14 Dekabr 2025 22:42
481
SİYASƏT
A- A+
Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 8-də Slovakiyaya səfəri zamanı verdiyi bəyanatlar, iki ölkə arasındakı strateji tərəfdaşlıq və əməkdaşlığın daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyev səfər çərçivəsində iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi, energetika, müdafiə sənayesi və nəqliyyat sahələrindəki gələcək perspektivlərə dair mühüm açıqlamalar vermişdir.

Cənab Prezident İlham Əliyev Slovakiya ilə Azərbaycanın tarixən dost və strateji tərəfdaş olduğunu vurğulamışdır. Keçən il imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, bu əlaqələrin daha da gücləndirilməsi üçün əhəmiyyətli bir addım olmuşdur. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, xüsusilə enerji sahəsində fəal inkişaf edir. Azərbaycan, ilk dəfə olaraq, Slovakiyaya qaz tədarük etməyə başlamışdır və bu sahədə gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi planlaşdırılır.

Azərbaycan artıq 14 ölkəyə təbii qaz ixrac edir və bu, Azərbaycanın enerji təchizatçısı kimi beynəlxalq mövqeyini daha da gücləndirir. Bu sahədə Slovakiyaya da böyük dəstək verilməsi, ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi baxımından vacibdir. Bu ilin sonuna qədər qaz ixracının həcmi artırılaraq Avropanın daha çox ölkəsi Azərbaycan qazından faydalana biləcək.

Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənməsi istiqamətində konkret addımlar atılır. Bu əməkdaşlıq müharibə aparmaq məqsədi güdmür, əksinə, texnoloji inkişaf və yeni məhsulların istehsalı sahəsində sinerji yaradılmasına yönəlib. Bu, yalnız iqtisadi baxımdan deyil, həm də bölgədə sülh və təhlükəsizliyin təmin olunması istiqamətində əhəmiyyətlidir.

Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolu oynadığını və ölkə daxilindəki infrastruktur layihələrinə etdiyi yatırımların, beynəlxalq nəqliyyat əlaqələrini daha da gücləndirəcəyini vurğulayan Prezident İlham Əliyev, bu sahədə Slovakiya ilə əməkdaşlığın böyük potensiala sahib olduğunu bildirib. Avropa ilə Mərkəzi Asiya arasında ən etibarlı və təhlükəsiz marşrut olan Orta Dəhliz Azərbaycanın ərazisindən keçir və bu, gələcəkdə daha da inkişaf etdiriləcək.

Azərbaycanın enerji potensialı və informasiya texnologiyaları sahəsindəki uğurları, beynəlxalq səviyyədə böyük maraq doğurur. 

Ümumilikdə, cənab Prezident İlham Əliyevin Slovakiya səfəri ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi istiqamətində əhəmiyyətli bir mərhələdir. Bu səfər, yalnız iqtisadi sahədə deyil, həm də beynəlxalq münasibətlərdə strateji tərəfdaşlıq qurulmasında mühüm bir addımdır.  Bu səfər həm də Azərbaycanın müstəqil xarici siyasətinin və beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisidir.


Fatma Yıldırım,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hava çirkliliyi qlobal böhrandır

09:10
03 Aprel

"Ən böyük arzumuz doğma yurda qayıtmaqdır"

09:05
03 Aprel

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

09:00
03 Aprel

Samidin qəhrəmanlıq dastanı

08:55
03 Aprel

Zəfərə cığır açanlardan oldu

08:50
03 Aprel

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

08:45
03 Aprel

Aprel Zəfərindən Bütöv Azərbaycana

08:40
03 Aprel

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

08:35
03 Aprel

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

Siyasi reallığın rəsmi etirafı

08:20
03 Aprel

TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir

08:15
03 Aprel

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

08:10
03 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb

08:05
03 Aprel

Bizi birləşdirən təkcə kökümüz deyil

08:00
03 Aprel

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib  

07:07
03 Aprel

Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb  

22:59
02 Aprel

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!