14 Mart 2024 08:50
2309
İQTİSADİYYAT
A- A+
Azərbaycanda 153 su anbarı var

Azərbaycanda 153 su anbarı var

 

Bu, təxminən bir o qədər həm də enerji mənbəyi deməkdir

 

Hələ qədim zamanlardan insanlar suya olan ehtiyaclarını ödəmək və əkin sahələrini suvarmaq üçün bu gün "anbar" adlandırdığımız su strukturları inşa etmişlər. Azərbaycanda da Qanlıgöl adlanan ümumi su tutumu 0,9  milyon kubmetr  olan ilk su anbarı təxminən 2 əsr əvvəl - 1864-cü ildə Naxçıvanda tikilmişdir.
Hazırda isə ölkəmizin ərazisində irili-xırdalı 153 su anbarı var və onların ümumi su tutumu 21,9 milyard kubmetrdir. Su anbarları sel və daşqın sularını tənzimləmək və enerji istehsal etməklə insanların həyat fəaliyyətinin inkişafında, eləcə də ölkənin əkinçilik təsərrüfatında böyük əhəmiyyətə malikdir. Həm çayın məcrasında (məcra su anbarları),  həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılan su anbarlarının əksəriyyəti fəsillər üzrə nizamlanır, energetika, suvarma və içməli su məqsədilə istifadə olunur. 
Enerji istehsalında təbii və ucuz mənbələrdən biri də su anbarıdır. Mingəçevir, Şəmkir, Yenikənd, Araz, Sərsəng, Ceyranbatan,  Taxtakörpü, Ağstafa, Varvara, Qız qalası, Zoğalavaçay, Xanbulançay, Xaçınçay, Xudafərin, Suqovuşan su anbarları Azərbaycandakı böyük su təsərrüfatlarıdır. 2023-cü ilin aprelində Prezident İlham Əliyevin "Yengicə su anbarının tikilməsi haqqında" imzaladığı sərəncam bir daha  təsdiq edir ki, bu cür su strukturları nə qədər çox olarsa,  "yaşıl iqtisadiyyat"ın  inkişafı ilə bağlı proqramlar, layihələr daha tez reallaşar.
Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda su ehtiyatlarından maksimum səmərəli istifadə etmək niyyətindədir. Rəsmi məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 14 çay, 9 su anbarı, 7 sututarı mövcuddur. Araz, Bərgüşad, Tərtər, Həkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çaylarının  bəzilərinin üzərində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçınçay, Aşağı Köndələnçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbarları yerləşir. Onlardan ən böyüyü 1 milyard 612 milyon kubmetrlik Xudafərin su anbarıdır. Sadalanan su anbarlarının olması Qarabağ və Şərqi Zəngəzurda suvarma, içməli su və enerji təminatında çox mühüm əhəmiyyət kəsb edir. 
Xəbər verildiyi kimi, hazırda Bakıda Su Həftəsi keçirilir. Tədbirdə su təminatı və su ehtiyatlarından səmərəli istifadə, eləcə də su  ehtiyatlarının idarəedilməsi kimi vacib məsələlər müzakirə olunur. Su ehtiyatlarının idarə edilməsi həm ekoloji, həm də ölkənin su təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Su təhlükəsizliyi, etibarlı və davamlı su təchizatına nail olunması Azərbaycanda dövlət siyasətinin prioritet sahələrindən birini təşkil edir.
30 illik işğal zamanı Ermənistan Azərbaycana qarşı su terroru da törədib. Demək olar ki, Qarabağ və Şərqi Zəngəzurdakı su ehtiyatları məhv edilib, istiqamətləri dəyişdirilib, su anbarları yararsız hala salınıb. Bu sahədə də işlərə start veriləndən qısa müddət sonra  xeyli irəliləyiş əldə edilmişdir.  Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iki gün öncə Bakı Su Həftəsi beynəlxalq konfransının açılış mərasimində demişdir: "Azərbaycanda 20-yə yaxın su anbarının bərpa olunması nəzərdə tutulub. Hazırda onlardan 6-nın bərpa olunması istiqamətində işlər davam edir, 2-də işlər artıq başlamaq üzrədir, 12-də isə hazırlıq işləri bitmək üzrədir. Bundan başqa, 13 anbarın yenidənqurulması məsələsi var. Onlardan 2-si bərpa olunub. Paralel olaraq digər anbarların texniki-iqtisadi əsaslandırılması aparılır. Həkəri çayı üzərində Zabuxçay su anbarının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasını və tikinti-quraşdırma işlərini Türkiyənin "Cengiz İnşaat Sənaye və Ticarət A.Ş." aparır. Bu işlərin görülməsi üçün şirkətlə 128,2 milyon manatlıq müqavilə imzalanıb".
Göründüyü kimi, gələcəkdə su ehtiyatlarını  artırmaq və ekoloji təmiz enerji mənbələrindən istifadə etmək üçün su anbarlarının bərpası, yenilərinin  inşası istiqamətində  ölkəmizdə dayanmadan tədbirlər görülür.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

03:04
13 İyun

Hava limanlarının (aeroportların) idarə edilməsi qaydası

03:03
13 İyun

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

19:38
12 İyun

İsveçrədə tarixi səsvermə: əhali sayını 10 milyonla məhdudlaşdırmaq təklif olunur

19:03
12 İyun

Dünyada hər 70 nəfərdən biri evini tərk etmək məcburiyyətində qalıb

18:58
12 İyun

İqlim istiləşməsi 4 il ərzində kritik həddi keçə bilər

18:50
12 İyun

HDQ-də döyüş atışlı taktiki təlim olub  

18:48
12 İyun

Nigeriyada kütləvi adamqaçırma təhlükəsi

18:41
12 İyun

Avropa İttifaqının yeni “Köç və Sığınacaq Paktı” qüvvəyə minir

18:33
12 İyun

Azərbaycan və Dünya Bankı yol layihələri üzrə tərəfdaşlığı genişləndirir

18:24
12 İyun

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

18:13
12 İyun

Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə İşçi qrupunun ilk iclasında iştirak edib

18:13
12 İyun

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

17:51
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır  

17:43
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

17:34
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!