keçdi. Bu reallıq cari ilin iyul ayında Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı bir daha diqqətə çatdırıldı. Almaniya Federal Kansleri Fridrix Merts ilə mətbuata bəyanatı zamanı dövlətimizin rəhbəri dedi ki, uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi: "Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur və eyni zamanda Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib".

Dövlətimizin başçısının da vurğuladığı kimi, Vaşinqtonda sülh sazişi mətninin paraflanması və Birgə Bəyannamənin imzalanmasından dərhal sonra Bakı humanitar və iqtisadi sahədə real addımlar atıb. Azərbaycan tərəfindən İrəvana göndərilən benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə birbaşa töhfə verir. Bakının Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri götürməsi bu ölkəni onilliklər boyu davam edən regional izolyasiyadan xilas edən "nəfəslik" rolunu oynayır.

 Sərhəd delimitasiyası bu prosesdə xüsusi önəm daşıyır. Qazaxın 4 kəndinin qaytarılması və sərhədlərin delimitasiyası ikitərəfli formatın effektivliyini sübut edir.

Azərbaycanın sülhməramlı liderliyinin ən mühüm göstəricilərindən biri "Sülh körpüsü" təşəbbüsüdür. Aprelin 10-12-də ölkəmizdə keçirilən növbəti ikitərəfli "dəyirmi masa", Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında kənar vasitəçilər olmadan birbaşa əlaqələrin qurulmasına xidmət edirdi. Erməni nümayəndə heyətinin Azərbaycana quru sərhədi vasitəsilə, delimitasiya və demarkasiya edilmiş sahədən daxil olması regionda faktiki sülhün və hüquqi qaydaların işlədiyinin bariz nümunəsidir.

Vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq isə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ  iderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.

Atılan bütün konstruktiv addımlara baxmayaraq, yekun sülh sazişinin imzalanması üçün əsas şərt Ermənistanın ana qanunvericiliyi ilə bağlıdır və bu hüquqi maneədir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Türkiyənin "Haber Global" televiziya kanalına verdiyi son açıqlama məsələnin mahiyyətini aydın şəkildə ortaya qoyur: "Ermənistan konstitusiyasında Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan maddə çıxarılmalıdır".

Hikmət Hacıyevin sözlərinə görə, bu xüsusda alınan siqnallar ondan ibarətdir ki, Ermənistanda yeni konstitusiyanın qəbulu üçün proses başlamaqdadır: "Bu ərazi iddiaları konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh sazişinin imzalanması üçün problem görmür. Bunun fövqündə bölgəmizdə artıq de-fakto sülh vəziyyəti mövcuddur".

Ermənistan konstitusiyasının preambula hissəsində yer alan Müstəqillik Bəyannaməsinə istinadlar qonşu dövlətlərin ərazi bütövlüyünə birbaşa təhdiddir. Əgər bu bəndlər ləğv edilməzsə, gələcəkdə Ermənistanda hakimiyyətə gələ biləcək hər hansı revanşist qüvvə həmin konstitusiya normasına istinad edərək sülh sazişini ləğv edə və ya yenidən ərazi iddiası irəli sürə bilər. Bu səbəbdən hüquqi baza dəyişmədən imzalanacaq hər hansı sənəd kövrək olaraq qalacaq.


Qonşularla inteqrasiya, yoxsa "dalan ölkə"


Hazırda Ermənistanda Nikol Paşinyan hökumətinin qarşısında daxili siyasi müqavimətə, kilsə ilə yaşanan gərginliyə və radikal müxalifətin təzyiqlərinə baxmayaraq, cəsarətli siyasi iradə göstərmək tapşırığı durur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın keçmişdə "böyük Ermənistan" xülyasına qapılaraq özünü tranzit imkanlarından məhrum etməsi onların öz strateji səhvi olub.

Bu gün isə gündəmdə olan Zəngəzur dəhlizi (TRIPP) və regional layihələr Ermənistana iqtisadi dirçəliş imkanı təklif edir. Azərbaycan sülh çərçivəsini bərqərar edib və bütün şərtlərini beynəlxalq hüquq normaları əsasında təqdim edib. Seçim artıq Ermənistan tərəfinindir. Ya konstitusiya dəyişikliyi ilə tarixi fürsətdən yararlanıb regional inteqrasiyanın bir hissəsi olacaq, ya da revanş hisslərinə qapılıb özünü yenidən dərin demoqrafik böhran və təcrid olunmuş "dalan ölkə" statusuna məhkum edəcək.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"İstilik təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:16
14 Avqust

Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb

20:20
13 Avqust

Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub

20:15
13 Avqust

Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb

20:10
13 Avqust

Naxçıvanda həyata keçirilən işlər regionların inkişafı ilə bağlı vahid dövlət siyasətinin tərkib hissəsidir 

20:05
13 Avqust

Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi 

20:00
13 Avqust

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır 

19:55
13 Avqust

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

19:50
13 Avqust

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

19:45
13 Avqust

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

19:40
13 Avqust

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

19:35
13 Avqust

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

19:30
13 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib 

19:25
13 Avqust

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

19:20
13 Avqust

Peru nəşri bu ölkənin Azərbaycanla münasibətlərinin inkişaf perspektivlərindən yazıb

19:15
13 Avqust

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

19:10
13 Avqust

Ankara Ər-Riyad və İslamabadla əməkdaşlığı regional sabitliyə töhfə adlandırıb

19:05
13 Avqust

Toxumçuluq haqqında

19:00
13 Avqust

Kənd Təsərrüfatı Nazirliyi Samuxda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

18:55
13 Avqust

Prezidentin Naxçıvanla bağlı Sərəncamından irəli gələn prioritetlər 

18:50
13 Avqust

Orijinallıq və elmi yanaşma: Möminə xatun türbəsində hansı bərpa işləri görülür?

18:45
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!