10 Yanvar 2025 09:25
119
İQTİSADİYYAT
A- A+
Azərbaycanda daha bir ilk

Azərbaycanda daha bir ilk


Qubada "Frutena KOB klaster şirkəti" yaradılıb


Bu gün ölkədə aparılan sənayeləşmə siyasəti paytaxtla yanaşı, regionların da dinamik inkişafında mühüm rol oynayır. Bölgələrdə kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlar hesabına  sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlıq subyektləri, eləcə də özəl sektorla dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi nəticəsiz qalmır. 

Qeyd edək ki, aqrar sənaye kompleksi bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyidir. Kompleks kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi və saxlanması ilə məşğul olan 10-a qədər iqtisadi sahəni birləşdirir. Həmin sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Bu baxımdan qəbul olunan dövlət proqramları, inkişaf konsepsiyaları, strateji yol xəritələri ölkəmizdə davamlı inkişafın əsasında bölgələrdə rəqabət qabiliyyətliliyin, inklüzivliyin daha da artırılmasına təkan verir. 

Bu gün demək olar ki, Azərbaycanın  bütün bölgələrində  sənaye məhəllələri və texnoparklar yaradılır, onların səmərəli fəaliyyəti üçün müasir infrastruktur qurulur. Buna regional sənayedə yüksək sıçrayış da demək olar. Nəticədə bu hesaba regionlarda yeni iş yerləri açılır.

Belə layihələrdən biri bu günlər Quba rayonunda həyata keçirilib.  Rayonda KOB klaster şirkəti olan "Frutena KOB klaster şirkəti" MMC yaradılıb və bu şirkət ölkədə bir ilkdir. Bu sənaye obyekti  eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster iştirakçılarının məcmusu kimi fəaliyyət göstərəcək. 

Klaster şirkəti Quba rayonunun ərazisində alkoqolsuz içkilərin istehsalında istifadə ediləcək təbii meyvə konsentratı istehsal edəcək. 4 hektar ərazidə yerləşəcək zavodun bu il fəaliyyətə başlaması planlaşdırılır. Zavodda illik 4 min ton alma konsentratı istehsal edilməsi nəzərdə tutulur ki, bunun üçün 28-30 min ton alma qəbul olunması proqnozlaşdırılır. KOB klaster şirkətinin fəaliyyəti üçün isə 15 milyon manat investisiya yatırılacağı və layihə çərçivəsində ilkin mərhələdə 30 nəfərin daimi işlə təmin ediləcəyi nəzərdə tutulur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, artıq şirkətin 10 iştirakçısı müəyyənləşib. Amma yaxın gələcəkdə  iştirakçıların sayının artması gözlənilir. Çünki Quba və ətraf rayonlarda bağbançılıq üzrə fəaliyyət göstərən təsərrüfat sahiblərinin sayı az deyil. Bundan əlavə, qarşıdakı illərdə müəssisənin məhsul qablaşdırmasında istifadə edəcəyi dəmir çəlləklərin və aseptik salafan torbaların idxalından asılılığın azaldılması üçün klaster daxilində yerli istehsalın inkişaf etdirilməsi də planlaşdırılır. KOB klaster şirkətinin fəaliyyətə başlaması üçün KOBİA tərəfindən KOB klasterin yaradılmasının maliyyə-iqtisadi əsaslandırılması və funksional xəritəsinin hazırlanması, KOB klasterin iştirakçılarının tapılması, KOB klasterin qeydiyyata alınması istiqamətində müvafiq dəstək verilib. 

Məlumdur ki, Azərbaycanın Vergi Məcəlləsində KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Təbii ki, "Frutena KOB klaster şirkəti" MMC də bu güzəştlərdən yararlanacaq. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azad olunub. KOB klasterin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad ediləcək. 

Azərbaycanda ilk belə KOB klaster şirkətinin yaradılması onu deməyə əsas verir ki, ölkənin inkişafını regional komponentsiz təsəvvür etmək mümkün deyil.  Çünki regionların inkişafı Azərbaycanın  sosial-iqtisadi tərəqqisinin təmin edilməsi, bütün vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşdırılması və qlobal səviyyədə rəqabət qabiliyyətinin artırılması üçün əsas şərtlərdən biri sayılır. Regionların inkişafı həm də ona görə vacibdir ki, onların resurs, sənaye və kadr potensialı bütün ölkənin sosial-iqtisadi yüksəlişi üçün böyük imkanlar yaradır. Məhz bu amilləri diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev fəaliyyətində regionların dinamik inkişafına balanslı yanaşma nümayiş etdirir. Son illər, daha doğrusu, Zəfərdən sonra dövlət başçısının regionlara səfərləri bu prosesi sürətləndirir və  sosial-iqtisadi inkişaf konsepsiyasının tənzimlənməsinə səbəb olur. "Frutena KOB klaster şirkəti" MMC də bu konsepsiyadan doğan sənaye sahəsidir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Lenovo” innovativ noutbukunu təqdim edib

14:41
10 Yanvar

Ötən il Azərbaycanın qeyri-neft-qaz ixracı 3 milyard dolları ötüb

14:40
10 Yanvar

Əfqanıstan hökuməti Qərb ölkələrindən təzminat tələb edib

14:39
10 Yanvar

Yanvarın 16-da Mars adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq olacaq

14:37
10 Yanvar

Belçikalıların Kralı Filipdən

14:34
10 Yanvar

Ötən il 48,2 min şəxsə əlillik təyin edilib

14:32
10 Yanvar

Azərbaycanlı şagirdlər ABŞ-da Beynəlxalq Olimpiadada uğur qazanıb 

14:31
10 Yanvar

SOCAR “yaşıl istiqraz”ların buraxılışına başlayır

14:16
10 Yanvar

Metronun yeni tikiləcək 10 stansiyasından 6-sının yeri müəyyənləşdirilib

14:16
10 Yanvar

Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək  

14:05
10 Yanvar

Sabah hava əsasən yağmursuz olacaq

13:51
10 Yanvar

Dövlət Sərhəd Xidmətində ötən ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib  

13:33
10 Yanvar

S.R.Şərifovun Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında  

13:21
10 Yanvar

S.R.Şərifovun Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilməsi haqqında  

13:10
10 Yanvar

Tramp Putinlə görüşə hazırlıq görüldüyünü bildirib

12:59
10 Yanvar

TDT-nin Baş katibi “2024. Dünya Turizm Lideri” mükafatına layiq görülüb  

12:53
10 Yanvar

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatının birgə tədbirlər planı imzalanıb  

12:35
10 Yanvar

“Samsung” üç ekranlı smartfon üzərində çalışır

12:33
10 Yanvar

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir

11:36
10 Yanvar

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb

11:34
10 Yanvar

2024-cü il qlobal miqyasda ən isti il olub

11:33
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!