17 İyul 2026 08:00
456
SİYASƏT
A- A+
Azərbaycanın orta güc reallığı

Azərbaycanın orta güc reallığı


Müstəqil xarici siyasət və regional liderlik ölkəmizin söz sahibinə çevrilməsini, artan nüfuzunu şərtləndirən əsas amillərdir


İyulun 13-14-də Şuşada keçirilən IV Qlobal Media Forumu Azərbaycanın qlobal miqyaslı siyasi dialoq məkanına çevrildiyini göstərməklə yanaşı, ölkəmizin artan beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin və müstəqil xarici siyasət kursunun növbəti nümayişi oldu. 

Forumun açılış mərasimində iştirakçıların regional və beynəlxalq gündəmə dair çoxsaylı suallarını cavablandıran Prezident İlham Əliyevin xüsusi diqqət yönəltdiyi məqamlardan biri də Azərbaycanın orta güc dövləti kimi artan roluna strateji baxış idi. Dövlətimizin başçısı vurğuladı ki, çağdaş dünyada dövlətlərin nüfuzu qlobal proseslərə təsir imkanları və beynəlxalq münasibətlərdə etibarlılığı ilə ölçülür. 

Azərbaycanın orta güc kimi qiymətləndirilməsinin meyarlarını sadalayan Prezident İlham Əliyev bəyan etdi ki, milli maraqları müstəqil şəkildə müdafiə etmək, hərbi və siyasi potensiala malik olmaq, regional proseslərə təsir göstərə bilmək və beynəlxalq məsuliyyət daşımaq bu statusun əsas elementləridir: "Mənim fikrimcə, bu terminologiya ölkənin potensialının, böyük güclərin necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunmasını nəzərdə tutur. Müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir. Əlbəttə, fikrimcə, mühüm meyarlardan biri hüdudlarınızdan kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyəti də olmalıdır. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib". 

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, orta güc terminologiyasına aid edilə biləcək meyarlardan biri də məsuliyyətdir: "Ölkəmizin daxilində və müəyyən dərəcədə bütöv regionda baş verənlərə görə olan məsuliyyətdir. Düşünürəm ki, bütün bu dediklərimi Azərbaycana aid etmək olar. Ola bilsin bu səbəbdən bir sıra ekspertlər bizi orta güc adlandırır və səmimi desəm, mən buna etiraz etmirəm". 

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, orta güc olmaq yalnız coğrafi ərazi, əhali sayı və ya iqtisadi göstəricilərlə bağlı deyil. Əsas meyarlar dövlətin öz iradəsini həyata keçirmək, xarici təsirlər qarşısında dayanıqlılıq nümayiş etdirmək və ətrafında baş verən proseslərə təsir göstərmək qabiliyyətidir. Azərbaycanın bu istiqamətdə əsas üstünlüklərindən biri müstəqil və çoxşaxəli xarici siyasət həyata keçirməsidir. Məhz bu siyasət ölkəmizə müxtəlif qlobal güc mərkəzləri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq münasibətləri qurmağa imkan verir. Son illər Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları, regional əməkdaşlıq təşəbbüsləri və humanitar diplomatiya sahəsində artan rolu göstərir ki, ölkəmiz Avrasiya məkanında mühüm geosiyasi aktorlardan birinə çevrilib. 

Orta güc olmaq həm də məsuliyyət daşımaq deməkdir. Belə dövlətlər yalnız öz maraqlarını qorumaqla kifayətlənmir, yerləşdikləri regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına da töhfə verirlər. Azərbaycanın sülh təşəbbüsləri, regional əməkdaşlıq çağırışları və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşaraq əlaqələri inkişaf etdirməsi bu məsuliyyət anlayışının əməli təzahürüdür. 

Forumda Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır və Ermənistanla münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında normallaşdırılmasını dəstəkləyir. Bu yanaşma göstərir ki, rəsmi Bakı postmünaqişə dövründə regional əməkdaşlığın genişlənməsini, iqtisadi inteqrasiyanın güclənməsini və uzunmüddətli sabitliyin təmin olunmasını strateji məqsəd kimi müəyyənləşdirib. Azərbaycan müasir geosiyasi proseslərə passiv müşahidəçi kimi deyil, təşəbbüskar və məsuliyyətli tərəfdaş kimi yanaşır. Ölkəmizin xarici siyasət kursu, müstəqil qərarvermə iradəsi və beynəlxalq hüquqa sadiqliyi onun regional lider statusunu daha da gücləndirir. Azərbaycanın öz sərhədlərindən kənarda baş verən proseslərə təsir göstərmək imkanları həm də ölkəmizin üstün coğrafi mövqeyi ilə bağlıdır. Lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qonşularla qarşılıqlı etimada və faydalı əməkdaşlığa əsaslanan münasibətlər olmadan heç bir ölkənin etibarlı tranzit mərkəzinə çevrilməsi mümkün deyil. Məhz bu prinsipə əsaslanan xarici siyasət kursu nəticəsində Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilib, Avrasiya məkanında etibarlı logistika və enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirib. 

Son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, enerji təhlükəsizliyi sahəsində qazanılan nailiyyətlər, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və çoxtərəfli əməkdaşlıq siyasəti ölkəmizin regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib. Bu kimi amillər həm də Azərbaycanın orta güc kimi çıxış etməsinə yol açır. Ölkəmizin enerji və nəqliyyat dəhlizlərinin yaradılmasında oynadığı rol, mötəbər tədbirlərə evsahibliyi etməsi, beynəlxalq təşəbbüslər irəli sürməsi və fəal iştirakçısı olması Azərbaycanın orta gücə çevrildiyini göstərən əsas amillərdir. 

Azərbaycanın regional liderlikdən orta güc səviyyəsinə yüksəlməsi Prezident İlham Əliyevin uzaqgörən strategiyasının, milli maraqlara söykənən müstəqil siyasətinin, ölkəmizin güclü müdafiə qabiliyyətinin və beynəlxalq məsuliyyət anlayışının qanunauyğun nəticəsidir. Ancaq orta güc statusu daim inkişaf etdirilməli olan bir prosesdir. Orta güc statusu dayanıqlı iqtisadiyyat, çevik diplomatiya, elmi və texnoloji potensial tələb edir. Bu baxımdan, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya və institusional islahatlar Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirən əsas hərəkətverici qüvvələrdir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa şəhəri növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi edir YENİLƏNİB

19:47
17 İyul

Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir

19:15
17 İyul

Ceyhun Bayramov: Azərbaycanla Ermənistan arasında sülh de-fakto mövcuddur

17:52
17 İyul

ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub

17:46
17 İyul

Dağ-mədən sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı genişlənir

17:37
17 İyul

Fərəh Əliyeva: Güclü lider ictimai məsuliyyət hissi daşımalıdır

17:18
17 İyul

Sergey Lavrov: Rəşt-Astara dəmir yolu hissəsində praktik işlərin başlamasına şərait yaradılıb

17:00
17 İyul

Azərbaycanın və Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər YENİLƏNİB

15:37
17 İyul

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb

15:18
17 İyul

İstanbulda COP31 çərçivəsində D-8 ölkələri nazirlərinin görüşü keçirilir

14:31
17 İyul

ADSEA sədri Füzuli şəhərində vətəndaşlarla görüşüb

13:58
17 İyul

Nazirlər Kabinetində əhalinin siyahıyaalınması ilə bağlı məsələlər müzakirə olunub YENİLƏNİB

13:19
17 İyul

Mədəniyyət naziri Şuşa şəhərində vətəndaşların müraciətlərini dinləyib

12:55
17 İyul

Rəşad Nəbiyev: "Mygov" platforması üzərindən onlayn özünü siyahıyaalınma təklif olunur

12:53
17 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

12:33
17 İyul

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:25
17 İyul

Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:24
17 İyul

Altı ayda ölkədə 13,3 milyon ton neft, 25,4 milyard kubmetr təbii qaz hasil edilib

12:23
17 İyul

Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:22
17 İyul

Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 

12:21
17 İyul

Masallıda Tovuz döyüşləri şəhidi mayor Anar Novruzovun anım günü qeyd olunub  

12:18
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!