02 Fevral 2025 08:05
381
SİYASƏT
A- A+
Azərbaycanda gənclər siyasəti uğurla inkişaf etdirilir

Azərbaycanda gənclər siyasəti uğurla inkişaf etdirilir


Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərimizin aydın strategiyası müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 

Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan gənclərinə inandığını, dövlətimizin gələcək inkişafında onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edirdi. Bu gün gənclərimizin ölkənin siyasi, sosial-iqtisadi sahələrində mühüm vəzifələrə təyin olunması,  onlara böyük etimad göstərilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin davamıdır. Azərbaycan Sovetlər Birliyinin tərkibində olduğu zaman Heydər Əliyev minlərlə gənci keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərmişdi. Həmin gənclər bu gün ölkəmizdə müxtəlif sahələrdə savadlı və təcrübəli mütəxəssis kimi dövlətimizə böyük fayda verməkdədirlər.

1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Gəncləri "Azərbaycanın gələcəyi" adlandıran Heydər Əliyev onlara hər zaman qayğı göstərməyin vacibliyini diqqətə çəkirdi. Müasir dünyada güclü demokratik dövlət quruculuğunda gənclərin rolunu düzgün qiymətləndirən dahi şəxsiyyət bütün sahələrdə onlara böyük etimad göstərirdi. Dövlət orqanlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və onları bir-biri ilə əlaqələndirmək məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı.

Azərbaycan gəncliyinin inkişafında və gənclərin dövlət qurumlarına inteqrasiya olunmasında Ulu Öndərin böyük xidmətləri olub. 1997-ci il fevralın 2-də Azərbaycanda "Gənclər Günü"nün elan oluması ilə bağlı fərman bu sahədə atılan növbəti addım oldu. Gənclər hərəkatının təşkilatlanması istiqamətində dövlət dəstəyinin göstərilməsi ilə bağlı Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar, həyata keçirdiyi tədbirlər gəncliyin inkişafında mühüm əhəmiyyət kəsb edib. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlanıldı. Həmin il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev tarixi çıxış edərək gənclərin qarşısına şərəfli vəzifə qoydu. Ulu Öndər hər bir gəncin ən əsas vəzifəsinin müstəqil Azərbaycanın bu gününü və gələcəyini düşünməli olduğunu vurğuladı. Forumda gənclərin görəcəkləri işlər barədə öz tövsiyələrini, eləcə də onları narahat edən problemlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün əlaqədar təşkilatlara ciddi tapşırıqlarını verdi.

Heydər Əliyevin "Dövlət gənclər siyasəti haqqında" fərmanı Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaratdı. Sənəddə Gənclər və İdman Nazirliyi nəzdində gənclərin problemləri üzrə elmi araşdırmaların aparılması mərkəzinin yaradılması nəzərdə tutulurdu.

Ümummilli Liderin gənclərlə bağlı fikirləri və onun yaratdığı fəlsəfi ideyalar bu gün də aktualdır. Müdrik şəxsiyyətin əsasını qoyduğu bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Möhtərəm Prezidentimiz dövlət tərəfindən gənclərin rifahına xidmət edən bir sıra dövlət proqramlarını təsdiq edib. Dövlət başçımız 2007-ci ili "Gənclər ili" elan edib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" və 2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramları nəticəsində bu günə kimi 5000-dən artıq gəncimiz dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alıb. Ölkə rəhbəri tərəfindən 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun yaradılması gəncliyin inkişafında mühüm rol oynadı. Bu günə qədər fond tərəfindən 4545-dən artıq layihə maliyyələşdirilib. 2018-ci ildən isə həmin qurum yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.

2013-cü il iyulun 2-də Prezident İlham Əliyev tərəfindən ölkədə ilk dəfə "Gənclər üçün Prezidentin Mükafatı" təsis edilib. Bu qərar gənclərə dəstək verilməsi yönündə mühüm əhəmiyyət kəsb edib. Ölkə rəhbəri gənclərlə bağlı, onların dövlətimizin gələcəyi naminə daha böyük işlər görmələri üçün çox sayda qərarlar qəbul edib.

Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli sərəncamı ilə "Gənclərin xarici ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-cı illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Dövlət proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.

Məhz Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclərin qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsində canından keçənlərin, şəhidlik zirvəsinə ucalanların əksəriyyəti gənclərimizdir. Bu, müstəqil Azərbaycan dövlətinin inkişafında gənclərimizin xidmətini təsdiqləyən növbəti nümunənin təzahürüdür. Bugünkü müasir Azərbaycan gənclərinin dünyagörüşü daha fərqlidir, dünyada gedən proseslərə yaxşı bələddirlər, eləcə də yüksək analiz etmək qabiliyyətinə malikdirlər. 

Lənkəran şəhərinin 2024-cü ildə Azərbaycanın "Gənclər paytaxtı" elan edilməsi dövlətimizin gənclərlə bağlı apardığı siyasətin ön planda olmasının sübutudur. Bununla əlaqədar ötən il müxtəlif sahələri əhatə edən 40-dan çox tədbir həyata keçirilib və bu tədbirlər 15 mindən çox gənci əhatə edib. 

Azərbaycan gənclərinin inkişafına, müxtəlif sahələrdə nailiyyətlər əldə edən gənclərə Heydər Əliyev Fondu və fondun prezidenti Mehriban xanım Əliyeva tərəfindən misilsiz dəstək göstərilir. Elm, təhsil, səhiyyə, mədəniyyət, ekoloji sahələrə aid proqram və layihələr hazırlanaraq həyata keçirilir. Heydər Əliyev Fondu ölkəmizlə yanaşı, xaricdə yaşayan tanınmış, öz yüksək bilik və qabiliyyəti ilə seçilən, müvəffəqiyyət qazanmış gənc həmvətənlərimizə də böyük diqqət ayırır. Xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil edir, ölkənin yaradıcı və elmi potensialının artırılmasına böyük kömək göstərir.


Kamilə ƏLİYEVA,

Bakı Dövlət Universitetinin  kafedra müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya ikincisi olan Azərbaycan şahmatçısı: Gümüş medalı anama həsr edirəm

14:13
09 Mart

Sabahın hava proqnozu açıqlanıb

12:32
09 Mart

Azərbaycanın cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB

12:29
09 Mart

İsmayıllı rayonunda zəlzələ olub

08:54
09 Mart

Bu gün 59 minə yaxın XI sinif şagirdinin buraxılış imtahanı verəcəyi gözlənilir

08:18
09 Mart

QMİ sədri və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib

08:16
09 Mart

Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib

21:57
08 Mart

Misli Premyer Liqası: "Qarabağ" liderliyini möhkəmləndirib

21:16
08 Mart

Fələstin mediası Ceyhun Bayramovun İƏT Nazirlər Şurasının iclasındakı çıxışını işqlandırıb

18:47
08 Mart

Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib

16:45
08 Mart

Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib

16:41
08 Mart

Avropa Azərbaycan Mərkəzi Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb  

15:47
08 Mart

Dünya Kuboku: Azərbaycan gimnastı qızıl medal qazanıb

15:28
08 Mart

Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir

14:56
08 Mart

Azərbaycan Slovakiyanın qaz təchizatı ilə bağlı müzakirələrdə iştirak edib  

14:33
08 Mart

Nazir müavini Firudin Qurbanov Ağalıda tədris prosesi ilə tanış olub

13:58
08 Mart

Sabah ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək  

13:12
08 Mart

Brüsseldə multikulturalizmə həsr olunan panel müzakirə təşkil olunub

12:23
08 Mart

Rusiya Ukraynaya kütləvi hava hücumu edib, çoxlu sayda ölənlər var  

12:09
08 Mart

Azərbaycan nümayəndə heyətinin Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirak edib  

11:59
08 Mart

Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb 

11:26
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!