02 Mart 2024 13:10
530
İQTİSADİYYAT
A- A+
Azərbaycan tranzit ölkə kimi Şərq-Qərb dəhlizində imkanlarını Avropaya təqdim edir - AÇIQLAMA  

Azərbaycan tranzit ölkə kimi Şərq-Qərb dəhlizində imkanlarını Avropaya təqdim edir - AÇIQLAMA  

 

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Budəfəki iclasda Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı rol, bərpa olunan enerji mənbələri üzrə potensialı və Xəzərdən Avropaya yaşıl enerjinin ixrac perspektivləri müzakirə olunub.

Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov bildirib. O qeyd edib ki, Cənub Qaz Dəhlizinin təməli 2014-cü ildə qoyulub,1 il sonra nazirlərin Məşvərət Şurasının 1-ci iclası keçirilib.

Ekspert məlumat üçün qeyd edib ki, Cənub Qaz dəhlizi Azərbaycanın “Şahdəniz -2” yatağından hasil olunan təbii qazın Türkiyə və Avropa bazarına ixracını TANAP və TAP boru kəməri vasitəsilə təmin edir. 1841 km uzunluğa sahib olan TANAP 2018-ci ildə istismara verilib. 2020-ci ildən kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cu ildə 23 milyard, 2026- cı ildə 31 milyard kubmetrə çatdrılacaq.

“2022-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sazişə əsasən 2027-ci ildə Cənub Qaz Dəhlizi ilə ixrac olunan təbii qazın həcminin 2 dəfə artırılması razılaşdırılıb. 2023-cü ildə Türkiyə bazarına 9,5 milyard kubmetr, Avropa bazarlarına 11,8, Gürcüstana isə ötürülən təbii qaz 2,5 milyard kubmetr olub”, - deyə Samir Heydərov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 2,1 trilyon kubmetrdir. Azərbaycan Avropa enerji təhlükəsizliyinə töhfə verməklə bir daha özünü etibarlı tərəfdaş olduğunu sübuta yetirib. Belə ki, TAP boru kəməri əvvəllər İtaliyaya Azərbaycan təbii qazını ixrac edirdisə bu sıraya artıq 8 ölkə də qoşulub. Yunanıstan, Bolqarıstan, Bolqarıstan-Serbiya interkonnektoru vasitəsi ilə Azərbaycan qazının ixracı daha geniş bölgələrə reallaşdırıldı.

“Azərbaycan ənənəvi enerji rezervləri ilə yanaşı həm də alternativ enerji üzrə böyük potensiala malikdir. Ölkəmizin quruda, suda bərpa olunan enerjisinin texniki potensialı 292 QVt gücündə qiymətləndirilir. Bundan başqa, bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt həcmində dəyərləndirilir. 2022-ci ilin dekabrında 4 ölkənin Buxarestdə imzaladığı “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə əsasən 4 MVt-lıq yaşıl enerji Qara dənizin dibi ilə Avropaya nəql olunacaq”, - deyə Samir Heydərov bildirib.

İqtisadçı-ekspert qeyd edib ki, Azərbaycanın enerji gündəliyi çox zəngindir və ölkəmiz həm ənənəvi enerji mənbələri, həm də bərpa olunan enerji üzrə Avropanın enerji xəritəsini yenidən formalaşdırır. Bütün bu uğurlar Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasətinin sayəsində mümkün olub. Azərbaycan Avropaya təbii qaz ixrac etməklə onların iqtisadiyyatını mümkün defoltdan xilas etməklə həm də həmin ölkələrin ekosistemlərinin mühafizəsinə töhfə vermiş olur: “Belə ki, ölkəmiz qarşıya qoyduğu hədəflərə çatır, ölkəmiz həm təbii qaz istehsalını artırır, həm də bərpa olunan enerji istehsalına başlayır. Eyni zamanda tranzit ölkə kimi Şərq-Qərb dəhlizində açar ölkə kimi tranzit imkanlarını Avropaya təqdim edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında" 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2023-cü il 26 may tarixli 2151 nömrəli, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2024-cü il 1 aprel tarixli 25 nömrəli və "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:36
24 Yanvar

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nda dəyişiklik edilməsi haqqında

00:35
24 Yanvar

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan public hüquqi şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında

00:35
24 Yanvar

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında

00:34
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nda dəyişiklik edilməsi haqqında

00:33
24 Yanvar

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi –AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı”nın təsdiq edilməsi haqqında

00:31
24 Yanvar

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1188-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

00:30
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 451 nömrəli Qərarı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, Koordinasiya Şurasının iş Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:29
24 Yanvar

Avropa Liqası: “Qarabağ” doğma meydanda Rumıniya klubuna məğlub olub

23:57
23 Yanvar

Türk dövlətləri arasında əməkdaşlıq bütün sahələrdə genişlənir

23:17
23 Yanvar

Mariya Zaxarova: Hələlik Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir  

22:36
23 Yanvar

Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb  

21:37
23 Yanvar

Dövlət Komitəsi: 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib

21:28
23 Yanvar

Daha 7 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

20:59
23 Yanvar

Türkiyə və Rusiyanın XİN başçıları Suriyadakı son vəziyyəti müzakirə ediblər

20:48
23 Yanvar

AQTA sədri sahibkarların müraciətlərini dinləyib

20:46
23 Yanvar

Polis Abşeronda əməliyyat keçirib: axtarışda olan 11 nəfər saxlanılıb

20:45
23 Yanvar

Türkiyədə yanğınla bağlı son məlumat açıqlanıb

20:44
23 Yanvar

Parlamentin Elm və təhsil komitəsinin cari ilin yaz sessiyası üçün iş planı təsdiqlənib

20:43
23 Yanvar

Azərbaycan 56-cı Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur

20:41
23 Yanvar

Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

20:23
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!