27 May 2024 16:40
463
İQTİSADİYYAT
A- A+

Azərbaycanın ən iri yükgötürmə gəmisi istismara verilib  

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına “Handysize” ölçü tipli ilk gəmi qəbul edilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, bununla da QSC quru yüklərin daşınmasında yeni seqmentə daxil olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, gəmiyə tarixi torpağımız Xocalının adı verilib.

Çində Dövlət Himnimizin sədaları altında gəmidə Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılıb və “Xocalı” istismara qəbul olunub.

“Xocalı” gəmisi Prezident İham Əliyevin tapşırıq və tövsiyələri rəhbər tutularaq hazırlanan və ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi gəmiçiliyin strateji inkişaf proqramı çərçivəsində alınıb. Sözügedən proqramda milli gəmiçiliyin Xəzərdənkənar fəaliyyət coğrafiyasının genişləndirilməsi, beynəlxalq hövzələrdə yükdaşıma potensialının daha da artırılması, eləcə də xarici sularda yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınması ilə bağlı investisiya fəaliyyətinin maliyyələşdirilməsi məsələləri xüsusi yer tutur.

Bu istiqamətdə icra olunan işlərin davamı kimi, ASCO “Handysize” ölçü tipli quru yük gəmisinin alınması layihəsinin maliyyələşdirilməsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edib. Bank, ASCO-da beynəlxalq prinsiplərə uyğun qurulmuş korporativ idarəetmə və hesabatlılıq sistemlərinin mövcudluğunu, əməliyyatlarda şəffaflığın və sağlam maliyyə vəziyyətinin təmin edilməsini nəzərə alaraq, dövlət zəmanəti olmadan sözügedən layihənin maliyyələşməsi barədə qərar verib. Bununla da, gəminin alınması üzrə maliyyələşmənin 70 faizi Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit vəsaiti, 30 faizi isə ASCO-nun daxili imkanları hesabına həyata keçirilib.

“Xocalı” gəmisi 38 min 593 ton yükgötürmə imkanına malikdir. Bu da ASCO-nun mövcud quru yük gəmilərinin yükgötürmə qabiliyyətindən təxminən 8 dəfə çoxdur. Gəminin uzunluğu 180 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.

Qeyd edək ki, “Xocalı” gəmisinin yükləndikdən sonra ilk səfəri Cənubi Koreyanın “Bukpyung” limanından ABŞ-nın “Portland” limanınadır. Bununla da, “Xocalı” müstəqil Azərbaycan bayrağı altında Amerika sularında üzəcək ilk gəmi olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video