14 May 2023 09:50
4076
İQTİSADİYYAT
A- A+
Azərbaycanın ekologiyası: problemlər və onların həlli yolları

Azərbaycanın ekologiyası: problemlər və onların həlli yolları

 

Bu gün dünyada yaranan ekoloji problemlərin əsasında qlobal iqlim dəyişmələri, torpaqların deqradasiyası, ərzaq təhlükəsizliyi və onların yaratdığı fəsadlar durur. Qlobal iqlim dəyişmələri fonunda yaranan qlobal istiləşmə aridliyin artmasına, torpaqların deqradasiyasına, biomüxtəlifliyin azalmasına, torpaqların deqradasiyası isə səhralaşmaya səbəb olur. 
Dünyanı rahatsız edən qlobal problemlərdən biri də iqlim dəyişmələri və onun fəsadlarıdır. Məhz buna görə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası yaradılmışdır. Azərbaycan da 1995-ci ildən bu konvensiyanın üzvüdür. 
İqlim dəyişmələrinin insan həyatının bütün fəaliyyət sahələrinə təsirinin öyrənilməsi və bu təsirlərə qarşı müəyyən tədbirlərin görülməsi öz aktuallığı ilə digər prioritet problemlərdən seçilir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının üzvü kimi Azərbaycan özünün antropogen mənşəli parnik qazları tullantılarının inventarlaşdırılmasını aparmış, ölkədə istifadə olunan karbon balansına görə emissiya olunan CO2-nin və digər qazların maksimum miqdarını hesablamışdır. 
İqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması üçün adaptasiya tədbirləri işlənib hazırlanmışdır. Bəs adaptasiya nədir? 
Adaptasiya - iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması üçün müəyyən tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bura maarifləndirmə, iqlim dəyişmələrinin təsirinin öyrənilməsinə professional hazırlıq, həmçinin quraqlığa davamlı bitkilərin əkilməsi, sahil zonasının müdafiəsinin gücləndirilməsi daxildir. Adaptasiyada ilk addım iqlim dəyişmələrinin təsirinə nəyin və hansı formada məruz qalmasını təyin etməkdir. 
Bütün dünyanı, o cümlədən Azərbaycanı da rahatsız edən qlobal problemlərdən biri də torpaqların deqradasiya problemidir. Bura torpaqların eroziyası, şoranlaşma və son nəticə olaraq səhralaşma problemi daxildir. Səhralaşma isə torpağın və bitki örtüyünün deqradasiyası, onların bioloji və iqtisadi məhsuldarlığının azalması və ya tamamilə itirilməsi deməkdir. Səhralaşma zamanı məhsuldarlıq fəlakətli dərəcədə aşağı düşür, mal-qara tələf olur, su mənbələri quruyur, əkin sahələri şoranlaşır, qumluqlar yaşayış yerlərinə doğru "hərəkət" edir, nəticədə yoxsulluq, aclıq və xəstəliklər baş verir. 
Hazırda səhralaşmanın arealı çox sürətlə genişlənir: bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir. İl ərzində isə bu rəqəm 6 milyon hektara çatır. Planetimizdə 3,6 milyard hektar sahə səhralaşmaya məruz qalmışdır. Bu, Avropanın ərazisindən üç dəfə böyükdür və ya Yer kürəsi sahəsinin dörddə biri qədərdir. Bütün qitələrdə (Antarktida istisna olmaqla) - dünyanın 110 ölkəsində mövcud olan səhralaşma daha çox Avstraliyada, Afrikada, Avrasiyada getmişdir.
Səhralaşma prosesi Azərbaycandan da yan keçməmişdir. Ölkəmizdə səhralaşma prosesi əsasən dağətəyi, düzənlik və ovalıq ərazilərdə təbii, xüsusən antropogen amillərin təsiri nəticəsində baş verir. Bu ərazilərdə yağıntıların orta illik miqdarı 150-400 mm arasında tərəddüd edir. Səthi buxarlanma isə yağıntının miqdarından 3-4 dəfə artıqdır. Azərbaycan ərazisində səhralaşmanın arealları əsasən Abşeron yarımadası, Kür-Araz ovalığı, Naxçıvan Muxtar Respublikası regionlarıdır.
Belə olan halda ölkəmizdə səhralaşma ilə mübarizə istiqamətində hansı tədbirlər həyata keçirilməlidir? İlk növbədə: 
* Səhralaşmış ərazilərin inventarlaşdırılması və xəritələşdirilməsi;
* Səhralaşma proseslərinin uzunmüddətli ekoloji monitorinqini təşkil etmək (bura hidrometeoroloji, aqrokimyəvi, bioloji, hidroloji stansiyaların nəzarəti, ərazinin aerokosmik şəkillərinin çəkilməsi də daxildir);
* Təbii ehtiyatlardan səmərəli istifadə etmək, otlaqlardan istifadəyə nəzarət;
* Meliorasiya işlərinin həmçinin fitomeliorasiya işlərinin aparılması;
* Su ehtiyatlarından səmərəli istifadə və onların genişləndirilməsi;
* Əkinçilikdə torpaqlardan düzgün istifadə, aqrotexniki qaydaya riayət edilməsi;
* Otlaqların fitomeliorasiyası, həmçinin səhralaşmış ərazilərdə qumsallıqları bərkidən bitkilərin əkilməsi;
* Biomüxtəlifliyin qorunmasının təşkil edilməsi;
* Səhralaşmaya dair fundamental tədqiqat işlərinin aparılması, səhralaşmanın dinamikasına nəzarət, səhralaşma ilə bağlı proqnozların verilməsi;
* Səhralaşma ilə mübarizədə sosial-iqtisadi mexanizmlərdən istifadə və beynəlxalq əməkdaşlığın rolunun artırılması.
Səhralaşma prosesi həm də ona görə çox ciddi problem sayılır ki, o, nəticə etibarilə məhsuldarlığın son dərəcə aşağı düşməsinə və nəticədə ərzaq qıtlığına səbəb olur. Ərzaq təhlükəsizliyinin təminatı isə, məlum olduğu kimi, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ona görə də səhralaşma probleminin həlli milli, iqtisadi, sosial, demoqrafik və ekoloji faktorların geniş spektrini əhatə edir. 
Ərzaq təhlükəsizliyinə nail olmaq üçün Azərbaycan hökuməti iki mərhələdən ibarət strategiyanın həyata keçirilməsini öhdəsinə götürür:
1. İslahatlar aparıldığı müddətdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün qısamüddətli və ortamüddətli keçid tədbirlərinin tətbiqi. Bu, əsasən özəl fermer təsərrüfatçılığına və sahibkarlığa kömək göstərilməsi vasitəsilə təmin edilir. Həmin mərhələdə tədbirlərin 
8 istiqamətdə aparılması nəzərdə tutulur: müvafiq qanunların həyata keçirilməsinə nəzarət; gözlənilən ilkin nəticələrin əldə edilməsi üçün lazım olan büdcə ayırmalarının dəqiqləşdirilməsi; ərzaq istehsalı sahəsində müvəqqəti vergi güzəştlərinin tətbiqi məsələsinə baxılması; qida məhsullarının istehsalı, emalı və satışı üçün kreditlərin alınmasına kömək göstərilməsi; qida məhsulları istehsalçılarının ərzaq idxalından müdafiəsi; müəssisələr arasında qarşılıqlı borcların restrukturizasiyası; istehlakçıların müdafiəsinin gücləndirilməsi; ərzaq təhlükəsizliyi sahəsində müvafiq məlumat sisteminin yaradılması yolu ilə fövqəladə vəziyyətə hazırlıqla bağlı əlavə tədbirlərin həyata keçirilməsi.
2. Ərzaq təhlükəsizliyi sahəsində uzunmüddətli tədbirlərin başlıca məqsədi Azərbaycanın kənd təsərrüfatının gəlirliliyinin və rəqabət qabiliyyətinin artırılmasını, eləcə də onun beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmasını nəzərdə tutur. Ərzaq təhlükəsizliyi əsasən ölkədə kənd təsərrüfatının inkişafı və ərzaq istehlakı vəziyyətinin yaxşılaşdırılması hesabına təmin edilməlidir. Buna nail olmaq üçün dörd əsas istiqamətdə tədbirlər həyata keçirilməlidir: ərzaq təhlükəsizliyi ilə bağlı idarəetmə mexanizmlərinin möhkəmləndirilməsi; fermer təsərrüfatlarının kommersiya və bazar iqtisadiyyatı tələblərinə cavab verən qurumlara çevrilməsi, kənd təsərrüfatı və ərzaq sektorları üçün müəyyən olunan güzəştlərin mərhələlərlə məhdudlaşdırılması; ölkədə ərzaq məhsulları növlərinin istehsalının inkişafı və kənd təsərrüfatının rəqabət qabiliyyətinin təmin edilməsi; kənddə infrastrukturun inkişafına kömək edən dövlət investisiya siyasətinin aparılması.
Azərbaycanda qeyd etdiyimiz ekoloji problemlərin daha tez və səmərəli həllində əhalinin düzgün maarifləndirilməsi və bu hesaba yaxından iştirak etməsi də olduqca vacib şərtlərdən sayılır. 

Bəhram Hüseyn ƏLİYEV,
Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!