07 Aprel 2025 11:50
339
SİYASƏT
A- A+
Azərbaycanın Avropanın qaz təchizatında rolu artır

Azərbaycanın Avropanın qaz təchizatında rolu artır

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir. Bu ilki toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. İştirakçı sayının ildən-ilə artması ölkəmizin etibarlı enerji tərəfdaşı kimi özünü qlobal dünyada sübut etməsi ilə bağlıdır. Ölkəmiz 30 ili ötən il tamam olan “Əsrin müqaviləsinin” imzalanması ilə əsas enerji bazarına daxil olmuş və Azərbaycan neftinə rəğbət ildən-ilə artmışdır. Bu uğurlar nəticəsində əldə olunan gəlirlərlə qeyri-neft sektorunun inkişaf etməsi üçün sərmayə qoyulmuş, dövlət əhəmiyyətli sosial layihələr icra olunmuşdur. Hazırda isə ölkəmiz etibarlı yaşıl enerji tərəfdaşı kimi də birgə layihələr icra edir, bərpa olunan və alternativ enerji resurslarımızdan səmərəli istifadə edilməsi ilə enerji bazarında dayanıqlılığa nail olunmağa çalışılır. Yaşıl enerjinin ixrac olunması məsələsi gündəmdə olduğu bir zamanda ən son texnologiyalara investisiyaların artırılması və insan resurslarının bazasının gücləndirilməsi istiqamətində də əməli addımlar atılır. Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. 

Qalıq yanacaqlardan tədricən günəş, külək, hidro və geotermal enerji kimi bərpa olunan enerji mənbələrinə keçid planetar miqyasda tükənməkdə olan yanacaqlara əsaslanan enerjini əvəz etməklə, qlobal   enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir. Ölkəmizin COP29 zamanı dünyaya verdiyi mesajlar da bundan ibarət idi. “Yaşıl enerji”dən istifadə havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. “Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Bərpaolunan və yaxud “yaşıl enerji” sahəsinin inkişaf etdirilməsi, bununla bağlı olaraq institusional mexanizmlərin formalaşdırılması üçün zəruri normativ-hüquqi aktlar qəbul edilir ki, onların sırasında “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm yer tutur. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “BP” və digər xarici şirkətlərlə Azərbaycanda bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb və müvafiq tədbirlər həyata keçirilir.

Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarları ilə imzalanmış müqavilələr ölkəmizi 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Nəticədə daxildə elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldiləcək. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurulmuşdur. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq.

Cənab Prezident Məşvərət Şurasının iclasında ölkəmizin təbii qazın ixracında da əhəmiyyətli layihələr icra etdiyi və Pan-Avropa qaz təchizatçısına çevrildiyi barədə də məlumat verdi. Ötən il Bakıda keçirilmiş 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə Azərbaycan təbii qazının alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür və bu onların tələbatının 50%-ni ödəyir. Avropada qaz təchizatımızın coğrafiyasının daha da genişləndirilməsi istiqamətində iş aparılır. Cənub Qaz Dəhlizi 3500 kilometrlik boru kəməri sistemi olaraq bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas təminatçıdır. Cənubi Qafqaz Boru Kəməri, TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi olaraq tam dolu işləyir. 

Yekunda deyə bilərəm ki, Azərbaycan Respublikası müxtəlif növdə, həmçinin, əlverişli enerji potensialına malikdir və ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır.


Pərvanə Vəliyeva

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Antalya Diplomatiya Forumu başa çatıb

15:52
13 Aprel

Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib

14:55
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib  

14:53
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib  

14:52
13 Aprel

Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

14:41
13 Aprel

Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı

14:34
13 Aprel

Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb  

14:01
13 Aprel

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:23
13 Aprel

Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb

12:46
13 Aprel

Tramp Ukraynanın nizamlanma prosesini yüksək qiymətləndirib

11:38
13 Aprel

ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib

10:35
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib

10:03
13 Aprel

COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir

09:39
13 Aprel

Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub  

09:38
13 Aprel

ABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb  

09:37
13 Aprel

Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib  

09:37
13 Aprel

Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır

09:35
13 Aprel

Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib  

09:34
13 Aprel

Bilmək istəyirəm

09:30
13 Aprel

Ulduzlardan süzülən gözəllik

09:25
13 Aprel

Fırçası ilə səhnəni həyata çevirirdi

09:20
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!