25 Aprel 2024 14:26
366
İDMAN
A- A+

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub  

 

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə (IPC) müraciət edilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında idmançının özü məlumat verib. O bildirib ki, S13 kateqoriyasında brass növü üzrə Azərbaycanı Olimpiadada təmsil edə bilər: “Artıq Milli Paralimpiya Komitəsi tərəfindən IPC-yə müraciət ünvanlanıb. Burada indiyədək beynəlxalq turnirlərdə qazandığım nəticələrə baxılacaq. Əldə etdiyim göstəricilərə əsasən, hazırda reytinqdə birinci yerdəyəm. İyun ayında Beynəlxalq Paralimpiya Komitəsi müraciətimizə cavab verəcək. Böyük ehtimalla “Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirakım təsdiqlənəcək”.

Portuqaliyanın Madeyra şəhərində keçirilən Açıq Avropa çempionatında qızıl medal qazanmasına da toxunan paraüzgüçü hədəfinə çatdığını söyləyib: “Bu uğurumu “Paris-2024” Yay Paralimpiya Oyunlarında da davam etdirmək istəyirəm. Ölkəmə qızıl medalla qayıtmaq qürurvericidir”.

Qeyd edək ki, Vəli İsrafilov Tokio Paralimpiadasının qalibi, Avropa və ikiqat dünya çempionudur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video